Sara Aşurbəyli.s.71
Döyüşdə ələ keçirilmiş qənimətlər qızılbaşlar tərəfindən ələ keçirilib, bölüşdürüldü. İsmayıl üç gün döyüş meydanında qaldı, sonra isə Şamaxıya qayıtdı və şəhər əyanları tərəfindən ehtiramla qarşılandı. Fərrux Yasarın oğlanlarından biri, döyüşdən sağ çıxmış Şeyxşah İbrahim Xəzər sahilindəki Şəhrinov şəhərinə gələrək atasının qoşunundan sağ qalanları toplamağa başladı. Lakin Xadim bəy Xüləfanın yürüşündən xəbər tutaraq, gəmilərə oturub Gilana üzdü. Şeyxşahın ardınca gəlmiş İsmayıl bir neçə gündən sonra Şəhrinovu tərk edib, 1500-1501-ci ilin qışını keçirmək üçün Muğandakı Mahmudabada yola düşdü. Burada İsmayıla bildirirlər ki, Bakı əhalisi Səfəvilərin nümayəndələrinə itaət etməkdən və "xərac verməkdən" imtina edir. Belə olduqda İsmayıl, Məhəmməd bəy Ustaclı və İlyas bəy Xunuslunu Bakını tutmaq üçün göndərdi.
Dostları ilə paylaş: |