3. Omonomik hadisələr
Azərbaycan dilində omonimlərə oxşar aşağıdakı söz qrupları var.
1) Ancaq tələffüzcə uyğun gələn sözlər (Omofon)
2) Ancaq yazılışa görə oxşar sözlər (Omoqraf)
3) Fonetik və qrafik cəhətdən oxşar sözlər (omoform)
4) səslənmələrinə görə oxşar, yazılışına görə fərqli olan sözlər (paronimlər)
Omonimlərə daha yaxın olan hadisə omoformdur.onun omonimlərdən fərqi var.
1) Omonimlər oxşar ad, omoformlar isə oxşar forma deməkdir. Omoformlarda sözləri bir-birinə yaxınlaşdıran onların formalarıdır.
Tikdiribsən qəsr, eyvan, oda sən
Bu nökərin, o sevdiyin, oda sən
Qıya baxdın, məni saldın oda sən
İnsaf eylə, gəl könlümün narın üz.
(A. Ələsgər)
İnsanlar bu yerə seyrə gələcək,
Bu günə söz verib bizim gələcək.
2) Omoform cərgənin biri leksik, o biri qrammatik olur.
Dostları ilə paylaş: |