3. Leksik sinonimlər və onların xüsusiyyətləri
Dildə formaca müxtəlif, mənaca bir- birinə çox yaxın olan sözlərə leksik sinonimlər, yaxud sinonim sözlər deyilir. Bunu bədii ədəbiyyatdan verilmiş aşağıdakı bir neçə misalda nəzərdən keçirək:
Çağladı arzumuz, diləyimiz də,
Divarın yanında biz dövrə vurduq.
Min nəğmə coşsa da ürəyimizdə,
Susduq, bir dəqiqə sükutla durduq.
(H. Xəzri)
Bu qar istəyimiz idi nə vaxtdan,
Xoş gələcək, biz onu arzulardıq.
(Ə. Kürçaylı)
Yaxud:
Hayıf ömür qısa, arzu genişdir,
Kim bu qayğı ilə titrəməmişdir?
(M. Müşfiq)
Qayaları baş- başadır,
Günəşləri tamaşadır.
Gödək ömrü çox yaşadır
Canım dağlar, gözüm dağlar! (S. Vurğun).
Bu misallardakı arzu- istək, dilək və qısa gödək sözləri sinonimlərdir. Bunlardan hər birinin özünəməxsus xüsusiyyətləri vardır. Buna görə də həmin sözlərin hər biri ifadə etdiyi ümumi- ortaqlı anlayışı müxtəlif cəhətdən açmağa xidmət edir.
Sinonimlərin başlıca əlamətləri aşağıdakılardan ibarətdir.
1. Ortaqlı, yaxud ümumiləşmiş məna əsasında birləşmək sinonimlərin əsas əlamətdir. Məsələn, dilimizdəki qoçaq- igid- qəhrəman sözlərinin sinonimliyinə fikir verək. Bu sözlər heç şeydən qorxmayan- ümumiləşmiş məna əsasında mərkəzləşmişlər.
Həmin ortaqlı məna olmasa idi, göstərilən sözlərin sinonimliyi mümkün ola bilməzdi. Buna görə də ümumiləşmiş- ortaqlı məna sinonimliyin özülünü təşkil edir.
2. Sinonimlərin digər əlaməti onları təşkil edən sözlərin məna çalarlığı və üslubi rəngarəngliyinə görə bir- birindən fərqlənməsi ilə əlaqədardır. Elə buna görə də sinonim olan vahidlərdə əgər məna eyniliyi olsa, üslubi fərq, üslubi bərabərlik olsa məna çalarlığı, yaxud da hər iki cəhətdən fərq olur.
Leksik sinonimlər məna çalarlığı, emosional rəngi, məntiqi əlaməti və üslubi xüsusiyyətlərinə görə təsnif edildikdə onların iki növü olduğu meydana çıxır. Bunlar aşağıdakılardır:
a) İdeoqrafik (semantik) sinonimlər. Dildə fikrin bütün incəliyinin dəqiq ifadə olunmasına xidmət edən sinonimlər ideoqrafik sinonimlər adlanır. Məsələn, yaş- nəm-sulu sözlərinə fikir versək, bunların daha incə məna çalarlıqlarının ifadə olunmasına xidmət etdiyini aydın görərik.
b) Üslubi sinonimlər. Üslubi rəngarəngliyə görə fərqlənən sinonimlərə üslubi sinonimlər deyilir. Məsələn,
Qardaşım! Sən nahaq yalvardın ona,
Söz əsər eləməz qəlbi pozğuna...(S. Vurğun).
Elədimi yüz ləli
Sərraf çəkər yüz ləli,
Namərd gəlib mərd olmaz,
Yüz sızılda, yüz ləli (Bayatı).
Olarsız ki, heç qoymazlar yaxına,
Dostları ilə paylaş: |