İxtisas: İsm kurs: I fənn: Ana dili Mövzu 1: Leksikologiyanın predmeti və növləri


Xalis Azərbaycan sözlərinin xüsusiyyətləri



Yüklə 366 Kb.
səhifə3/35
tarix01.01.2022
ölçüsü366 Kb.
#105026
1   2   3   4   5   6   7   8   9   ...   35
2.Xalis Azərbaycan sözlərinin xüsusiyyətləri

Xalis Azərbaycan sözlərinin xüsusiyyətləri aşağıdakılardır:

1.Əsl Azərbaycan sözləri təkhecalı olur:məs. al, əl, su, od və s .

2.Təkhecalı Azərbaycan sözləri qoşa samitlə( skaf, klub) başlamır.

3.Sonu eyni ( həzz, hiss, zənn, xətt) və müxtəlif( tərs, məşq, nəşr, zövq) qoşa samitlə bitən sözlər alınmadır.Qeyd: alt, üst, kənd, dörd, ilk və s. kimi sözlər istisnadır.

4.Sonu nc ilə bitən təkhecalı sözlər əsl Azərbaycan sözləridir.məs: tunc, dinc və s.

5.Sonu aq;-ək(daraq, yara, ələk, ipək), ar;-ər(qatar, çəpər), iq;-ik;-uq;-ük(uçuq, sökük, qatıq), ır;-ir;-ur;-ür(qatır, çadır), ma;-mə(qıyma, düymə, süzmə) şəkilçiləri ilə bitən sözlər əsl Azərbaycan sözləridir.

6.Sözün əvvəlində a saitindən sonra k f samitləri(Afət, Akif), q samitindən sonra iü saitləri(qitə, qüssə), m samitindən sonra ö ü saitləri (möhür, mümkün) gələn ikihecalı əsl Azərbaycan sözlərinə rast gəlinmir. Ə sairindən sonra b, v, q, f, h samiti gələn(Əbil, əqidə, Əflatun), İ saitindən sonra b, q, d, m, c samitləri gələn (iqlim, imkan, icazə, idman) sözlər əsl Azərbaycan sözləri deyildir.

7.V(var, ver, vur sözləri və onlardan törəyənlər istisna olmaqla ) samiti ilə başlayan sözlərimiz yoxdur.

8.j, r ilə başlayan sözlər alınmadır.

9.m(mən, marıtlamaq, mənimsə, minik, muncuq və s. sözləri istisna olmaqla) m ilə başlayan sözlər alınmadır.

10.n, f (fır, fıs, fış), x, h (hay, haray, haça, hoppan) samit hərfləri ilə başlayan Azərbaycan sözü yoxdur.

11.Əsl Azərbaycan sözləri ahəng qanununa tabe olur.(ilan, ilxı, işıq, işartı, elat və s. sözlər istisnadır.)

11.Azərbaycan sözlərində vurğu sonuncu hecanın üzərinə düşür.

1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin