İxtisas: İsm kurs: I fənn: Ana dili Mövzu 1: Leksikologiyanın predmeti və növləri



Yüklə 366 Kb.
səhifə22/35
tarix01.01.2022
ölçüsü366 Kb.
#105026
1   ...   18   19   20   21   22   23   24   25   ...   35
İxtisas: İSM

  • Kurs: I

  • Fənn: Ana dili

  • Mövzu 8: Köhnəlmiş sözlər

    Ədəbiyyat

    1. A.Qurbanov.Müasir Azərbaycan ədəbi dili.B.2003

    2. Müasir Azərbaycan dili 1.hissə B.2007

    3. N.Abdulzadə.Azərbaycan dili (milli kurrikulum)

    4. H.Həsənov.Müasir Azərbaycan dilinin leksikası B.1988

    5. S.Cəfərov.Müasir Azərbaycan dili B.1982

    6.B. Xəlilov. Müasir Azərbaycan dilinin leksikologiyası.B, 2008.



    • Müəllim: Şəhla Fətəliyeva FeehlaHYPERLINK "mailto:Feehla@gmail.com"@gmail.com

    • Plan:

    1. Köhnəlmiş sözlər və onların dildə işlənmə məqamları

    2. Tarixizimlər

    3. Arxaizimlər

    1.Köhnəlmiş sözlər və onların işlənmə məqamları

    Dilin leksikasının passiv sözlərinin bir hissəsi köhnəlmiş sözlərdir. Müasir dil ba­xımından müəyyən tarixi, iqtisadi səbəblərlə əlaqədar olaraq fəal işləkdən düşmüş, di­lin işlənmə sahəsindən çıxmış və ya çıxmaq üzrə olan sözlər köhnəlmiş sözlər adla­nır.

    Dilin lüğət tərkibi yeni sözlər hesabına zənginləşdiyi kimi, köhnəlmiş, istifadə edilməyən, ümumi işlədilmədən düşmüş sözlər hesabına da azalır. Sözün köhnəlməsi yalnız bu ya digər oxşar məfhumları ifadə edən sözlərin başqa sözlərlə sadəcə əvəz­lən­məsi ilə nəticələnməməlidir, onların konkret dövrlə əlaqəsini kəsməsi, ümumiy­yət­lə köhnəlməsi də lazımdır.

    Bir dövrün leksik sistemi başqa bir dövrün leksik sistemindən fərqlənir. Eyni məfhu­mun müxtəlif sözlərlə ifadəsi hər iki dövrdə qala bilər. Lakin dövrlərin leksik sistemlərində fərqlənmə ondadır ki, bir dövrdə işlək olmayan sözlər başqa sözlər vasitəsilə sıxlaşdırılıb arxaikləşə, ya da həmin söz başqa bir dövrdə yeni mənalı söz kimi işlək sözə çevrilə bilər.

    Dildə sözün və ya onun ayrı- ayrı mənalarının yox olması mürəkkəb hadisədir, uzun tarixi bir prosesin nəticəsidir. Sözlər və ya onların ayrı- ayrı mənaları birdən-birə yox, tədricən, dilin mövcud olduğu tarixi- ictimai şəraitlə bağlı olaraq çıxır.

    Bu və ya digər sözün nə vaxt və necə köhnələcəyi barədə qabaqcadan fikir söylə­mək, onun qarşısını almaq, sədd qoymaq qeyri mümkündür. Söz dildə uzun müddət fəal şəkildə fəaliyyət göstərir, yaşayır, müəyyən səbəblərlə əlaqədar olaraq tədricən köh­­nə­lir. Hər bir sözün taleyi onun ifadə etdiyi məna, məfhum, əşya, xidmət etdiyi xalqın düşüncəsi və inkişafı ilə bağlıdır. Sözün köhnəlməsinə təsadüflük nəticəsi kimi yox, obyektiv qanunauyğunluq kimi baxmaq lazımdır. Sözün köhnəliyi dilin müasir vəziy­yəti, hal- hazırda aktiv işlədilmə ilə müəyyənləşir.

    Bütün köhnəlmiş sözlər eyni vaxtda köhnəlmədiyi kimi, onların köhnəlmə səbəb­lə­ri də müxtəlifdir. Bu səbəblər onların köhnəlmə dərəcəsi, arxaikləşməsi, istifadə olun­ma imkanı və səciyyəsi ilə bağlıdır. Sözlərin mənaca köhnəlməsinin aşağıdakı səbəb­lə­rini qeyd etmək olar:

    1.Sözün ikinci nominativ- törəmə mənasının fəallaşması;

    2.Çoxmənalı sözlərin mənalarından birinin təkmənalı sinonimləri ilə sıxış­dı­rıl­ması;

    3.Əsas məna mərkəzinin törəmə mənaya keçməsi;

    4.Eyni əşya və hadisənin bir neçə sözlə adlandırılması, onlardan biri aktiv olur, digəri passivləşərək köhnəlir vəs.

    Azərbaycan dilinin leksik sistemində sözlərin köhnəlməsi eyni dərəcədə olmur; onla­rın bir qismi çox, bir qismi isə az köhnəlir. Onların bir qisminin mənası və sözya­rat­ma strukturu müasir Azərbaycan dilində danışan hər bir şəxs üçün tamamilə məc­hul və anlaşılmazdır. Digər qrupu isə azərbaycanca danışanın şüurunda məlum söz­lər­lə assosiasiya yaradır. Bunlara Azərbaycan dilinin aktiv ehtiyatındakı törəmə sözlərin strukturunda və əsas morfemlərdə təsadüf olunur. Əşya və hadisələrin bir qisminin aradan çıxması ilə əlaqədar olaraq onların adı da yox olur, işlədilmir.

    Başqa bir halda gerçəkliyin əşya və hadisələri yox olmur, ancaq onların adı dəyişir. Sözün köhnəlməsi üçün yalnız onun başqa sözlə əvəz olunması yox, həm də onun kon­kret vaxtla əlaqəsini kəsməsi, nə isə, ümumiyyətlə, köhnə olması lazımdır. Köhnə söz lüğətdən birdən- birə, tamamilə çıxmır, əvvəl onun ətrafına, periferiyasına düşür, onlar hələ anlaşılır, onlardan hələ istifadə olunur. Köhnəlmiş sözlər bir-birindən köh­nəl­mə dərəcəsinə görə fərqlənir. Bu cəhətdən Azərbaycan dilindəki köhnəlmiş sözləri iki qrupa ayırmaq olar:




    Yüklə 366 Kb.

    Dostları ilə paylaş:
  • 1   ...   18   19   20   21   22   23   24   25   ...   35




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin