Omonimlərin bədii nitqdə işlınməsi. Omonim sözlər ədəbi-bədii yaradıcılıqda geniş istifadə edilən bədii ifadə vasitələrindən biridir. Omonimlər dildə ahəngdarlıq, musiqilik yaradır, dili daha da bədii şəklə salır. Omonimlər vasitəsilə gözəl qafiyələr qurulur, cinaslar yaradılır:
Xoşdur bu dağların sərin havası,
Çal, qarışsın ona gürcü havası.
Keçək Kür çayını, Araz çayını,
İçək Lənkəranın nüybər çayını.
Omonimlərdən xalq yaradıcılığında –folklorda da geniş istifadə edilir, cinas qafiyəli təcnislər yaradılır:
Yox sazımın nə pərdəsi, nə simi,
Kim onu çalıb tərpədər nəsimi
Firdovsi, Füzuli, Hafiz, Nəsimi,
Onlar da yazdığı ayə məndədi (A.Ələsgər).
Dostları ilə paylaş: |