Mexaniki xarakterli nöqsanlar. İstehsalda istifadə edilən materialın dağıl-
ması (deşiklər, dəliklər, kəsiklər, yarıqlar). İstehsal xarakterli nöqsanların yaranma
səbəbləri: səliqəsiz yapışqanlama, qaynaq, üzlüyün kəsilməsi.
Qeyri-istehsal nöqsanlarının yaranma səbəbləri: məmulata bərk itiuclu
əşyalarla təsir. Parikin tikiş keçən yerlərində dəliklər (nöqtəvi deşiklər, materialın
süzülməsi).
İstehsal xarakterli nöqsanlar. Yağlı ləkələr. İstehsal xarakterli nöqsanın
səbəbi: hissələrin və detalların səliqəsiz yağlanması.
Qeyri-istehsal xarakterli nöqsanların yaranma səbəbləri: daşınma, saxlanma
və anbara yığılma zamanı ehtiyatsızlıqdan yağ ləkələrinin düşməsi.
Pas ləkələri. İstehsal xarakterli qüsurların yaranma səbəbləri: nəm məmu-
latın uzun müddət metaldan hazırlanmış detallara toxunması (parikdəki sancaqlar,
geyim üzərindəki basma düymələr, paltodakı düymələr və s.). Malların saxlanması
və daşınması zamanı üstünə paslı su tökülməsi halları da ola bilər.
Dostları ilə paylaş: |