XX əsrin 60-cı illərindən başlayaraq Abuzər Xələfovun ilk dəfə olaraq Azərbaycanda kitabxana işinin inkişafının mühüm mərhələlərini elmi cəhətdən ümumiləşdirməyə başlaması, kitabxanaların tarixinin tədqiqatçısı yolunu seçməsi, kitabxana 191 fəaliyyətinin müasir vəzifə və problemlərini qanunauyğun şəkildə öyrənməsi elmi ictimaiyyətin diqqətini cəlb etmişdir. Təsadüfi deyil ki, Azərbaycanın görkəmli şəxsiyyətləri öz elmi və publisistik məqalələrində, məruzə və çıxışlarında milli elmimizin, təhsilimizin və mədəniyyətimizin inkişafına, kadr hazırlığına özünəməxsus töhfələr vermiş Əməkdar elm xadimi, tarix elmləri doktoru, professor Abuzər Xələfovun xidmətlərini yüksək qiymətləndirirlər. Azərbaycan Respublikasının təhsil naziri. Əməkdar elm xadimi, fıkiza-riyaziyyat elmləri doktoru, professor Misir Mərdanov onu belə xarakterizə edir: “Professor Abuzər Xələfov Azərbaycanda kitabxanaşünaslıq elminin yaradıcısı, bu sahədə elmi məktəb yaratmış tanınmış alim, bacarıqlı elm və təhsil təşkilatçısıdır. İftixar etməli haldır ki, Azərbaycanda kitabxanaşünaslıq nəzəriyyəsinin elmi əsası A.A.Xələfov tərəfindən qoyulmuşdur. O, ölkəmizdə kitabxana işinin tarixi və inkişaf perspektivlərinə həsr edilən araşdırmaları ilə vətənimizdə mədəniyyət tarixinin nəzəriyyə və təcrübəsini zənginləşdirmişdir”. BDU-nun rektoru, Azərbaycan MEA-nın həqiqi üzvü. Əməkdar elm xadimi, kimya elmləri doktoru, professor Abel Məhərrəmov isə yazır: “Azərbaycanda opera, dramaturgiya, mətbuatın öz baniləri olduğu kimi, cəsarətlə deyə bilərik ki, kitabxanaşünaslıq elminin də banisi məhz Abuzər Xələfovdur... Abuzər müəllimin çox zəngin irsi vardır və ondan gənc alimlər, tələbələr zaman-zaman faydalanacaqlar. Abuzər müəllimin yazdığı dərslik, dərs vəsaiti, tədris metodik vəsaitləri hər zaman aktual olacaq, dövrlə, zamanla səsləşəcəkdir. Çünki bu əsərlərin bir ucu tarixi ənənələrə söykənirsə, o biri ucu bugünkü həyatın axarına uyğundur. Yeniliyə, müasirləşməyə səsləyən hər bir yaradıcı əmək heç vaxt təsirsiz qalmaz”. Azərbaycan MEA-nın müxbir üzvü, millət vəkili, tanınmış dilçi-alim, Azərbaycanda Atatürk Mərkəzinin sədri, professor NizJmi Cəfərov isə qeyd edir ki, professor Abuzər Xəbfov universitetdə və respublikada təkcə kitabxanaşünas192 alim kimi deyil, həm də yüksək səviyyəli şəxsiyyət və ictimai elmləri dərindən bilən ictimai xadim kimi tanınır. O, universitetin və bütövlükdə respublikamızın elmi, mədəni və ictimai həyatında böyük rol oynayır. Bütün bunların əyani təsdiqi kimi qeyd etmək lazımdır ki. Abuzər Xələfovun 60-cı illərin əvvəllərində nəşr etdirdiyi “Azərbaycanda kitabxana işinin tarixindən (1870-1920)” və “Sovet Azərbaycanında kitabxana işinin tarixindən (1920- 1932)” monoqrafiyaları elmi ictimaiyyətin böyük rəğbətini qazanmışdır. Sonuncu monoqrafiya müəllifin namizədlik dissertasiyasının əsasını təşkil edir. 1961-ci ildə tarix elmləri doktoru, professor, Azərbaycan EA-nın müxbir üzvü Z.İ.İbrahimovun rəhbərliyi ilə tarix elmləri namizədi alimlik dərəcəsi almaq üçün “Sovet Azərbaycanında kitabxana işinin tarixindən (1920-1932)” mövzusunda dissertasiya müdafiə edən Abuzər Xələfov Azərbaycanın ilk kitabxanaşünas alimi kimi şərəfli bir ad qazanmış, respublikamızda kitabxanaşünaslıq fikrinin formalaşmasının və inkişafının bünövrəsini qoymuşdur. Maraqlıdır ki, A.Xələfovun tədqiqatları əgər 50-60-cı illərdə ümumiyyətlə Azərbaycanda kitabxana işinin tarixinin və nəzəriyyəsinin əsas problemləri yönündə elmi nəticələr və elmi mülahizələr formalaşdırır, kitabxanalarımızın əhəmiyyətini, vəzifələrini, iş metodlarını və başlıca məqsədini ətraflı şəkildə açıb göstərirdisə, 70-80-ci illərin araşdırmaları artıq kitabxana işinin tarixi, nəzəriyyəsi və metodikası sahəsindəki elmi-tədqiqat fəaliyyətinin yeni dövrün vəzifələrinə uyğun olaraq həyata keçirilməsinə, cəmiyyətdə kitabxanaların rolunun və sosial funksiyasının yüksəldilməsi məsələlərinin yerinə yetirilməsinə istiqamətləndirilmişdir. A.Xələfov məhz həmin dövrdə tədqiqatçı alim kimi özünün ustalığını artırır, elm və tədris prosesinə rəhbərlik vərdişlərinə yiyələnir, bir sözlə, hərtərəfli təkmilləşirdi. Gənc kitabxana işi mütəxəssisinin xoşbəxtliyi onda idi ki, bu illərdə o. 193 Yusif Məmmədəliyev, Abdulla Qarayev, Şəfaət Mehdiyev, Faiq Bağırzadə, Məmməd Arif Dadaşzadə, Cəfər Xəndan, Feyzulla Qasımzadə, Məmməd Cəfər Cəfərov, Həmid Araslı, Əli Sultanlı, Mir Cəlal Paşayev, Məmmədhüseyn Təhmasib, Əliheydər Qəhrəmanov, Mehdixan Vəkilov, Abbas Zamanov, Pənah Xəlilov, Zülfəli İbrahimov kimi görkəmli alim-pedaqoqlar dəstəsi ilə əhatə olunmuşdu və onların təsiri ilə formalaşıb yetkinləşirdi. Bu tanınmış şəxsiyyətlərdən hər biri gənc kadrlara kömək göstərməyə daim hazır olan geniş dünyagörüşlü, yüksək səviyyəli qayğıkeş insanlar idi. Azərbaycanda kitabxana işi tarixinin ilk tədqiqatçısı, tarix elmləri namizədi Abuzər Xələfov öz namizədlik dissertasiyası mövzusunu davam etdirməyi qarşısına mühüm bir məqsəd kimi qoymuşdu. Odur ki, görkəmli tarixçi alimlərin məsləhəti ilə o, 60-cı illərin əvvəllərində “Azərbaycanda kitabxana işinin tarixi (1933-1958-ci illər)” adlı doktorluq dissertasiyası mövzusunu BDU-nun Tarix fakültəsinin Elmi Şurasında təsdiq etdirmişdi. O vaxta qədər tədqiqat obyekti olmamış bu mövzu üzərində uzun illər boyunca gərgin işləyən A.Xələfov dissertasiya işi ilə bağlı neçə-neçə elmi məqalə yazaraq universitetin elmi əsərlərin toplusunda və respublikanın dövri mətbuat orqanlarında dərc etdirmişdi. Artıq 1962-ci ildən BDU-nun Kitabxanaçılıq fakültəsinin dekanı, 1963-cü ildə isə Kitabxanaşünaslıq kafedrasının müdiri vəzifələrində işləyən A.Xələfov 1964-cü ildə SSRİ Ali Attestasiya Komissiyası tərəfindən dosent elmi adına layiq görülmüşdü. 70-ci illərin əvvəllərində elmi tədqiqat işini yazıb başa çatdırmış və onu 1974-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında monoqrafiya şəklində nəşr etdirmişdi. Qeyd edək ki, A.Xələfovun “Azərbaycanda kitabxana işinin tarixi (1933-1958-ci illər)” adlı monoqrafiyası müəllifin Azərbaycanda kitabxana işi quruculuğunun inkişaf dinamikası194 nı elmi əsaslarla düzgün ümumiləşdirdiyini, onu respublikamızın tarixi və mədəniyyəti ilə qarşılıqlı əlaqədə işıqlandırdığını, kitabxana işinin planlaşdırılması, kitabxana şəbəkələrinin yerləşdirilməsi, onların maddi-texniki bazalarının möhkəmləndirilməsi, kitabxanaçılıq təhsili kitabxanalar metodik rəhbərlik sisteminin təkmilləşdirilməsi və s. kimi vacib məsələləri cəmiyyətin tərəqqisinə uyğun olaraq əks etdirdiyini sübuta yetirir. Həmin əsərin üstünlüklərindən biri də budur ki, alim o vaxta qədər elmi ictimaiyyətə məlum olmayan bir sıra mühüm faktlara söykənmiş, özünün elmi müddəalarını arxivlərdən zərrəzərrə topladığı inandırıcı tarixi dəlillərlə təsdiqləyə bilmişdir. Kitabxana işinin inkişafı bütün mərhələlərdə Azərbaycan tarixi və mənəviyyatı ilə sıx əlaqədə, cəmiyyətin siyasi, iqtisadi və mədəni həyatının ayrı-ayrı sahələrində baş verən proseslər və qazanılmış nailiyyətlər fonunda geniş əks etdirilmişdir. Tədqiqatda Azərbaycanda kitabxana işinin inkişafının elmi əsasları və təcrübi metodları açılıb göstərilir, kitabxana quruculuğu sahəsində dövlət siyasəti təhlil edilir. A.Xələfov bu monoqrafiyada bir çox qiymətli arxiv sənədlərini və dövri mətbuat materiallarını elmi dövriyyəyə daxil edərək, respublika kitabxanalarının Böyük Vətən müharibəsi dövründəki fəaliyyətini hərtərəfli tədqiq etməyə çalışmışdır. Müəllif müharibə illərində “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” tarixi şüarınm həyata keçirilməsində kitabxanaların iştirakına xüsusi yer ayırmış, bu istiqamətdə onların fəaliyyətini hərtərəfli təhlil etmişdir. A.Xələfovun həmin monoqrafiyasında elmi dövriyyəyə, demək olar ki, ilk dəfə daxil etdiyi çoxsaylı faktlar əsasında inandırıcı şəkildə göstərilir ki, Böyük Vətən müharibəsindən sonrakı illərdə Azərbaycanda kitabxana işinin təkmilləşdirilməsi onun məzmununun keyfiyyətcə xeyli dəyişməsinə və daha da dərinləşməsinə, kitabxanaların fəaliyyətinin respublikanın sosial-iqtisadi vəzifələri ilə sıx bağlanmasına, cəmiyyətdə kitabxanaların rolunun və əhəmiyyətinin hiss olunacaq dərəcədə 195 artmasına, beləliklə, kitabxana işinin xalqın mədəni inkişafında həlledici amillərdən birinə çevrilməsinə səbəb olmuşdur. Elə bunların nəticəsidir ki, həmin sanballı monaqrafıya A.Xələfovun 1975-ci ildə uğurla müdafiə etdiyi “Azərbaycanda kitabxana işinin tarixi (1933-1958-ci illər)” mövzusunda doktorluq dissertasiyasının özəyinə çevrilir. Qeyd edək ki, bu, həm Azərbaycanda, həm də Sovet İttifaqı miqyasında kitabxana işinin tarixi sahəsində müdafiə olunmuş ilk doktorluq dissertasiyası idi. Abuzər Xələfovun 15 illik elmi araşdırmalarının yekunlarını ümumiləşdirən bu doktorluq dissertasiyası yalnız maraqlı və qiymətli faktların zənginliyi ilə deyil, eyni zamanda alınmış elmi nəticələrin yeniliyi, orijinallığı və ümumiləşdirilməsi səviyyəsi baxımından həm Sovetlər Birliyinin geniş kitabxana ictimaiyyətinin, həm də mədəniyyətşünaslıq sahəsi mütəxəssislərinin diqqətini cəlb etmişdir. Müəllif dövrün tələbləri səviyyəsində sovet tarixşünaslığına, mədəniyyət tarixi, mədəni quruculuq nəzəriyyəsi, mədəniyyətşünaslıq və kitabxana işi tarixinin elmi metodologiyasına əsaslanaraq respublikamızda böyük bir dövr ərzində əhaliyə kitabxana xidmətinin aydın mənzərəsini yarada bilmiş, elmi cəhətdən əsaslandırılan ümumiləşdirmələr aparmış və tədqiq etdiyi tarixi prosesin orijinal dövrləşməsini yaratmağı bacarmışdır.