İxtisas: İsm kurs: I fənn: Ana dili Mövzu 1: Leksikologiyanın predmeti və növləri



Yüklə 366 Kb.
səhifə2/35
tarix01.01.2022
ölçüsü366 Kb.
#105026
1   2   3   4   5   6   7   8   9   ...   35
İxtisas: İSM

  • Kurs: I

  • Fənn: Ana dili

  • Mövzu 2: Azərbaycan dilinin mənşəcə lüğət tərkibi


    Ədəbiyyat

    1. A.Qurbanov.Müasir Azərbaycan ədəbi dili.B.2003

    2. Müasir Azərbaycan dili 1.hissə B.2007

    3. N.Abdulzadə.Azərbaycan dili (milli kurrikulum)

    4. H.Həsənov.Müasir Azərbaycan dilinin leksikası B.1988

    5. S.Cəfərov.Müasir Azərbaycan dili B.1982

    6.B. Xəlilov. Müasir Azərbaycan dilinin leksikologiyası.B, 2008.



    • Müəllim: Şəhla Fətəliyeva FeehlaHYPERLINK "mailto:Feehla@gmail.com"@gmail.com

    Plan

    1.Azərbaycan dilinin mənşəcə lüğət tərkibi haqqında

    2.Xalis Azərbaycan sözlərinin xüsusiyyətləri

    Azərbaycan dili türk sistemli dillər ailəsinə mənsub olsa da,qədim zamanlardan bəri bir sıra dillərlə əlaqə və münasibətdə olmuş, istər mədəni, istərsə də məişət mə-sələlərində onlarla qaynayıb-qarışmışdır. Bunun nəticəsində Azərbaycan dilinin lüğət tərkibində də müəyyən dəyişikliklər əmələ ğəlmişdir.

    Azərbaycanda azərbaycanlılardan başqa, talış, tat, avar, saxur, ləzgi, udin, xınalıq və s. etnik qrupların yaşaması Azərbaycan dilinin inkişafına müəyyən təsir göstərməklə yanaşı, həmin xalqlar üçün dilimiz ikinci ana dili rolunu oynayır. Bu dillərə Azərbaycan dilinin güclü təsiri olmuş, həmin xalqlar Azərbaycan dilindən leksik, fonetik və qrammatik ünsürlər almışdır. Azərbaycan dili geniş nüfuz dairəsinə malik olduğuna görə burada yaşayan etnik qrupların ünsiyyət vasitəsinə çevrilmişdir.

    Azərbaycanda müxtəlif dövlət quruluşlarının olması və ictimai-siyasi amillər şübhəsiz dilə təsir etmişdir. VII-IX əsrlərdə ərəb, IX-XV əsrlərdə fars dilinin təsiri güclü olmuş, XIX əsrdən başlayaraq rus dilinin təsiri güclənmişdi.

    Azərbaycan xalq dili Azərbaycan ərazisində yox, eləcədə Azərbaycandan kənar­da da əsas ünsiyyət vasitəsidir. Bu, Azərbaycan dilinin asanlığı, sadəliyi ilə bağlıdır. Elmi-bədii əsərlərin tərcüməsi və nəşri xalqlar arasında ədəbi-mədəni əlaqələrin yayıl­ma­sı xalqların bir-birinə yaxınlaşmasında, müvafiq ədəbi dillərin lüğət tərkiblərinin qar­şılıqlı şəkildə zənginləşməsində,qrammatik quruluşların təkmilləşməsində və nüfuz dairəsinin genişlənməsində əsas amil kimi çıxış edir.

    Dilimizin leksikası mənşəcə müxtəlifdir. Yeni məfhumların bir qismi dilimizin öz daxili imkanı, sözyaratma üsulu ilə, digər qismi isə başqa dillərdən sözalma hesa­bı­na əsasən ifadə olunur.

    Dilimizin lüğət tərkibini mənşəyinə görə 2 əsas qrupa bölmək olar. 1) Azər­bay­can sözləri-milli ana dilinin öz sözləri; 2) Alınma sözlər.

    Dilimizin leksik tərkibinin başlica hissəsini xalis Azərbaycan sözləri təşkil edir.

    Azərbaycan sözlərini qohum və yaxın dillərlə olan münasibətinə görə 3 qrupa ayırmaq olar: 1) Ümumtürk mənşəli sözlər, 2) Monqol dilləri ilə ümumilik təşkil edən sözlər, 3) Azərbaycan sözləri.

    S. Cəfərov Monqol dilləri ilə ümumilik təşkil edən sözləri Monqol dili ilə bəra­bər Qıpcaq qrupu dilləri və Oğuz qrupu dilləri ilə ortaq sözlər kimi vermişdir.

    Dilimizdəki sözlərin xalis Azərbaycan və ya ümumtürk mənşəli olduğunu seç­mək üçün onlar türk, türkmən və qaqauz dilləri ilə müqayisə olunur.Əgər tutuşdurulan sözlər türk dillərinin çoxunda varsa, onda həmin sözləri ümumtürk adlandırmaq olar. Yox, əgər söz ancaq Azərbaycan dilində işlədilirsə, deməli həmin söz xalis Azərbaycan sözüdür. Türk dillərinin ümumi mənşəyi onların fonetik və qrammatik quruluşları, lüğət tərkibi və sintaktik strukturlarının yaxınlığı ilə müəyyənləşir. Bu oxşarlıq onların mənşəcə eyniliyini təsdiq edir. Ümumtürk mənşəli sözləri aşağıdakı kimi qruplaşdırmaq olar:

    1.Ad bildirən sözlər: oğlan.ata, qadın, gəlin, gün, ay, buğda, dağ, arpa, gümüş

    2.Əlamət və keyfiyyət bildirən sözlər: ağ, qara, göy, yaşıl, yaman, pis

    3.Miqdar və kəmiyyət bildirən sözlər:bir, iki, üç, otuz, qırx

    4.Şəxs, işarə və sual bildirən sözlər: mən, sən, o, bu, kim

    5.Hal və hərəkət bildirən sözlər: getmək, qayıtmaq, pozmaq, yemək

    Türk dilləri üçün ümumi olan sözlərin qohum dillərdə işlənmə dərəcəsi eyni deyildir. Belə ki, bəzi sözlər bütün dillərdə, bəzi sözlər isə bir qrup dildə işlənir. Buna görə də türk dilləri üçün ortaqlı olan sözlər iki qrupa bölünür:

    1. Bütün türk dillərində işlənən ortaqlı sözlər; ana, oğul, qız

    2. Bəzi türk dillərində işlənən ortaqlı sözlər; çuğullamaq sözü bütün türk dillərində deyil, ancaq türkmən və Azərbaycan dillərində işlənir.

    Ortaqlı sözlərin fonetik, semantik və morfoloji fərqləri. Türk dilləri üçün ortaqlı olan sözlərin hamısı qohum dillərdə eyni forma və eyni mənada işlənmir. Burada bir sıra fərqlər var.

    Fonetik fərqlər.ortaqlı olan sözlərdəki fonetik fərqlər həm saitlərə, həm də samitlərə aid ola bilər.

    Azərbaycanca tatarca

    Orta urta

    Iş eş

    Iz ez


    Göz güz

    Semantik fərqlər. Türk dilləri üçün ortaqlı olan bəzi sözlər bu və ya başqa dildə bir məna, digərində isə başqa məna ifadə edir. Daylaq sözü Azərbaycan dilində atın balası mənasında, uyğur, özbək, qazax, qaraqalpaq dillərində ikiillik dəvə balası mənasında işlədilir.

    Ortaqlı sözlərdə morfoloji fərqlər də var.

    Türk və monqol dilləri ilə ortaqlı sözlər. Bu qəbildən olan sözlər insanların təyat tərzi, məişəti və s. məsələlərlə bağlıdır. Bu sözlər öz mənşəyi etibarı ilə daha qədim olduğu üçün müasir dilimizdə onları müəyyənləşdirmək çətindir.




    Yüklə 366 Kb.

    Dostları ilə paylaş:
  • 1   2   3   4   5   6   7   8   9   ...   35




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin