İxtisas: İslamşünaslıq Qrup: İ-2203 Fənnin adı: Dinlər tarixi



Yüklə 32,4 Kb.
səhifə1/3
tarix11.11.2023
ölçüsü32,4 Kb.
#132050
  1   2   3
Dins t-Yəhudiliyin inanc əsasları 5



Azərbaycan Respublikası Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi Azərbaycan İlahiyyat İnstitutu
Fakültə: İlahiyyat
İxtisas: İslamşünaslıq
Qrup: İ-2203
Fənnin adı: Dinlər tarixi
Mövzu: Yəhudilik inanc əsasları və əxlaq sistemi
Müəllim : Aliyə Mürsəlova
Tələbə : İskəndərov Elmin


BAKI-2023
Giriş
Yəhudilər İbranilərin nəslindəndilər. İbrahimi ənənəyə bağlı monoteist dini ailəyə daxildir və bu ailənin ən qədim halqasını təşkil edir. Yəhudilik yayılma və təsir baxımından dünya dininin xüsusiyyətlərinə malik olsa da, daxili dinamizmi baxımından həm milli, həm də ümumbəşəri ünsürlərə malikdir, inanc sistemi mənasında din olmaqdan kənar bir həyat tərzi və dini-etnik kimliyi ifadə edir.


  1. İbadət və əxlaq sistemi

Yəhudiliyin İslamda olduğu kimi bağlayıcı bir inanc prinsipləri yoxdur. Yəhudilik inancdan çox praktikanı vurğulayan bir dindir. Tövratdakı "On Əmr" bir çox Yəhudi din xadimləri tərəfindən Yəhudiliyin əsasını təşkil edən prinsiplərin xülasəsi olaraq qəbul edilmişdir. Bununla birlikdə, sözü gedən əmr və qadağalar inancın təməli deyil, praktik həyat üçün qaydalardır. Həmin On əmr:

  1. Yalnız Yehova Allaha ibadət edin.

  2. Bütpərəstlik etməyin.

  3. Allahın adını nalayiq şəkildə dilinizə gətirməyin.

  4. Şənbəyə riayət edin.

  5. Valideynlərinizə hörmət edin.

  6. Adam öldürməyin.

  7. Zina etməyin.

  8. Oğurluq etməyin.

  9. Yalandan şahidlik etməyin.

  10. Tamahkarlıq etməyin.

Yəhudilikdə ibadət “çalışmaq, xidmət etmək” demək olan “avodah” termini ilə ifadə olunur. “Avodah Elohim” deyildikdə Allaha ibadət başa düşülür.Yəhudilikdə ibadət kəlməsi “avodah” sözü ilə ifadə olunur. Əski-ətiqdə bu kəlmə bir çox yerdə keçir. (Çıxış, 3/12, 4/23; Malaki, 3/14; Əyyub, 21/15).
İbadətlər, illik, həftəlik və gündəlik üç yerə bölünür. Gündəlik ibadət evdə və ya məbəddə fərdi qaydada səhər, günorta və günəş batıqdan sonra dua edərək olunur. İbadət kişilərə xas dini fəaliyyət hesab olunduğu üçün üçün qadınlar başları örtülü olaraq onlara ayrılmış yerdə otururlar. Ancaq reformist sinaqoqlarda qadınlar da kişilərlə birgə ibadət edirlər.



  1. Yüklə 32,4 Kb.

    Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin