İXTİsas: İsm (İBTİDAİ SİNİf müƏLLİMLİYİ) kurs: I fəNN: Ana dili MÖvzu: Sinonim sözlər


Döyə- döyə öldürərlər, ağlarsan (M.V. Vidadi). ...Söylərsən sözünü dəli sərsəri, hər biri bir yandan budar



Yüklə 93,5 Kb.
səhifə3/13
tarix10.01.2022
ölçüsü93,5 Kb.
#106735
1   2   3   4   5   6   7   8   9   ...   13
Döyə- döyə öldürərlər, ağlarsan (M.V. Vidadi).
...Söylərsən sözünü dəli sərsəri,

hər biri bir yandan budar ağlarsan (M.P.Vaqif).


Bu misallardakı yalvarmaq- ləlimək, döymək- budamaq sinonimlərinin ikinci üzvləri loru sözlər olub danışıq dilinə məxsusdur. Məhz ona görə bunlar üslubi sinonim hesab edilir.

Üslubi sinonimlərə loru sözlərdən başqa, qılmaq(etmək), varmaq(getmək) kimi arxaizmlər, əfv et (bağışla) kimi poetizimlər, təlis (dəsmal) kimi dialektizimlər də aiddir.

İfadə olunan fikirdə obyektə münasibətlə əlaqədar lüğəvi sinonimlər iki cür olur. Bunlardan birincisi, obyektə mənfi münasibəti ifadə etmək üçün istifadə olunan sinonimlərdir; məsələn, baş əvəzinə kələ- təpə-kafa, getmək əvəzinə itilmək, yaşamaq əvəzinə gün keçirmək, danışmaq əvəzinə dəm vurmaq və s. Dildəki bu qrup sinonimlər kakofemizm adlanır. Ikincisi, obyektə müsbət münasibət, yəni hörmət, ehtiram üçün işlənən sinonimlərdir; məsələn, dəli əvəzinə psixi xəstə, kor əvəzinə şikəst, çirkin əvəzinə gözəl olmayan və s. Bu cür sinonimik münasibətə evfemizm deyilir.

Dildə sinonimləri fərqləndirməyə xüsusi fikir verilməlidir. Buna görə də mətn içərisində təsadüfi olaraq sinonimlik yaradan sözlə leksik sinonimi qarşılaşdırmaq olmaz. Leksik sinonim istər ayrılıqda, istərsə də mətn içərisində işlənərkən öz sinonimliyini saxlayır. Lakin mətndən irəli gələn sinonimlər çox zaman bu və ya başqa təsadüfdə sinonimlik yaradır və həmin vəziyyətdən kənara çıxan kimi onun sinonimliyi itir.

Dilin lüğət tərkibində mənaca bir- birinin tam eynini təşkil edən sözlər də vardır. Məsələn, aktiv və fəal sözlərini götürək. Azərbaycan dilində bunların nə məna, nə də üslubi cəhətdən fərqi yoxdur. Belə sözlər leksik dubletlər adlanır.

Leksik dublet təşkil edən sözlərin birini hər zaman digərinin yerində işlətmək olur. Belə halda nə məna nə də üslubi çatışmazlıq yaranır.

Leksik dubletlər, əsasən, aşağıdakı şəraitdə meydana çıxır:

1) başqa dildən lüzumsuz olaraq söz götürəndə; səksən- həştad vəs.

Bunlardan birinci sırada duran xalis Azərbaycan sözüdür. Ikinci söz isə fars dilindən alınmışdır, bu da eyni anlayışı ifadə edir.

2) iki müxtəlif dildən eynimənalı söz alanda; Termin- istilah vəs.

Bu sözlər ərəb dilindən keçmədir.

Leksik dubletlərin əhəmiyyəti ancaq ondan ibarətdir ki, bunlar nitqdə forma etibarı ilə eyni sözləri təkrar etməmək üçün imkan yaradır. Lakin məna etibarı ilə leksik dubletlərdən istifadə dildə faydalı deyildir. Çünki, bunlar nitqdə ağırlaşdırır.

Müasir Azərbaycan ədəbi dilində leksik dubletlər bir o qədər də çox deyildir. Tarixi faktlar göstərir ki, dilimizdə vaxtilə mövcud olan leksik dubletlərin çoxu tədricən öz qüvvəsini itirmişdir. Şübhəsiz ki, müasir dilimizdəki leksik dubletlərin də bu və ya digər üzvü müəyyən dövrdən sonra istifadədən düşəcəkdir.

Sinonimik cərgə. Bu və ya başqa sinonimi təşkil edən müxtəlif sözlərin məcmuyu sinonimik cərgə adlanır. Sinonimi əmələ gətirən sözlərin hər biri bərabərhüquqlu üzv sayılır. Hər sinonimik cərgədə bir əsas söz olur. Bu söz dilçilikdə dominant adlanır.

Dilimizdəki sinonimik cərgələr sözlərin miqdarına görə çox müxtəlifdir; Məsələn, iki sözlü: Ağı-zəhər, şil- topal, asta-yavaş; üç sözlü: güc- qüvvət- taqət,. Fəğan –nalə- fəryad; dörd sözlü: üz- sifət- bəniz- camal, el- vətən- diyar- yurd vəs.

Dilimizdə bunlardan başqa, daha çox sözlü sinonim cərgələr də vardır.

Sinonimlərin əmələ gəlməsi dilin lüğət tərkibini inkişaf etdirən yollardan biridir. Çünki yeni sinonim yaradılması ilə dilin lüğət tərkibi daha da genişlənir və zənginləşir. Dildəki sinonimlər, əsasən, insan düşüncəsini inkişafı ilə əlaqədar yaranır. Belə ki, insan kainatı, oradakı varlıqları daha dərindən və bütün incəliyi ilə tədqiq etdikcə, öyrəndikcə sinonim sözlər də çoxalır.




Yüklə 93,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin