İxtisas: İsm kurs: I fənn: Ana dili Mövzu 1: Leksikologiyanın predmeti və növləri



Yüklə 366 Kb.
səhifə17/35
tarix01.01.2022
ölçüsü366 Kb.
#105026
1   ...   13   14   15   16   17   18   19   20   ...   35
İxtisas: İSM

  • Kurs: I

  • Fənn: Ana dili

  • Mövzu 6: Sinonim sözlər

    Ədəbiyyat

    1. A.Qurbanov.Müasir Azərbaycan ədəbi dili.B.2003

    2. Müasir Azərbaycan dili 1.hissə B.2007

    3. N.Abdulzadə.Azərbaycan dili (milli kurrikulum)

    4. H.Həsənov.Müasir Azərbaycan dilinin leksikası B.1988

    5. S.Cəfərov.Müasir Azərbaycan dili B.1982

    6.B. Xəlilov. Müasir Azərbaycan dilinin leksikologiyası.B, 2008.



    • Müəllim: Şəhla Fətəliyeva FeehlaHYPERLINK "mailto:Feehla@gmail.com"@gmail.com



    • Plan:

    1.Sinonimlər və onların əmələgəlmə yolları.

    2.Leksik sinonimlər və onların xüsusiyyətləri.

    3.Sinonimlər və onların nitqdə işlənmə xüsusiyətləri

    Məzmunca bir-birinə yaxın məna ifadə edən müxtəlif fonetik tərkibə malik sözlərə sinonimlər deyilir. Sinonim yunan sözü olub, eyni adlı deməkdir. Bəzən sinonim sözlərin eyni mənaya da malik olduğunu göstərirlər. lakin belə sözlər sinonim deyil, dubletlər adlanır. Dubletlər forma və mənşəyi müxtəlif olan sözlərdir. Onlar mətnə görə neytral olur, çünki mənaca bir-birinin tam eyni olan sözlərdir. Buna görə də müxtəlif şəraitdə məna fərqi yaratmır və bir-birini əvəz edə bilir.

    Məs; universitet-darülfünün, eynək-çeşmək-gözlük, bahar-yaz, şərəf-şan

    Sinonim dubletlərin bir hissəsi arxaikləşmiş də ola bilər:

    Ayaq-qədəm, aydır-deyir, sayru-xəstə, tanıq-şahid.

    Sinonimlər eyni məfhumun ancaq çox yaxın və nisbətən fərqli mənalarını ifadə etmək xüsusiyyətinə malikdir: məs, qəlb-ürək, xoşbəxt –bəxtəvər. Sözlərin sinonim olması üçün onların eyni nitq hissəsinə mənsubiyyətidə şərtdir.

    Sinonim sözlərə nitq hissələrindən ən çox isim, sifət, fel və zərflərdə təsadüf edilir.

    İsim- arzu- istək- kam; el- oba; danlaq- giley;

    Sifət- səmimi- mehriban; nazlı- işvəli; zərif- incə.

    Fel- duymaq- hiss etmək; dinləmək- qulaq asmaq.

    Zərf- ahəstə- yavaş- yavaş; səhər- sabah.

    Say – çox-xeyli; bir az- bir qədər.

    Əvəzlik- həmin- haman; biri- birisi; heç kəs- heç kim.

    Qoşma- ayrı- başqa- savayı- qeyri; qabaq- əvvəl

    Bağlayıcı – amma- ancaq- lakin- fəqət.

    Ədat- qətiyyən-əsla.

    Nida – heyf- əfsus.

    Sinonimlər iki tipə bölünür: lüğəvi sinonimlər, qrammatik sinonimlər. lüğəvi sinonimlərin də iki növü var: leksik sinonimlər, frazeoloji sinonimlər.




    Yüklə 366 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   13   14   15   16   17   18   19   20   ...   35




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin