İxtisas: Kitabxanaçılıq və informasiya Kurs: III fənn: Məktəb kitabxanalarının məlumat axtarış sistemi Müəllim: Rəsulzadə Aysu Telman qızı


Mövzu 11. Elmi və xüsusi kitabxanalar



Yüklə 77,54 Kb.
səhifə11/15
tarix10.01.2022
ölçüsü77,54 Kb.
#107673
1   ...   7   8   9   10   11   12   13   14   15
Mövzu 11. Elmi və xüsusi kitabxanalar

Plan:

1.

Beşinci və altıncı beşillik dövründə dövlət ölkədə elmin hərtərəfli inkişaf etdirilməsi və elmi-texniki tərəqinin nailiyyətlərini istehsalata tətbiq etmək sahəsində bir sıra mühüm tədbirlər həyata keçirdi ki. bu da ölkədə elmi tədqiqat müəssisələrinin sürətli inkişafını təmin etdi. Elmi müəssisələrin inkişafı, elmi kadrların sayının artması isə öz növbəsində elmi kitabxana şəbəkəsinin inkişafı və təkmilləşməsi problemini qarşıya qoymuşdu. Buna görədir ki, həmin dövrdə elmi və xüsusi kitabxana şəbəkəsinin inkişafı sahəsində böyük tədbirlər həyata keçirilmiş, Azərbaycan SSR EA-nm Ali və Orta İxtisas Təhsili Nazirliyinin, Səhiyyə Nazirliyinin, Kənd Təsərrüfatı Nazirliyinin, «Azəmeft» Birliyinin və s. idarə və müəssisələrin kitabxana şəbəkəsi xeyli genişlənmişdir. Ümumiyyətlə, beşinci və altıncı beşillik illəri respublikamızda elmi və xüsusi kitabxana şəbəkəsinin inkişaf etdiyi və elmi işçilərə kitabxana xidmətinin daha da təkmilləşdiyi illər olmuşdur. Artıq altıncı beşilliyin axırında respublikamızda 12235 min kitab fonduna malik olan 553 elmi və xüsusi kitabxana fəaliyyət göstərirdi12'. Bu kitabxanalar 227 min nəfər oxucuya xidmət etmiş və il ərzində onlara 4880 min kitab vermişdi126. Bu rəqəm elmi80 texniki tərəqqidə kitabxanaların iştirakına parlaq sübutdur. Elmi-texniki və xüsusi kitabxanalar şəbəkəsi respublikamızda yeni elmi müəssisələrin yaranması ilə əlaqədar inkişaf edib təkmilləşmiş, ölkənin elmi informasiya təminatında yaxından iştirak etməyə səy göstərmişdir. 60-cı illərdə AMEA-nın, təhsil, səhiyyə, tibb və kənd təsərrüfatı nazirliklərinin elmitədqiqat müəssisələrinin yaranması ilə əlaqədar yeni elmi və xüsusi kitabxanalar yaranmış, onların elmi işçilərə xidmət işi yaxşılaşdırılmış, maddi-texniki bazası möhkəmləndirilmişdir. Bu dövrdə respublikada tibb, kənd təsərrüfatı kitabxanalarının, AMEA kitabxanasının işi sabitləşmiş, oxucuların elmi sorğusunun və tələbatının ödənilməsində, elmi tədqiqat işlərinə xidmət göstərilməsində ciddi dönüş yaranmışdı. Elmi və xüsusi kitabxanalar bilavasitə elmi-tədqiqat institutlarının, elmi-konstruktor bürolarının, elmi laboratoriyaların strukturuna daxil olmuşdur. 60-cı illər respublikamızın elmi həyatında kitabxanaların daha yaxından, daha məqsədyönlü iştirakı illəri kimi xarakterizə olunur. Rəqəmlərə müraciət edək. 1960-cı ildə Azərbaycanda 12235 min nüsxə kitab fondu olan 553 elmi, texniki və xüsusi kitabxana var idisə, onların sayı və fondu 1964-cü ildə 727, kitab fondu isə 15245 min nüsxə olmuşdur. Bu rəqəmlər xeyli artaraq 1970-ci ildə müvafiq olaraq 880-ə, kitab fondu isə 23493-ə çatmışdı. Beləliklə, 10 il müddətində kitabxanaların sayı 327 ədəd, kitab fondu isə 11258 min nüsxə artmışdı. Öz dövrü üçün olduqca böyük göstəricilər hesab edilən bu rəqəmlər kitabxana işi sahəsində çox mühüm keyfiyyət və kəmiyyət göstəricilərinin baş verməsini təsdiq edir. Sözün əsl mənasında 327 yeni elmi, texniki və xüsusi kitabxananın yaranması və onların fondunun 11258 min nüsxə artması respublikada elmi-texniki tərəqqinin sürətli inkişafına parlaq sübutdur127. Elmi-texniki və xüsusi kitabxanaların kəmiyyət və keyfiyyətcə inkişafı oxuculara xidmət işinin məzmununa, kitabxanaya yeni oxucuların cəlb edilməsinə olduqca mühüm təsir 81 göstərmiş, oxucuların sayının artmasına və kitabxana xidmətinin yeni forma və üsullarının meydana gəlməsinə olduqca həlledici təsir göstərmişdir. Rəqəmlərə diqqət yetirək. Əgər 1960-cı ildə elmi, texniki və xüsusi kitabxanaların 227 min oxucusu olmuş, onlara 4880 min nüsxə kitab verilmişdirsə, 1970-ci ildə oxucuların sayı 661 min, kitab verilişi isə 11300 nüsxə olmuşdur. Yəni 10 ildə oxucuların sayı 434 min, kitab verilişi isə 6480 min artmışdır " . Göstərdiyimiz rəqəmlər əhaliyə kitabxana xidmətinin təşkilində böyük keyfiyyət dəyişikliklərinin baş verməsini diqqət mərkəzinə çəkir.


Yüklə 77,54 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin