İXTİsas: İsm (İBTİDAİ SİNİf müƏLLİMLİYİ) kurs: I fəNN: Ana dili MÖvzu: Sinonim sözlər



Yüklə 93,5 Kb.
səhifə11/13
tarix10.01.2022
ölçüsü93,5 Kb.
#106735
1   ...   5   6   7   8   9   10   11   12   13
Omonomik hadisələr. Azərbaycan dilində omonimlərə oxşar aşağıdakı söz qrupları var.

1) Ancaq tələffüzcə uyğun gələn sözlər (Omofon)

2) Ancaq yazılışa görə oxşar sözlər (Omoqraf)

3) Fonetik və qrafik cəhətdən oxşar sözlər (omoform)

4) səslənmələrinə görə oxşar, yazılışına görə fərqli olan sözlər (paronimlər)

Omofonlar (Fonetik omonimlər) Müxtəlif morfoloji tərkibli olub, səslənmə cəhət­dən bir-birinə uyğun gələn, lakin müxtəlif şəkildə yazılan, müxtəlif mənalı sözlərdir.

El köç eylər bu dağa,

Quşlar qonmaz budağa

Elə ki, mən dözürəm

Heç kim dözməz bu dağa

Omofonlar cinas kimi işlənir.

Incəsən incidənsən,

Sədəfdən, incidən sən.

Kəsərəm, dilim səni,

Bilsəm yar incidənsən.

Omofonlar omonim sözlərin və ya müxtəlif morfoloji tərkibli sözlərin müxtəlif şəkildə deyilib yazılmasından yaranır. Omonimlərə daha yaxın olan hadisə omoformdur. Onun omonimlərdən fərqi var. Omonimlər oxşar ad, omoformlar isə oxşar forma deməkdir. Omoformlarda sözləri bir-birinə yaxınlaşdıran onların formalarıdır. Müxtəlif nitq hissələrinə aid olub, müəyyən qrammatik formanın təsiri ilə eyniləşən, yazılışına və səslənməsinə görə oxşayan lakin qrammatik formaları və leksik mənaları müxtəlif olan sözlərə Omoform deyilir.

Tikdiribsən qəsr, eyvan, oda sən

Bu nökərin, o sevdiyin, o da sən

Qıya baxdın, məni saldın oda sən

İnsaf eylə, gəl könlümün narın üz (A. Ələsgər).

İnsanlar bu yerə seyrə gələcək,

Bu günə söz verib bizim gələcək.

2) Omoform cərgənin biri leksik, o biri qrammatik olur.

Elə qurban verilən ömür

Elə vurun yer titrəsin.

3) omoformların həm kökü, həm də qramatik əlamətləri müxtəlif olur.

Can evinə sığışmayan arzular

Bir dünyada neçə dünya arzular.

(S. Vurğun)

Arzular –isim olub cəm şəkilçisi qəbul edib

Arzular fel olub- III şəxs təkdə qeyri-qəti gələcək zaman şəkilçisi əlavə edilib

4) Omoformlar səslənmələrinə görə bir-birindən fərqlənir, tam eyniyyət təşkil etmir.

Ovçu gedib gördü, yox ovdan əsər

Yamyaşıl çöllərdə küləklər əsər.



Omoqraflar (qrafik omonimlər). Bunlar fonetik tərkibcə və qrafik cəhətdən omonimlərdən fərqlənmir. Omoqraflar yazılışca tam eyni olsa da, tələffüz və mənaca müxtəlifdir. Omoqrafları bir-biri ilə qarşılaşdıranda ilk baxışdan fonetik cəhətdən eyni olduğu düşünülür. Lakin bunlar müxtəlif vurğulu sözlər olub tələffüzcə fərqlənir: çalma- çalma; alın- alın; şaxta-şaxta.

Qoltuğunda bağlama, (isim)

Mən gedirəm ağlama,

Gedib yenə gələrəm,

Özgəyə bel bağlama (felin əmr şəklinin inkarı).

Və ya:


Sürüdən tez ayifrib əlli qoyun,

Dedi ki, bunları yol üstə qoyun.




Yüklə 93,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin