M. İbrahimov. Mirzə 1911-ci ilin 28 oktyabrında Cənubi Azərbaycanın Sərab şəhəri yaxınlığında Evə kəndində doğulub. Sonra ailəsilə Bakı şəhərinə gəlmişlər. Bir sıra məsul vəzifələrdə işləmişdir. Tanınmış yazıçı, alim və ictimai xadim M. İbrahimovun həm dövlət işlərində. Həm də dəbii yaradıcılıq sahələrində mühüm xidmətləri olub. „Gələcək gün“ romanı SSRİ Dövlət mükafatına layiq görümüşdür.
Mirzə əvvəl şeir yazmış. Sonra hekayələr, povestlər, sonra maraqlı romanlar yazmışdır. „Böyük dayaq“, „Pərvanə“ romanları da nəsrin mükəmməl nümunələridir.
M. İbrahimov dram əsərləri də yazmışdır. Onun „Həyat“, „Madrid“, „Məhəbbət“, „Közərən ocaqlar“ pyesləri, „Kəndçi qızı“, „Yaxçı adam“ komediyaları özünün əsas məziyyətlərilə dəyərli əsərlər sırasında özünə yer tutmuşdur.
Dostları ilə paylaş: |