1.2. Uşaq oyuncaqlarının keyfiyyətinə qoyulan ümumi və
spesifik tələblər
Bütün mal nümunələri kimi oyuncaqların da keyfiyyətinə ciddi fikir verilir.
Bu qrup malların istehlakçısı uşaqlar olduğuna görə dövlətimiz oyuncaqların
keyfiyyətinin yaxşılaşdırılmasına daim nəzarət edir. Oyuncaqlar müxtəlif
xammaldan hazırlandıqları üçün və istehlakçıları uşaqlar olduğu üçün oyuncaqların
keyfiyyətinə nəzarət olunur və texinki sənədlərə cavab verməlidir. Oyuncaqların
keyfiyyətinə verilən tələblər dedikdə, isə estetik tələblər, gigiyenik tələblər,
erqonomik tələblər, etibarlılıq və s. başa düşülür.
Dostları ilə paylaş: |