İxtisas: İsm kurs: I fənn: Ana dili Mövzu 1: Leksikologiyanın predmeti və növləri



Yüklə 366 Kb.
səhifə32/35
tarix01.01.2022
ölçüsü366 Kb.
#105026
1   ...   27   28   29   30   31   32   33   34   35
İxtisas: İSM

  • Kurs: I

  • Fənn: Ana dili

  • Mövzu 12: Frazeologizmlərin növləri

    Ədəbiyyat

    1. A.Qurbanov.Müasir Azərbaycan ədəbi dili.B.2003

    2. Müasir Azərbaycan dili 1.hissə B.2007

    3. N.Abdulzadə.Azərbaycan dili (milli kurrikulum)

    4. H.Həsənov.Müasir Azərbaycan dilinin leksikası B.1988

    5. S.Cəfərov.Müasir Azərbaycan dili B.1982

    6.B. Xəlilov. Müasir Azərbaycan dilinin leksikologiyası.B, 2008.



    1. Birləşmə idiomlar

    2. Uyuşma idiomlar

    3. İbarələr

    Həqiqi mənalı sözlərin qarşılığı olub, onu məcazi məna ilə bildirən sabit söz birləşmələrinə idiomlar deyilir.

    İdiomlar quruluşu və semantikasına görə sabit söz birləşmələrinin mürəkkəb sözlərə daha yaxın olan ən maraqlı və həm ədəbi, həm də şifahi dildə çox işlənən bir qrupunu təşkil edir.

    Qovuşma idiomların tərkibindəki sözlər tamamilə məcazi mənada işlədilir. Qovuşma idiomları tərkibinə daxil olan sözlərdən birinciləri qrammatik dəyişikliyə uğramadığı kimi, onların arasına başqa bir söz də girə bilmir. Gözdə-qulaqda olmaq. Qovuşma idiomların məcazi mənalı mürəkkəb sözlərdən bir fərqi də ondan ibarətdir ki, mürəkkəb sözlər təklikdə işləndikdə də müəyyən bir məfhum ifadə edən söz kimi özünü göstərir, lakin qovuşmaların bir məfhum ifadə etmək xüsusiyyəti çox zaman cümlə daxilində daha tez nəzərə çarpır. Bel bağlamaq, dil açmaq

    Qovuşma idiomların nitq hissələrinə mənsubiyyəti o biri idiomlara nisbətən genişdir. Bunlar şərti olaraq isim, sifət, fel, zərf və nida kimi nitq hissələrinə mənsub ola bilir.

    İsmə ekvivalent olan qovuşma idiomları aşağıdakı qrammatik qaydalar əsasında formalaşır.



    1. Birinci növ təyini söz birləşməsi əsasında: açıq ürək.

    2. İkinci növ təyini söz birləşməsi əsasında: balıq sevdası.

    3. Cümlənin idiomlaşması hesabına. Gözün üstə qaşın var

    Sifətə ekvivalent olan qovuşma idiomları aşağıdakı qrammatik qaydalar əsasında formalaşır.

    1.Birinci növ ismi birləşmə əsasında: ağciyər.

    2.Mənsubiyyət şəkilçisi olan ismə sifətin əlavəsi əsasında: dalıbağlı, qəlbiqara.

    3.Mənsubiyyət şəkilçisi olan ismə yönlük haldakı ismin əlavəsi əsasında: üzüyola.

    4.İdiom olan ismə lı4 şəkilçisinin əlavəsi əsasında: açıqürəkli.

    Felə ekvivalent olan qovuşma idiomları.

    1. Yönlük hallı isimlərə köməkçi felin əlavəsi əsasında: topa tutmaq,gözə gəlmək.

    2.Qeyri- müəyyən təsirlik hallı isimlərə felin əlavəsi əsasında: dil tökmək, kök salmaq.

    3.Sifətlərə fellərin əlavəsi əsasında: ağ etmək, şit eləmək.

    4.Mənsubiyyət şəkilçisi olan təsirlik hallı isimlərə fellərə əlavəsi əsasında: ləzzətini qaçırmaq.

    5.Mənsubiyyət şəkilçili çıxışlıq hallı isimlərə fellərin əlavəsi əsasında: dibindən baltalamaq.

    Zərfə aid.

    1.İkinci növ təyini söz birləşmələrinin abstraktlaşması əsasında: göz görəsi, dilucu.

    2.Mənsubiyyət şəkilçili olan ismə düzəltmə sifətlərin əlavəsi: ağzı dolu, üstüörtülü.

    3.Mürəkkəb bir ismə ilə qoşmasının əlavəsi əsasında: canla- başla.

    4.Biri adlıq o biri mənsubiyyət şəkilçili yönlük hallı eyni sifətin təkrarı əsasında: düz- düzünə.




    Yüklə 366 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   27   28   29   30   31   32   33   34   35




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin