Ixtisas: Məktəbəqədər təhsil və təlim Kur: III fənn: İnklüziv təhsil və təlim


Sinif kollektivinin formalaşdırılması



Yüklə 173,18 Kb.
səhifə27/72
tarix10.01.2022
ölçüsü173,18 Kb.
#107981
1   ...   23   24   25   26   27   28   29   30   ...   72
Sinif kollektivinin formalaşdırılması. İnklüziv komponentli sinifdə təlim hər kəsin tədris prosesində digərləri ilə birlikdə iştirak etmə hüququnu nəzərdə tutur. Uşaqlar arasında olan fərq, o cümlədən, müxtəlif qabiliyyətlər bu hüquqa təsir göstərə bilməz. Bütün uşaqlar elə uşaqdırlar və müxtəlif qabiliyyətlərə malikdirlər. Uşaqlara kollektivə mənsub olma hüququ verildiyi zaman, onlara müxtəliflik hüququ da verilir. İnklüziv komponentli siniflərin əsasını heç kəsin kənarlaşdırıl-madığı və hər kəsin fərdi qabiliyyət və ehtiyacları ilə birgə qəbul edildiyi birliyə olan münasibət təşkil edir. Qabiliyyət və ehtiyaclardan asılı olmayaraq, şagirdlərin hamısı eyni qaydada sinif kollektivinin üzvü sayılır. Xüsusən qayğıya ehtiyacı olan uşaqların siniflərə ürək açıqlığı ilə qəbul edilməsi olduqca vacibdir. Aydındır ki, müəllim şagirdlər üçün əsas davranış nümunəsidir.

Beynəlxalq sənədlər və yerli təcrübəyə əsasən tövsiyə olunur ki, inklüziv komponentli sinifdə xüsusi qayğıya ehtiyacı olan şagirdlərin faizi 5-10% arası olmalıdır. Belə ki, inklüziv komponentli siniflərdə xüsusi qayğıya ehtiyacı olan şagirdlərin biri fiziki və digəri isə əqli geriləməsi olan şagird olmaqla şagird sayı və sinif komplektləşməsi 20 nəfərdən artıq olmamalıdır.



Yalnız demokratik prinsiplərə söykənməklə sinifdə əsl kollektiv yaratmaq mümükündür. Ünsiyyət və öz yaşıdları ilə qarşılıqlı əlaqə imkanları inklüziv komponentli təlimin əsas elementlərindən biridir. Ancaq, bəzən belə hallarda da rast gəlinir: xüsusi qayğıya ehtiyacı olan şagirdlər digərlərindən kənarda yerləşdirilir, hətta digər şagirdlərlə yanaşı otursalar belə başqa fəaliyyətlə məşğul olur, başqa plan üzrə işləyirlər. Belə təcrübə xüsusi qayğıya ehtiyacı olan şagirdlərin sinif yoldaşları ilə birgə təlimə cəlb olunmalarına və onlardan nə isə öyrənmələrinə mane olur. Bunun sosial təcrid olunma ilə nəticələnə biləcəyini göstərməklə, müəllimlərə tövsiyə etmək olar ki, xüsusi qayğıya ehtiyacı olan şagirdlərin yoldaşları ilə birgə oturub, hətta məqsədlər müxtəlif olsa belə, onların məşğul olduqları fəaliyyətlərlə məşğul olmaları vacibdir.


Yüklə 173,18 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin