19
1.3. Uşaq oyuncaqlarının əsas keyfiyyət göstəricilərinin xarakteristikası
Oyuncaqlar təsdiq edilmiş nümunə etalonuna və müqavilənin texniki şərtlə-
rinə uyğun olmalıdır. Oyuncaqların əsas keyfiyyət göstəriciləri bunlardır: düzgün,
forma, kənarları düz, iti tilləri olmayan, tilişkəsiz, çatsız.
Oyuncaqların səthinin rənglənməsi hamar, qırışsız, şişsiz olmalı, şəkillərin
qarışması olmamalıdır. Məmulatın bütün detalları möhkəm birləşdirilməlidir.
Nəqliyyat oyuncaqlarından qapılar rahat açılmalı, təkərlər sərbəst, bir-birinə
dəymədən, ox üzərində əsmədən fırlanmalıdır. Burulan mexanizmlər düzgün və
yaxşı işləməli, lazımi məsafəni qət edə bilməlidirlər. Elektrik mühərrikli mexaniki
oyuncaqlarda gərginlik 12 voltdan yüksək olmamlıdır.
Yümşaq, içi hava ilə doldurulmuş oyuncaqlarda doldurulma bərabər olmalı,
üst parça dartılmalı, tikişlərdə sökük və qırışıq olmamalıdır.
Oynaq vasitəsilə sərbəst hərəkət edən oyuncaqların detalları lazımi istiqa-
mətə fırlanmalı və sistematik forma almalıdır. Oynaqlara (həncama) detalların
möhkəm birləşməsi təmin edilməlidir.
Musiqili, səsli oyuncaqlarda səs cihazları ilə yerləşdirilir ki, onları zədələmə-
dən yerindən çıxarmaq mümkün olmasın. Səs cihazı səsi düzgün təqlid etməli və
heç bir maneə olmadan işləməlidir.
İçərisi hava ilə doldurulmuş oyuncaqlarda hava vurulan klapan tıxacla her-
metik bağlanmalıdır. Musiqi alətləri düzgün formaya malik olmalı, səslənmə tə-
mizliyi, xoşagəlimli səs tembri ilə fərqlənməlidir.
Diatonik və xromotik səs düzümlü musiqili oyuncaqlar standart, birinci
oktavalı 440 herslik “lya” kamertonu vasitəsilə köklənir.
Səs cihazları yapışqan vasitəsilə yapışdırılır, klapanlar dayağa möhkəm
sıxılaraq möhkəmləndirilir. Basmalar, düymələr, akkordion, qarmon, royal və
pianinoların dilləri sıra ilə bir zolaqda səslərin notdakı ardıcıllığına uyğun olaraq
yerləşməlidir. Oyuncaqların səsi 65 detsibeldən yüksək olmamalıdır.
Oyuncaqların keyfiyyətini yoxlayan ekspert, oyuncaqlara qoyulan əsas sani-
20
tar-gigyenik tələblərlə tanış olmalıdır.
Dövlət sanitar təftişi tərəfindən “Oyuncaq istehsalı və satışı üzrə sanitar qay-
daları” müəyyən edilmişdir. Oyuncaqlar elə materiallardan hazırlana bilər ki, onları
sanitar epidemioloji orqanlar təsdiq etmiş olsun.
Oyuncaqların hazırlanması üçün yalnız tərkibində insan sağlamlığına ziyan
gətirə biləcək zəhərli maddələr olmayan, qoxusuz materiallardan istifadə edilməli-
dir.
Oyuncaqlarda mexaniki xarakterli heç bir nöqsan olmamalıdır. Belə nöqsan-
lar aşağıda xarakterizə edilir.
Dostları ilə paylaş: