İxtisas: Kitabxanaçılıq və informasiya Kurs: III fənn: Məktəb kitabxanalarının məlumat axtarış sistemi Müəllim: Rəsulzadə Aysu Telman qızı


Mövzu 12. Elmi-texniki kitabxanalar



Yüklə 77,54 Kb.
səhifə12/15
tarix10.01.2022
ölçüsü77,54 Kb.
#107673
1   ...   7   8   9   10   11   12   13   14   15
Mövzu 12. Elmi-texniki kitabxanalar

Plan:

1. Respublikada elmi-texniki kitabxanaları

2. Elmi texniki kitabxanalardan istifadə mexanizmi



Müharibədən sonrakı beşilliklər dövründə respublikamızda sənayenin sürətlə inkişafı, fabriklərdə və zavodlarda, mədənlərdə və tikintilərdə yeni texnikanın tətbiqi, texniki ali və orta ixtisas məktəblərinin artması, texniki ziyalıların sayının çoxalması və elmi-texniki tərəqqinin daha böyük miqyas alması nəticəsində texniki ədəbiyyata olduqca böyük tələbat yaranmışdı. Bu böyük tələbatı ödəmək üçün ayrı-ayrı nazirliklər, idarə və müəssisələr, fabrik və zavodlar texniki kitabxanalar təşkil edirdilər. Təsadüfi deyil ki, beşinci və altıncı beşilliklər dövründə texniki kitabxanalar iki dəfəyə qədər artmışdı. Artıq 1958-ci ildə respublikamızda sənaye müəssisələrinin 175 elmi-texniki, texniki və tədris kitabxanaları var idi151. Bu kitabxanaların 35-i Neft Sənayesi Nazirliyinin müəssisələrində, 140-ı isə digər sənaye müəssisələrində yerləşirdi. Bu kitabxanalardan ancaq 6-sı respublikanın digər şəhərlərində idi. Doğrudur, bu kitabxanaların bəzilərinin ştatlı işçiləri və ayrıca iş otaqları olmadığından öz fəaliyyətlərini hələlik lazımi səviyyədə qura bilməmişdilər. Sonrakı illərdə bu nöqsanların aradan qaldırılmasına xüsusi diqqət yetirildi. Artıq altıncı beşilliyin axırında respublikamızda texniki kitabxana şəbəkəsi xeyli təkmilləşmiş, onun maddi-texniki bazası möhkəmlənmişdi. Ayrı-ayrı sənaye müəssisələri texniki kitabxanaları ştatla təmin edir, binalar ayırır və kitab fondunu komplektləşdirmək üçün vəsaiti artırırdılar. 1967-ci ilin iyulunda Azərbaycan SSR Nazirlər Sovetinin göstərişi ilə Azərbaycan Neft Sənayesi Nazirliyinin Mərkəzi Elmi-Texniki Kitabxanası Respublika Elmi Texniki Kitabxanasına çevrildi və Azərbaycan SSR Nazirlər Sovetinin Elm və 103 Texnika Komitəsinə verildi. Respublikadakı bütün texniki kitabxana şəbəkəsinə metodik rəhbərlik bu kitabxanaya tapşır ılır d ı''. Texniki kitabxana şəbəkəsinə rəhbərliyin mərkəzləşdirilməsi onların əhaliyə xidməti işini xeyli yaxşılaşdırdı. Rəqəmlərə diqqət yetirək. 1958-ci ildə respublika elmite.xnıkı kitabxanasına məlumat verən 62 elmi-texniki kitabxanada 964335 nüsxə kitab var idi. Bir il müddətində kitabxanalara 81097 nüsxə kitab daxil olmuşdu. Kitabxanalar il ərzində 26794 nəfər oxucuya xidmət etmiş, onlara 929,251 nüsxə kitab vermişdi. Kitabxanalar oxuculara xidmət işini nümunəvi təşkil etmək, yeni ədəbiyyatı hərtərəfli təbliğ etmək üçün geniş kütləvi və məlumat-biblioqrafiya işləri aparırdılar. Bir il müddətində 1659 sərgi təşkil edilmiş, 42 oxucu konfransı keçirilmişdi. Oxucular kitabxanaların məlumat aparatından daha səmərəli istifadə etməyə başlamışdılar. 1958-ci ildə kitabxanalarda 313 kitab icmalı keçirilmiş, 59839 məlumat verilmiş, 793 nəfər oxucuya yazılı biblioqrafik məlumatlar ünvanlanmışdı1' 3. Respublika texniki kitabxana şəbəkəsi Azərbaycan Neft Sənayesi Nazirliyinin texniki kitabxana şəbəkəsi xüsusilə fərqlənirdi. 1958-ci ildə bu şəbəkəyə 26 kitabxana daxil idi ki, bunların fondunda 479155 nüsxə kitab toplanmışdı. Kitabxanalar il ərzində 14065 nəfər oxucuya xidmət etmiş, onlara 542058 nüxə kitab vermişdi. İl ərzində 900 kitab sərgisi təşkil edilmiş, 25 oxucu konfransı və 193 kitab icmalı keçirilmişdi. Oxuculara 60 minə qədər məlumat verilmişdi154. Rəqəmlərdən göründüyü kimi, 50-ci illərin axırında respublikamızda sənaye, idarə və müəssisələrin fəhlə və mühəndis-texnik işçilərinə kitabxana xidməti xeyli yaxşılaşmışdı. Texniki kitabxanaların oxucuları arasında fəhlələrin, səmərələşdiricilərin, ixtiraçıların və istehsalat qabaqcıllannın sayı əhəmiyyətli dərəcədə artmışdı. Respublikada elmi-texniki ədəbiyyatın təbliğində, texniki kitabxanalara metodik rəhbərliyin təşkilində, həmçinin texniki kitabxana şəbəkəsinin daha da təkmilləşib inkişaf etməsində respublika elmi-texniki kitabxanasının fəaliyyəti xüsusilə diq104 qətəlayiq idi. Kitabxana 50-ci illərdə oxuculara kitabxana xidmətinin təşkilini daha da təkmilləşdirmiş, kitabxana işinin yeni forma və üsullarından istifadə edərək texniki ədəbiyyatı geniş surətdə təbliğ etmişdi. 50-ci illərdə ölkəmizdə elmi-texniki tərəqqi geniş miqyas almışdı. Məhz kitabxananın qarşısında bu inkişafa xidmət etmək, fəhlə sinfinin istehsalat-texniki səviyyəsini yüksəldib mühəndis-texnik işçilərin səviyyəsinə çatdırlmasma kömək etmək, texniki ziyalıların artan tələbatını ödəmək vəzifəsi qoyulmuşdu. Bu vəzifənin yerinə yetirilməsi kitabxana fondunun xarakterini, oxucuların tərkibini, kütləvi və biblioqrafik işin forma və üsullarını təşkil edirdi. Texniki kitabxananın respublika dövlət elmi-texniki kitabxanasına çevrilməsi onun işinin miqyasını, fondunun profilini və oxucularının tərkibini dəyişdi. Kitabxananın fondu universal xarakter daşımağa başladı. Bu da fondun sürətlə artmasını təmin etdi. Əgər kitabxananın fondunda 1953- cü ildə 89010 nüsxə kitab var idisə, onun sayı 1958-ci ildə 221149 nüsxəyə çatmışdı. 50-ci illərdə Sovet İttifaqının elmitexniki kitabxanaları xaricdən çoxlu miqdarda xarici elmitexniki kitablar almağa başlamışdılar. Məhz bu kitabların oxuculara çatdırılması kitabxana işinin əsas xüsusiyyətlərindən birini təşkil edirdi. 1958-ci ildə Respublika Elmi Texniki Kitabxanasının fondunda 31247 nüsxə xarici kitab var idi. Kitabxana xarici kitablardan mühəndis-texnik işçilərin istifadəsini asanlaşdırmaq məqsədi ilə onlara tərcümə işində də köməklik göstərirdi. Respublika Elmi Texniki Kitabxanası 50-ci illərdə texniki ədəbiyyatın xüsusi növləri - patent, standart və sənaye avadanlığı kataloqlarının mütəxəssis oxuculara çatdırılmasında xüsusi rol oynamışdı. Təkcə 1957-1958-ci illərdə oxuculara 7511 nüsxə xüsusi növ texniki ədəbiyyat verilmişdi. SSRİ-də texnikanın tərəqqisi, yeni texniki problemlərin və texniki sahələrin meydana gəlməsi, yeni texniki məsələləri olduqca çevik şəkildə əks etdirən dövri mətbuata tələbat xeyli artmışdı. Buna görə də. 105 respublika elmi-texniki kitabxanası dövri mətbuatla işə xüsusi diqqət yetirirdi. Belə ki, 1958-ci ildə kitabxananın fondunda 77780 nüsxə dövTİ nəşrlər toplanmış və 1957-1958-ci illərdə oxuculara 62860 nüsxə dövri nəşrlər verilmişdi. Kitabxana həmçinin geniş kütləvi və məlumat-biblioqrafiya işi aparırdı. Təkcə 1957-1958-ci illərdə 6 oxucu konfransı keçirilmiş, 631 mövzu və yeni kitabların sərgisi təşkil edilmiş, 3971 əyani təbliğat vasitələri tərtib edilmiş, 10 yeni kitabın icmalı keçirilmiş, 103 yazılı, 19957 şifahi biblioqrafik məlumat verilmişdir"5. Bütün bu tədbirlər oxuculara xidmət işinə olduqca müsbət təsir göstərmiş, müntəzəm olaraq oxucuların sayı və kitab verilişi artmışdı. Əgər 1953-cü ildə kitabxana 1785 nəfər oxucuya xidmət etmiş və onlara 98063 nüsxə kitab vermişdisə, 1958-ci ildə oxucuların sayı 5081 nəfərə, kitab verilişi isə 162889 nüsxəyə çatmışdır. Bütün bu göstəricilərə görə kitabxana dəfələrlə SSRİ texniki kitabxanaları arasında keçirilən sosializm yarışının qalibləri sırasında olmuşdur. 1957-ci ildə kitabxana SSRİ Neft Sənaye Nazirliyinin 268 kitabxanası sırasında keçirilmiş baxışın qalibi hesab edilmişdir156. 50-ci illər respublikamızda iqtisadiyyatın, elmin, mədəniyyətin, elmi-texniki tərəqqinin daha sürətlə inkişaf etdiyi illər olmuşdur. Məhz bu illər mədəniyyətimizin ayrılmaz hissəsi olan kitabxana işi sahəsində tərəqqi və inkişaf illəri kimi xarakterizə olunur. Respublikamızda sənayenin sürətlə inkişafı, fabriklərdə və zavodlarda, mədənlərdə və tikintilərdə yeni texnikanın tətbiqi, texniki və ali ixtisas məktəblərinin artması, texniki ziyalıların sayının çoxalması və elmi-texniki tərəqqinin daha böyük miqyas alması nəticəsində texniki ədəbiyyata, texniki biliklərin təbliğinə daha böyük tələbat əmələ gəlmişdi. Bu böyük tələbatı ödəmək üçün ayrı-ayrı nazirliklər, idarə və müəssisələr, fabrik və zavodlar texniki kitabxanalar təşkil etməyə başlamışdılar. Artıq 1958-ci ildə respublikamızda sənaye müəssisələrinin 175 elmi-texniki, texniki və tədris kitabxanaları var idi. Bu kitabxanaların 35-i Neft Sənaye Nazirliyində, 106 140-1 isə digər sənaye müəssisələrində yerləşirdi. 50-ci illərdə elmi-texniki kitabxanaların bazasının möhkəmlənməsi, yeni binalarla, ixtisaslı kadrlarla təmin edilməsi sahəsində çox iş görülmüşdü. Bu kitabxanalar içərisində aparıcı rolu respublika Neft Sənayesi Nazirliyinin Mərkəzi Elmi Texniki Kitabxanası oynayırdı. Bu kitabxana nəinki respublikamızda, demək olar ki. SSRİ-də ən böyük neft kitabxanalarından biri idi. Müharibədən sonrakı illərdə kitabxana bütün texniki sahələrin mərkəzi kitabxanasına çevrilmişdi. Kitabxananın komplektləşdirilməsinə, elm və texnika sahəsinə dair ədəbiyyat almasına diqqət yetirilməsi onu universal elmi-texniki kitabxanaya döndərmişdi. Məhz buna görədir ki, 1957-ci ildə Azərbaycan SSR Nazirlər Soveti çox haqlı olaraq bu kitabxananın Respublika Elmi-Texniki Kitabxanasına çevrilməsi və ona rəhbərliyin Azərbaycan SSR Nazirlər Sovetinin Elm və Texnika Komitəsinə verilməsi haqqında qərar qəbul etdi. Bu qərarla həmçinin respublika elmi-texniki kitabxanalarina metodik rəhbərlik bu kitabxanaya həvalə olundu. Şübhəsiz ki, kitabxananın respublika statusu alması, onun gələcək inkişafını təmin etməklə yanaşı qarşısında respublika əhəmiyyətli kitabxana kimi çox böyük vəzifələr qoydu. Bu vəzifələri yerinə yetirmək üçün kitabxana yeni oxucuların - fəhlələrin, səmərələşdiricilərin, mühəndislərin, alimlərin, tələbələrin cəlb edilməsinə xüsusi diqqət yetirir, onların kitaba və dövri mətbuata tələbatlarını qüsursuz yerinə yetirməyə çalışırdı. Bu vəzifələr kitabxana fəaliyyətinin xarakter və xüsusiyyətlərini dəyişmiş, onu daha da səmərələşdirmişdir. Onun Respublika Elmi-Texniki Kitabxanasına çevrilməsi onun xidmət miqyasını, fondunun profilini və oxucuların tərkibini də dəyişdirdi. Kitabxananın fondu universal xarakter daşımağa başladı və sürətlə artdı. Əgər kitabxananın fondunda 1953-cü ildə 89010 nüsxə kitab var idisə, onların sayı 1958-cı ildə 221149 nüsxəyə çatmışdı. 50-ci illərdə respublikamızın texniki ziyalılarının xarici texniki ədəbiyyata və texniki dövri mətbuata olan ehtiyacının 107 artması dövrün tələb» idi. Artıq Azərbaycan alimləri, mühəndts-texnıki işçiləri, texniki ali məktəb tələbələri içərisində xarici dili yaxşı bilən oxucular var idi. Kitabxana öz oxucularının xarici ədəbiyyata tələbatını ödəmək üçün xarici dillərdə kitab almağa başladı. 1958-ci ildə Respublika Elmi Texniki Kitabxanasının fondunda 31247 nüsxə xarici dillərdə kitab var idi. Kitabxana xarici dillərdə kitablardan mühəndis-texniki işçilərin istifadəsini asanlaşdırmaq məqsədi ilə onlara tərcümə işində kömək göstərirdi. Kitabxana həmçinin texniki ədəbiyyatın xüsusi növləri - patent, standart və sənaye avadanlığı kataloqlarının oxucuların istifadəsinə verilməsini təşkil etməyə müvəffəq olmuşdu.


Yüklə 77,54 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin