İxtisas: Kitabxanaçılıq və informasiya Kurs: III fənn: Məktəb kitabxanalarının məlumat axtarış sistemi Müəllim: Rəsulzadə Aysu Telman qızı


Mövzu 10. Uşaq və məktəb kitabxanaları



Yüklə 77,54 Kb.
səhifə10/15
tarix10.01.2022
ölçüsü77,54 Kb.
#107673
1   ...   7   8   9   10   11   12   13   14   15
Mövzu 10. Uşaq və məktəb kitabxanaları

Plan:

1. kənd uşaq kitabxanaları

2. uşaq kitabxanalarının yeni ədəbiyyatla komplektləşdirilməsi



Müharibədən sonrakı beşilliklər dövründə uşaqlara kitabxana xidmətinin təşkili həmişə diqqət mərkəzində olmuş, müstəqil uşaq və məktəb kitabxanalarının şəbəkəsi müntəzəm olaraq genişləndirilmişdir. Müharibədən sonrakı illərdə uşaq kitabxanalarının bərpası başa çatdırılmış, şəhərlərdə və əsasən rayon mərkəzlərində yeni uşaq kitabxanaları təşkil edilməyə başlanılmışdı. Rayon uşaq kitabxanalarının təşkili altıncı beşillikdə əsasən başa çatdırılmışdı ki, bu da kənd yerlərində uşaqlara kitabxana xidmətinin xeyli yaxşılaşdırılmasına səbəb olmuşdu. Rayon mərkəzi uşaq kitabxanalarının rayon mərkəzi kitabxanalarının uşaq şöbələri əsasında təşkil edilməsi, onlara tez bir müddətdə uşaqlara xidmət işini xeyli yaxşılaşdırmaq imkanı vermişdi. Altıncı beşillik müddətində respublikamızda 46 yeni uşaq kitabxanası təşkil edilmişdi. Əgər 1950-ci ildə 430,1 nüsxə 71 kitab tbnduna malik olan 54 müstəqil uşaq kitabxanası var idisə, onlann sayı 1955-ci ildə 100-ə, kitab fondu isə 1150,4 nüsxəyə çatdırılmışdı. Bəhs edilən dövrdə uşaq kitabxanalarının maddi ba/asının möhkəmləndirilməsinə, yeni ədəbiyyatla təmin edilməsinə və kadr tərkibinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilirdi. Baku Sumqayıt, Gəncə, Mingəçevir şəhərlərində uşaq kitabxanalarının binaları xeyli abadlaşdırılmışdı. Naxçıvan MSSR-də, Dağlıq Qarabağ Muxtar Vilayətində, Tovuz, Şamaxı, Quba, Yevlax, Şəki və s. rayonlarda uşaq kitabxanalarına abad binalar verilmişdi. Bu dövrdə qarşıda duran əsas vəzifələrdən biri uşaq kitabxanalarının yeni ədəbiyyatla komplektləşdirilməsi idi. Nəşriyyatların az uşaq ədəbiyyatı çap etdirməsi, buraxılan kitabların tirajının məhdudluğu kitabxanaların yeni ədəbiyyatla təminatına mənfi təsir göstərirdi. Xüsusilə Azərbaycan dilində uşaq ədəbiyyatı olduqca az nəşr edilirdi. Məhz buna görədir ki, Mədəniyyət Nazirliyi nəşriyyatların qarşısında uşaq ədəbiyyatının nəşrini genişləndirmək haqqında ciddi məsələ qaldırmışdı. 1952-ci ildən başlayaraq uşaq kitabxanaları mərkəzləşdirilmiş şəkildə Kitabxana Kollektoru tərəfindən komplektləşdirilməyə başlandı. Bu tədbir kitabxanaların komplektləşdirilməsinə müsbət təsir göstərməklə komplektləşdirmə üçün ayrılan vəsaitin vaxtında xərclənməsinə şərait yaratdı. Əgər 1955-ci ildə kitabxanaların fondunda 11504 nüsxə kitab var idisə, onların sayı 1959-cu ildə 12519 nüsxəyə çatmışdı111. Kitabxanaların madditexniki bazalarının möhkəmləndirilməsi, kitab fondunun sürətlə artması və məzmunca yaxşılaşması oxuculara kitabxana xidmətinin təkmilləşməsinə və kitabxanaların sayının əhəmiyyətli dərəcədə artmasına səbəb olmuşdu. Uşaq kitabxanalarının 1950-ci ildə 83,6 oxucusu var idisə, onların sayı 1955-ci ildə 97.8, 1958-ci ildə isə 1106 nəfərə çatmışdı. Deməli, 1950-ci ilə nisbətən I958^ci ildə oxucuların sayı 27 min nəfər artmışdı. Bununla yanaşı, uşaq kitabxanalarında kitab verilişi də əhəmiyyətli dərəcədə çoxalmışdı. Bu bir tərəfdən uşaqların kitaba 72 olan tələbatının getdikcə artması, məktəb proqramlarının daha da təkmilləşməsi, proqramlarında sinifdənkənar mütaliəyə daha geniş yer verilməsi və onun əhəmiyyətinin dərindən başa düşülməsi ilə əlaqədar idisə, digər tərəfdən uşaq kitabxanalarının işinin daha da təkmilləşməsi kitabxana işində yeni mütərəqqi iş üsullarının tətbiq edilməsi, oxucularla aparılan kütləvi işlərin məzmununun yaxşılaşması ilə əlaqədar idi. Əgər kitabxanalar oxuculara 1950-ci ildə 1598,1 nüsxə kitab vermişdilərsə, bu rəqəm 1955-ci ildə 1994,6-ya, 1958-ci ildə isə ЗО.ЗЗЗ-ә çatdırılmışdı112. Əlbəttə, qısa bir tarixi dövr ərzində kitab verilişinin 10.387 nüsxə çoxalması respublikada gənc oxuculara xidmət işinin böyük nailiyyəti idi. Bu kitabxanaların oxucular arasında apardığı mədəni-kütləvi və siyasi-tərbiyə işi və ictimaiyyətin kitabxana işinə cəlb edilməsi sayəsində mümkün olmuşdu. 1956-cı ildə Mədəniyyət Nazirlyi sistemində bəzi ştat vahidlərinin ixtisarı ilə əlaqədar uşaq kitabxanalarının bəziləri rayon mərkəzi kitabxanaları ilə birləşdirildi. Bu. əlbəttə, uşaqlara kitabxana xidmətinin təşkili işinə mənfi təsir göstərməyə bilməzdi. Demək olar ki, bütün kənd uşaq kitabxanaları və kiçik rayon kitabxanaları, ümumiyyətlə, 31 müstəqil uşaq kitabxanası ləğv edilmişdi. Doğrudur, respublika uşaq kitabxanaları öz işlərini tamamilə yenidən qurmaq, uşaqlara xidmət işinin yeni forma və üsullarından istifadə etmək, məktəblərin geniş pedaqoji kollektivinin köməyindən hərtərəfli istifadə etmək, məktəblərlə əlaqəni daha da gücləndirmək yolu ilə uşaqlara kitabxana xidmətinin səviyyəsinin aşağı düşməsinə imkan verməmişdilər. Bunu aşağıdakı rəqəmlər bir daha sübut edir: əgər 1955-ci ildə 100 uşaq kitabxanasının 97800 oxucusu olmuş və oxuculara 1994600 nüsxə kitab verilmişdisə. 1956-cı ildə 69 kitabxana 99700 oxucuya xidmət etmiş, onlara 2206200 nüsxə kitab vermişdi"'. Buna baxmayaraq uşaq kitabxanalarının ləğv edilməsinin düzgün olmaması sonrakı illərdə daha ciddi hiss edilməyə başladı. Buna görədir ki. 1958-ci ildən etibarən uşaq kitabxana şəbəkəsinin bərpa edilməsinə başlandı. 73 1958-ci ildə respublikamızda 1 1552 nüsxə kitab fonduna malik olan 71 kitabxana var idi. Bu kitabxanalar il ərzində 110.6 nəfər oxucuya xidmət etmiş, onlara 30333 nüsxə kitab \ermışdı. Kitabxanalar uşaqlarda əxlaq normalarının formalaşmasında yaxından iştirak etmək, onların estetik tərbiyəsinə və ümumi mədəni dünyagörüşlərinin formalaşmasına kömək etmək üçün geniş mədəni kütləvi işlər həyata keçirirdilər. Təkcə 1958-cı ildə respublikamızın uşaq kitabxanaları 1932 ucadan oxu, 587 oxucu konfransı keçirmiş və 3300 kitab sərgisi təşkil etmişdi '4. Uzun illərdən bəri uşaqlara xidmət sahəsində böyük təcrübə əldə etmiş və oxucuların zəngin rəğbətini qazanmış kitabxanaların sayı ildən-ilə artırdı. Misal üçün, Bakı şəhər uşaq kitabxanalarından Belinski adma, Engels adına, Kirov adına, Krupskaya adına, Kalinin adına, Zevin adına, 8 Mart adma kitabxanaları, rayon kitabxanalarından Tovuz, Şəki, Salyan, Sabirabad, Füzuli, Quba və s. kitabxanaları göstərmək olar. Bu kitabxanaların hər biri uşaqlara xidmət sahəsində çox böyük göstəricilər əldə etməyə müvəffəq olmuşdu. Bəhs edilən dövrdə respublikada uşaqlara kitabxana xidməti müstəqil uşaq kitabxanaları ilə yanaşı kütləvi kitabxanaların uşaq şöbələri tərəfindən həyata keçirilirdi. Belə şöbələr uşaq kitabxanası olmayan bütün rayon kitabxanalarında, həmkarlar ittifaqı təşkilatı kitabxanalarında və bəzi hallarda şəraitlə əlaqədar şəhər kitabxanalarında təşkil edilirdi. 50-60-cı illərdə respublikamızda uşaqlara kitabxana xidmətindən danışarkən kütləvi kitabxanaların fəaliyyətini xüsusilə qeyd etmək lazımdır. Şəhər kütləvi kitabxanalarından başlamış, kənd müstəqil kitabxanalarına qədər bütün kütləvi kitabxanalar uşaqlara xidmət etməyi ön plana çəkmişdilər. «Uşaqlar bizim gələcəyimizdir» şüarını rəhbər tutan kitabxanalarımız uşaqlara xidmət etməyi öz doğma işi kimi qəbul edir, məktəb kollektivləri və fəaf müəllimlərlə əlaqə saxlayır, uşaqlara xidmət zaman onların köməyindən istifadə edirdilər. Məktəblərlə kitabxanaların birgə təşkil etdiyi kütbvi işlər uşaqların ən çox 74 sevdiyi tədbirlərə çevrilmişdi. Çünki bu tədbirlərin hazırlanmasında və həyata keçirilməsində uşaqlar özləri də iştirak edirdilər. Kəndlərdə isə uşaqlara kitabxana xidmətində kənd kitabxanaları mühüm rol oynayırdılar. Uşaq ədəbiyyatı kənd kitabxanaları fondunun əsas tərkib hissələrindən birini təşkil edirdi. Həmçinin bu dövrdə məktəblərdə geniş kitabxana şəbəkəsi yaranmışdı. 1958-ci ildə respublikamızda 2 milyon 477 min nüsxə kitab fondu olan 2657 məktəb kitabxanası var idi11'. Məktəb kitabxanaları dərs proqramlarının mənimsənilməsində şagirdlərə yaxından kömək etməklə yanaşı, uşaqların ümumi dünyagörüşünün formalaşmasında, onların estetik tərbiyəsində yaxından iştirak edirdilər. Kitabxanalar həmçinin məktəb məşğələlərinə, şəxsi təhsilə, ictimai işə, həmçinin oxucuların özfəaliyyətinə kömək edən kitabların təbliğinə xüsusi diqqət yetirirdilər. Bu dövrdə məktəb kitabxanalarının inkişafına müsbət təsir göstərən amillərdən biri yeni məktəb binaları tikilərkən kitabxanaya otaqların ayrılması idi. Yalnız 1955-1956-cı illərdə kitabxana otağı olan 50 yeni məktəb binası istifadəyə verilmişdi116. Azərbaycan Respublikasının Maarif Nazirliyi məktəb kitabxanalarının işini həmişə diqqət mərkəzində saxlamaqla rəsmi sənədlərdə məktəb kitabxanalarının vəzifələri, onların sinifdənkənar tədris işində rolu, şagirdlərin mütaliə marağının öyrənilməsində, ödənilməsində və ümumiyyətlə, mütaliəyə rəhbərlik prosesində yeri və əhəmiyyəti göstərilirdi. Bütün bu tədbirləri həyata keçirmək üçün kitabxananın iş saatları məktəb tərəfindən müəyyənləşdirilir və şagirdlərin diqqətinə çatdırılırdı. Dərs proqramlarının mənimsənilməsində şagirdlərə yaxından kömək etmək, uşaqların ümumi dünyagörüşünün formalaşmasında, estetik tərbiyəsində yaxından iştirak etmək üçün məktəb kitabxanaları müəllimlərlə sıx əlaqə saxlayır, demək olar ki, müəllim kollektivi ilə birgə fəaliyyət göstərirdilər. Məktəb kitabxanalarının tədris, təhsil və tərbiyə işində 75 böyük əhəmiyyətini nəzərə alan Maarif Nazirliyi yeni məktəb kitabxanaları açmaq və mövcud məktəb kitabxanalarının maddi-texniki bazasını möhkəmləndirmə işinə ciddi diqqət yetirirdi. Məhz buna görədir ki, 1960-cı illərdə məktəb kitabxana şəbəkəsi ilbəil artmışdı. Nazirlik bütün məktəblərdə kitabxanalar yaratmağı bir vəzifə olaraq qarşıya qoymuşdu. Kənd rayonlarına nisbətən şəhərlərdə məktəb kitabxanaları şəbəkəsi daha geniş inkişaf etmişdi. Rəqəmlərə diqqət yetirək. 1964-cü il Azərbaycanın şəhər məktəblərində 2514321 min nüsxə kitab fonduna malik olan 664 kitabxana var idi. Bunlardan şəhərlərin ibtidai məktəblərində 51480 min kitabı olan 74 kitabxana, 8 illik məktəblərdə 973.008 min kitab fonduna malik olan 330 kitabxana, şəhər orta məktəblərində isə 1449833 min nüsxə kitab fondu olan 260 kitabxana var idi. 1964-cü ildə isə kənd məktəblərində 2514321 min nüsxə kitab fonduna malik olan 2367 məktəb kitabxanası var idi117. Kənd məktəb kitabxanalarının kitab fondu kasıb olsa da, şəhər kitabxanalarına nisbətən şagirdlərə kitabxana xidməti zəif təşkil edilsə də kənd məktəb kitabxanaları məktəbin təhsil prosesində yaxından iştirak edirdilər. Beləliklə, 1964-cü ildə 5268285 min fondu olan 3031 məktəb kitabxanası fəaliyyət göstərirdi ki, bu da 1950-ci ilə nisbətən xeyli çox idi11 x. 60-cı illərin ikinci yarısında da məktəb kitabxana şəbəkəsinin artımı sahəsində hələ 50-ci illərdən baş vermiş proses yenə də özünü göstərmiş, məktəb kitabxanaları artmaqda davam etmişdir. 1961-ci ildə respublikada 3117 məktəb kitabxanası fəaliyyət göstərirdi ki, bunların da fondunda 47.501 min kitab toplanmışdı1‘9. Məktəb kitabxanalarının sayı yeni məktəblərin açılması və indiyə qədər kitabxanası olmayan məktəblərdə kitabxanaların təşkili hesabına 1969-cu ildə 3749-a çatmışdı. 1966-67-ci dərs ilində respublikada 5546975 nüsxə kitab fonduna malift olan 3369 məktəb kitabxanası var idisə, 1967- 68-ci ildə 64655039 nüsxə fondu olan 3406 məktəb kitabxanası, 1968-69-cu dərs ilində 6855128 nüsxə kitab fondu olan 3502 76 məktəb kitabxanası fəaliyyət göstərmişdir və bu kitabxanalar 725 min şagirdə xidmət edirdilər120. Beləliklə, 60-cı illərdə respublikamızda xalq maarifinin inkişafı ilə əlaqədar məktəb kitabxanalarının inkişafi sahəsində ciddi dönüş yaranmışdı. 1970-ci ildə Azərbaycan məktəblərinin 97,9 faizinin kitabxanası var idi. Məktəb kitabxanalarının fondunun komplektləşdirilməsinə ciddi diqqət yetirildiyindən kitabxana fondlarında, dərsliklər də daxil olmaqla, 19.5 min kitab toplanmışdır ki, bu da öz dövrü üçün olduqca böyük rəqəm id i121. Azərbaycan məktəblərində bir milyon nəfərdən artıq şagird təhsil alırdı ki, bunların da 725 mini məktəb kitabxanalarının oxucuları idi. 60-cı illərdə ümumi orta məktəb kitabxanaları ilə yanaşı geniş texniki peşə məktəblərinin kitabxana şəbəkəsi də fəaliyyət göstərirdi. 1969-cu ildə respublikada 76 texniki peşə məktəblərinin kitabxanası var idi.


Yüklə 77,54 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin