İxtisas: Kitabxanaçılıq və informasiya Kurs: III fənn: Məktəb kitabxanalarının məlumat axtarış sistemi Müəllim: Rəsulzadə Aysu Telman qızı


Mövzu 7. Yuxarı məktəbyaşlı Oxucuların Kitabxana-informasiya Təminatı



Yüklə 77,54 Kb.
səhifə7/15
tarix10.01.2022
ölçüsü77,54 Kb.
#107673
1   2   3   4   5   6   7   8   9   10   ...   15
Mövzu 7. Yuxarı məktəbyaşlı Oxucuların Kitabxana-informasiya Təminatı

Plan:

1. Böyük məktəblilərdə dünyagörüşünün yaranmasının ilk başlıca əlaməti

Böyük məktəblilərdə dünyagörüşünün yaranmasının ilk başlıca əlaməti dünyanın ən ümumi prinsiplərinə, təbiət və insan varlığının universal qanunlarına marağın artmasından ibarətdir. Uzun illərin təcrübəsi və görkəmli psixoloqların tədqiqatları göstərir ki, bu marağın əsasını böyük məktəblilərin təbiət və cəmiyyət haqqında əldə etdikləri ayrı-ayrı məlumat və faktları ümumiləşdirmək tələbatı təşkil edir. Beynəlxalq aləmdə baş verən hadisələr, ölkəmizin daxili ictimasi-siyasi hadisələri haqqında dövri mətbuatda oxuduqları, radio və televiziya vasitəsilə öyrəndikləri, keçdikləri müvafiq fənlərə üzv olduqları dərnək məşğələləri həmin təlabatın təmin olunmasından başqa sözlə, gəncin əldə etdiyi məlumat və faktların sistemə salınmasında çox böyük rol oynayır. Görkəmli psixoloq A.S.Konun fikrincə ilk gənclik dövrünün günyagörüşünün yaranması yalnız fəallığından ibarət deyildir. Daha çox həyatın mənası haqqında məsələ ətrafında qruplaşan köklü ictimai-mənəvi problemlərin həlli bu prosesdə mərkəzi yer tutur. Gənc məktəbli əslində “öz həyatını ictimai cəhətdən əhəmiyyətli məzmunla necə zənginləşdirməli?” sualına cavab axtarır. Məhz buna görə də həyatın mənası haqqında sual onun üçün emosional əhəmiyyət kəsb edir. Böyük məktəblinin dünyagörüşü formalaşdıqca maraqlarının səviyyəsi də dəyişilir. O, ölkəmizin həyatı və beynəlxalq münasibətləri, elm, idman, incəsənət ilə yaxından maraqlanır. Pisxoloji tədqiqatlar göstərir ki, böyük məktəbli şagirdlər içərisində dəsrlərin müvəffəqiyyətlə mənimsəyənlər elm, texnika, mədəniyyət və idman yenilikləri haqqında müəllimlərdən az məlumata malik olmurlar. Hətta bir sıra hallarda daha geniş məlumata malik olurlar. Onu da qeyd etmək lazımdır ki, böyük məktəblilərin idrak maraqlarının zənginliyi onların asudə vaxtlarının da səmərəli olmasına təsir göstərir. Mütaliə, kino-film və televiziya verilişlərinə baxmaq, idman məşğələləri, turizm böyük məktəblilərin sevimli məşğələləridir. Onlar fizika, riyaziyyat, kimya və digər olimpiadalarda kütləvi surətdə iştirak edir, nəinki elmi problemlərlə,həm də dünyagörüşünün yaranması üçün xüsusilə böyük əhəmiyyətə malik olan sosial problemlərlə fəal surətdə maraqlanırlar. Psixoloji tədqiqatların nəticələri göstərir ki, böyük məktəblilərin maraqları zəngin, geniş və əhatəli olsa da onlarda məhdud cəhətlər də müşahidə olunur. Onların bir çoxu texnikaya böyük üstünlük verdiyi halda humanitar elmləri, mədəniyyəti, ədəbiyyatı və incəsənəti kifayət qədər qiymətləndirmirlər. Böyük məltəbyaşlı şagirdlər yadda saxlamadan da daha səmərəli istifadə etməyi bacarırlar. Mətnin plan və sxemini tərtib etmək, konspekt çıxarmaq, əsas fikirləri ayırd etmək və nəzərə çarpdırmaq, müqayisələr etmək mütalilə ilə məşğul olarkən icra edilən başqa-başqa işlərin hamısı böyük məktəbli üçün səciyyəvidir. Onlar öz hafizələrini lazımi şəkildə idarə etmək imkanı əldə edir, yadda saxlama presesini şürlu surətdə qarşılarına qoyduqları idra vəzifəsinə tabe edərək öz hafizələrini idarə etmək bacarığına yiyələnirlər. Böyük məktəbyaşlı şagirdlər təfəkkürü özünün mütəşəkkiliyi, ardıcıllığı və əsaslı olması ilə yeniyetmələrin təfəkküründən fərqlənir. Onlarda təfəkkürün mütəşəkkili hər şeydən əvvəl onda özünü gösterir ki, böyük məktəbyaşlı şagirdlər öyrəndikləri fənnin müxtəlif hissələrini bir-biri ilə əlaqələndirməyi bacarırlar. Bununla da onlar əldə etdikləri müyyən sistem halına sala bilir, ayrı-ayrı faktlar, məhfumlar şagirdlər tərəfindən daha dərindən başa düşülür və düzgün təsnifləşdirilir. Böyük məktəbyaşlı şagirdlərin şifahi və yazılı nitqləri səlis olur, fikirləri də daha çox daxili əlaqələrə istinad edir. Böyük məktəbyaşlı şagirdlərin tezisləri və sübutlarl aydın surəütdə fərqlənir. Onlar düşüncədə nəzərə çarpan düzgün mühakimələri səhvlərdən, yaxud imkan halında olanlardan fərqləndirməyə qabil olurlar. Öz hökmlərinin dogru olub-olmadığını dəqiq surətdə düşünürlər. Hətta onlar bu və ya digər məsələlər ilə əlaqədar olaraq mübahisəyə girişməyi, öz mövqelərini yoxlamağı sevirlər. Əgər yeniyetməlik dövründə təfəkkürün tənqidliyi, başqa şəxslərin davranış və rəftarındakı, fikirindəki səhvləri aşkar etməyə yönəlmiş olarsa , böyük məktəbyaşlı şagirdlərdə özlərinə tənqidi yanaşmaq meyli daha qüvvətli olar. Müəllimlərin və kitabxanaçıların müşahidələri təsdiq edir ki, bəzən özünütənqid böyük məktəbyaşlı şagirdlərdə həssini aşır. Əlbəttə, bu yaşlı məktəblilərdə təfəkkürün tənqidliliyi təkcə özlərini və ya başqa adamların hərəkət və davranışındakı nöqsanları görməklə məhdudlaşmır, hər hansı bir müddəaya, hökmə və ya izahata tənqidi yanaşmaq, müəyyən nəticələrdə, sübutlarda olan səhvləri aşkar etmək bacarığı xeyli dərəcədə inkişaf edir. Böyük məktəbyaşlı şagirdlərdə təzahür edən fərqli əlamətlərdən biri də müstəqil fikir söyləmək meylinin güclü olmasıdır. Onlar müxtəlif hadisələri, faxtları, əhvalatları öz keçmiş biliklərinə istinad edərək müstəqil surətdə başa düşməyə, dərk etməyə çalışırlar. Belə ki, böyük məktəbyaşlı şagirdlər bədii əsərləri oxuyarkən əsərdə təsvir olunan hadisələri, buradakı ayrı-ayrı obrazların xarakterik xüsusiyyətlərini təhlil etməyə, bu əzərlər haqqında çıxış etməli olarkən, yaxud, dərsdə danşmalı olarkən, həmin əsər haqqında yazılmış tənqidi məqaləni oxumaq istəmir, oxuduqları zaman isə oradakı fikirləri təkrar etməkdən çekinirlər. Böyük məktəblilər bir sıra elmləri mənimsəyir, əlavə kitablar oxuyur, həyat təcrübələrini zənginləşdirir, görüş dairələrini genişləndirir, ümumiyyətlə əqli cəhətdən kamilləşirlər. Bununla əlaqədar olaraq fikrin, düşüncənin dərinliyi özünü biruzə verməyə başlayır. Bu halda onlar dərk etdikləri hər bir cisim və hadisədəki mühüm cəhətlərə dəqqət yetiri, artıq ikinci dərəcələ məsələlərdən uzaqlaşmağa daha çox meyl göstərirlər və hər bir hadisəni törədən başlıca səbəbləri aşkar etməyə can atırlar. Fikrin dərinliyi ilə əlaqədar olaraq onlarda hər bir cisim, hasinəni törədən səbəblər haqqında dikirləşmək, ətraf aləmə xüsusi nəzərlə yanaşmaq bu və ya digər məsələyə dair öz fikirlərini söyləmək meyli özünü tez-tez hiss etdirir. Əgər yeniyetmələrin fikrini başlıca olaraq praktik məslələr məşğul edirsə, böyük məktəbyaşlılar nəzəri məslələrə daha artıq maraq göstərirlər. Ona görə də bu yaşlı məktəblilər daha geniş ümumiləşdirmələrə meyl edir, qazandıqları bilikləri müəyyən nəzəri məsələlərlə əlaqələndirməyə çalışırlar. Bu da onlarda dünyagörüşünün formalaşması ilə əlaqədardır. “Böyük məktəbyaşlı şagirdlər müvafiq sinoflərdə hər hansi fənnin kankret elmi qanunauyğunluğunu öyrənməkdən onun nəzəri, metodoloji əsaslarını mənimsəməyi keçirirlər. Belə ki, məsələn onlar ədəbi oxudan ədəbiyyat tarixi və nəzəriyyəsinin sistemli kursuna öyrənməyə keçirirlər; təbiətşünaslıq biliklərinin daha kiçik hissələrindən – darvinizm fənnində bioloji inkişafın daha ümumi qanunlarını öyrənməyə və s.” Böyük məktəbli yaş dövründə öz şəxsiyyətinin mənəvi-psixoloji keyfiyyətlərini dərk etmək və qiymətləndirmək təlabatı da yeni məna kəsb edir.Bununla əlaqədar olaraq böyük məktəblinin mənlik şüurunun məzmunu da əhəmiyyətli dərəcədə dəyişir. Yeniyetmədən fərqli olaraq böyük məktəbli özünün qüvvətli və zəif cəhətlərini, ləyaqət və nöqsanlarını daha yaxşı və dərindən qiymətləndirməyi bacarır. Lakin nə qədər qəribə də olsa yeniyetmənin mənlik şüuru ilə müqayisədə böyük məktəblinin mənlk şüurunda bir ziddiyyət müşahidə olunur.Yeniyetmə çox vaxt özünün böyük məktəbliyə nisbətən daha düzgün qiymətləndirir. Bu təsadüfi deyirdir.Belə ki, yeniyetmənin mənlik şüurunun inkişafına başqa adamların mühakimələri mühüm təsir göstərir. Yeniyetmələr, özləri bir növ ətrafdakıların gözu ilə baxır, onun özü haqqındkı mühakiməlləri çox vaxt valideyn, müllim və yoldaşlarının müvafiq mühakimələrini sadəcə olaraq ehtica edir. Təbiidir ki, yeniyetmələrin özlərinə verdiklər qiymətlər ətrafındakı adamların onlara verdikləri qiymətlər ətrafındaki adamların onlara verdikləri obyektiv qiymətləri əsasən təkrar edir. Böyük məktəblidə isə öz şəxsiyyətini, öz davranış və fəaliyyetini müstəqil surətdə təhlil etmək və qiymətləndirmək meyli bütün aydınlığı ilə təzahür edir. Məlum olduğu kimi, özünü qiymətləndirmərk, başqalarınınverdiyi qiymeti dərk etməkdən daha çətindir. Buna görə də şəxsiyyətini və davranışını yeniyetmələrə nisbətən daha yaxşı qiymətləndirən böyük məktəbli özünü ayrı-ayrı hallarda kifayət qədər obyektiv qiymətləndirə bilmir. Böyül məktəbli yaş dövründə mənlik şüurunda meydana çıxan xüsusiyyətlər öz əksini şagirdlərin özünü tərbiyə təlabatında tapır. Bu yaşda özünü tərbiyə artıq sadəcə olaraq ayrı-ayrı davranış nöqsanlarının aradan qaldırlması və ya müvafiq müsbət leyfiyyətlərin inkişaf etdirilməsinə deyiı, bütövlükdə şəxsiyyətin təşəkkülünə doğru yönəlir.


Yüklə 77,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin