rahatlığını təmin edir. Erqonomik tələblər, həmçinin gigiyenik, psixoloji tələblərə
12
bölünür.
Gigiyenik tələblər dedikdə isə oyuncaqların uşaqların səhhətinə ziyan olub-
olmamasını, təhlükəsizliyi başa düşülür. Bu səbəbdən də uşaqlara oyuncaq alarkən
onun gigiyenik qaydalara cavab verməsinə diqqət yetirməliyik. Çünki, hal-hazırda
ölkəmizə xarici ölkələrdən, xüsusən də Çindən müxtəlif oyuncaqlar gətirilir.
Mütəxəssislərin qənaətinə görə əsasən Çindən gətirilən oyuncaqların çoxu
sənaye tullantılarından hazırlanıb ixrac olunur.
Bu da uşaqların zəhərlənməsinə, mənşəyi məlum olmayan xəstəliklərin
yaranmasına səbəb olur.
Mütəxəssislərin məlumatına görə, Türkiyə, Almaniya, Kanada dünyanın
əksər ölkəsində 19 milyon ədəd oyuncaq geri qaytarılıb. Məlum olub ki, uşaqların
sevimli «Barbi» gəlinciklərinin hazırlanmasında tərkibində yüksək miqdarda
qurğuşun olan boyaq maddəsindən və maqnitlərdən istifadə edilib. Qurğuşunun
tərkibini araşdıran və bununla bağlı rəyini bildirən komissiyanın açıqlamasında
göstərilib ki, oyuncaq uşaqların beyninə təsir edir.
Dostları ilə paylaş: