İXTİSAS: İSM (İBTİDAİ SİNİF MÜƏLLİMLİYİ)
KURS: I
FƏNN: Ana dili
MÖVZU:Omonim sözlər
ƏDƏBİYYAT SİYAHISI:
A. Qurbanov. Müasir Azərbaycan ədəbi dili. Bakı, 2003
Müasir Azərbaycan dili 1 hissə Bakı, 2007
Xəlilov B. Müasir Azərbaycan dilinin leksikologiyası. Bakı: Nurlan, 2008..
S. Cəfərov. Müasir Azərbaycan dili, II hissə. Leksika. Bakı, Şərq-Qərb, 2007.
MÜƏLLİM: SƏDAQƏT HƏSƏNOVA
Plan
Omonim sözlər haqqında məlumat
Omonimlərlə çoxmənalı sözlərin fərqi
Omonimlərin əmələ gəlmə yolları
Omonomik hadisələr
Omonim sözlər haqqında məlumat. Müasir Azərbaycan dilinin lüğət tərkibindəki sözlər məna ifadə etməsinə görə üç qrupa bölünür. Omonim sözlər, sinonim sözlər, antonim sözlər. Omonimlər bir-birilə əlaqəsi olmayan və məna əlaqəsini çoxdan itirmiş məfhumları ifadə edən, eyni səs tərkibinə malik sözlərə deyilir. Deməli, eyni səslənməyə malik olan, müxtəlif mənalı sözlərə omonim deyilir. Omonim yunan mənşəli söz olub, homos-oxşar, onoma-ad deməkdir. Omonim olan sözlər iki və daha çox, bəzən məntiqcə müxtəlif məfhumları ifadə edir. Məs: yaz, gül, at, gəlin (isim-fel), göy, düz(isim-sifət). Sözün omonim mənaları həm eyni nitq hissələrinə, həm də müxtəlif nitq hissələrinə aid ola bilər. Omonimlər müxtəlif mənaları ifadə edir.
Dostları ilə paylaş: |