İxtisas: Kitabxana və informasiya Kurs: I (əyani) İl, semestr: 2020-ci IL, II sem. Fənn: Azərbaycan ədəbiyyatı tarixi



Yüklə 0,66 Mb.
səhifə22/53
tarix10.01.2022
ölçüsü0,66 Mb.
#106830
1   ...   18   19   20   21   22   23   24   25   ...   53
Şah Qasim Ənvar. Qasim Ənvar 1356-cı ildə Sərab şəhərində anadan olmuşdur. Sonralar ailələri təbrizə köçdüyündən şair Təbrizi nisbəsi ilə də tanınmışdır.Gənc yaşalarından Səfəvi şeyxlərindən Şeyx Sədrəddin Ərdəbiılinin müridi olu, az bir vaxt ərzində mürşidlik məqamına catıb. Səfəviyyə təriqətini yaymaq üçün əvvəl Gilana, sonra Xorasana göndərilir.

Qasim Ənvar sonra Heratda yaşadığı vaxt böyük şöhrət və nüfuza malik idi. „Yeni xanıgah“ adlı xüsusi xanəgahı var idi. Onu deyək ki, şairin həyat və yaradıcılığı o qədər geniş öyrənilməyib. 1958-ci ildə Səid Nəfisi Tehranda şairin əlyazmalarını bir müqəddimə ilə nəşr etdirmişdir. Mirzə Abbaslı isə 1969-cu ildə Bakıda çap etdirdiyi məqalədə şairin həyat və yaradıçılığı ilə əlaqədar bir çox məsələləri aydınlaşdırmağa çalışmışdır. Mirzə Abbaslının tədqiqatına görə Qasim Ənvarın „Divanında“ toplanmış şeirlər, o sıradan „Ənüsül-arifin“ poeması başdan-başa ürfani-fəlsəfi məzmun daşıyır.Ümumiyyətlə, sufiliyi və şairliyi ilə həyata müdaxilə etməyə, yəni cəmiyyət problemlərini həll etməyə can atan şairin əsərlərinin real həyatdan kənarda təsəvvür etmək mümkün deyil. Şairə görə insan həqiqət yolunda əziyyət çəkməkdən qorxmamalıdır, çünki əziyyətsiz zülmətdə həyat suyu tapmaq olmaz.

Qasim Ənvar insana olan böyük səmimi məhəbbətini çox vaxt sufiyanə, panteist məhəbbət kimi qələmə almışdır. Şair əsasən farsca yazsa da, Azərbaycan türkcəsində də bəzi şeirləri vardır.Onun Çələbiyə yazdığı şeir də buna misaldır.
Sabahın olsun mübarək,

Çələbi, bizi unutma,

Salam ilə can verdik,

Çələbi, bizi unutma.


Şeirdəki dil sadəliyi fikir aydınlığı şairin həssas və istiqanlı bir şəxs olduğunu göstərir. Şair həmçinin ana dilimizdə gözəl qəzəllər də yaratmışdır. Belə şeirlərdə şairin sufiyanə-aşiqanə duyğuları əlvan boyalarla verilmişdir.

Şairin „Ənisül-arifin“ sifizm nöqteyi -nəzərdən yazılmış poema olsa da, onda insan və zaman problemi müxtəlif şəkillərdə əks etdirilmişdir.




Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin