Ixtisas: Məktəbəqədər təhsil və təlim Kur: III fənn: İnklüziv təhsil və təlim


Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təlim strategiyaları: Diferensial Təlim ―



Yüklə 173,18 Kb.
səhifə32/72
tarix10.01.2022
ölçüsü173,18 Kb.
#107981
1   ...   28   29   30   31   32   33   34   35   ...   72
Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təlim strategiyaları: Diferensial Təlim ― Diferensial təlim anlayışı Amerika Birləşmiş Ştatlarının təhsil sistemində və təhsillə bağlı qanunvericiliyində əksini tapmış bir anlayışdır. 1975-ci ildən etibarən ABŞ təhsil qanunları bütün məktəbləri uşaqların fiziki, əqli, irqi, dini və s. fərqliliklərinə baxmayaraq fəal halda ümumtəhsil kurikulumu ilə əhatə olunmasını tələb etmişdir. 1990-cı və 1997-ci illərdə isə həmin qanunları daha da möhkəmləndirmək və icra olunmasını təmin etmək üçün Əlilliyi olan Fərdlərin Təhsili adlı qanun qəbul edilmişdir və bu qanun məhz fiziki və əqli əlilliyi olan uşaqları, yəni xüsusi təhsil ehtiyacları olan uşaqların ümumtəhsil kurikulumu ilə əhatə olunması üçün səmərəli şəraitin yaradılmasını tələb etmişdir.

Bu qanunlar xüsusi təhsil ehtiyacları olan uşaqların ümumtəhsil kurikulumu ilə əhatə olunmasını və onu mənimsəməsi üçün səmərəli şəraitin yaradılmasını tələb edərək bütün uşaqların eyni bilik və bacarıqlara yiyələnməsini və keyfiyyətli təhsil imkanlarından bəhrələnməsini vurğulayıb. Ümumtəhsil kurikulumu ilə əhatə olunma nə deməkdir? “Ümumtəhsil kurikulum”un nə olduğunu başa düşmək üçün onu 3 mühüm komponentə bölmək məqsədə uyğundur:



1-ci komponent məzmundur: Yəni ümümtəhsil məktəblərində keçirilən bütün fənnlər mövzular üzrə bilik və bacarıqların əldə olunması və onların tətbiq edilməsinə yönəlməlidir;

2-ci komponent təlim üçün yaradılan şəraitdir, yəni-təlim mühiti. Bura daxildir: müəllimlər tərəfindən tətbiq olunana təlim üsulları, istifadə olunana təlim vəsaitləri, o cümlədən kitablar, dərsliklər, tapşırıqlar, çalışmalar, əyani vəsaitlər və nəhayət tətbiq olunana qiymətləndirmə və monitorinq üsulları.

3-cü komponenet isə şagirdlərin sosial inkişafı və şəxsiyyət kimi formalaşmasını əhatə edir. Bu məktəblərdə şagirdlərin ünsiyyət qurma bacarıqlarının formalaşmasını, birlikdə iş görmə və öyrənmə vərdişlərinin inkişafını, bir-birinə və müəllimlərinə hörmətlə yanaşmasını, sinifdə fəal iştirak etməsini və məsuliyyət hissinin formalaşmasını əhatə edir.

Sadalanana 3 komponent ümumtəhsil kurikulumun (məktəbəqədər kurikulumu da daxil etməklə) nə olduğunu göstərir. Deməli yuxarıda qeyd etdiyimiz qanunlar xüsusi təhsil ehtiyacları olan şagirdlərin digər şagirdlərlə yanaşı bu 3 komponent ilə əhatə olunmasını və maksimum dərəcədə bəhrələnməsini tələb edir. Bu tələbi yerinə yetirmək üçün müəllimlər və təhsil üzrə digər mütəxəssislər diferensial təlim strategiyaları nəinki xüsusi təhsil ehtiyacları olan şagirdlər ilə iş zamanı, hətta tipik şagirdləri nailiyyətlərinin yüksəldilməsi üçün müasir dövrün ən proqressiv və səmərəli təlim yanaşmalarından hesab olunur.



Tərif: Diferensial təlim əhəmiyyətli hesab olunana, məzmunu müxtəlif öy-rənmə düşüncə tərzinə malik olan şagirdlərə öyrənmək və mənimsəməni təmin et-mək üçün tətbiq olunana təlim üsullarıdır.

Diferensial təlimi proses kimi başa düşmək lazımdır. Yəni müəllimlər şagirdlər üçün maksimum səmərəli şərait yaratmaq istədikdə daima bu təlimin diferensiallaşması məqsədi üzərində işləməlidir. Təlimin diferensiallaşması prosesini başlamazdan əvvəl təlim prosesinin özününü nədən ibarət olmasına nəzər salmaq məqsədə uyğundur. Bildiyiniz kimi, təlim prosesi 4 əsas bir-biri ilə sıx əlaqədə olan aspektlərdən ibarətdir:



1-ci aspekt: fənlərin məzmunu və gözlənilən nəticələr (standartlar)

2-ci aspekt: şagirdlərin ilkin bilik və bacarıqları, inkişaf və hazırlıq səviyyəsi və xüsusi ehtiyacları.

3-cü aspekt: təlim üsulları, dərsliklər, tapşırıqlar, əlavə materiallar, əyani vəsaitlər və öyrənməni möhkəmləndirmək üçün ev tapşırıqları və çalışmalar.

4-cü aspekt: tətbiq olunan qiymətləndirmənin üsulları və növləri.

Təlimin diferensiallaşması haqqında düşünən mütəxəssis mütləq təlim prosesinin komponentlərinin hər birinin diferensiallaşması barədə düşünməlidir. Təlimin diferensiallaşması zamanı müəllimlər bunları edə bilərlər: 1) Oxu üçün nəzərdə tutulan materialı bir mətn şəklində yox, bir neçə mətn şəklində hazırlayır ki, müxtəlif oxu qabiliyyəti olan şagirdlər oxu fəaliyyətinə cəlb oluna bilsinlər. 2) Müəllimə oxu bacarıqları zəif olan şagird üçün mətni və ya hər hansı bir mövzunu video və ya audio vasitəsilə ona mənimsədə bilər. 3) Yeni mövzunu təqdim edərkən həm şifahi üsuldan istifadə edilir, həm də mövzuya aid çoxlu əyani vəsaitdən istifadə edilir (danışır və göstərir) 4) Kiçik qrup halında şagird-lərlə ayrıca görüşür və onlar üçün təkrar təqdimat və ya izahat verir, bu üsulun tətbiqinə sinfin güclü şagirdlərini də cəlb etmək olar. 5) Sinif otağında maraq mərkəzləri qurur və şagirdlər üçün seçim imkanları yaradır. 6) Şagirdlərlə birlik-də onlar üçün gündəlik tərtib edir və orada gün ərzində icra edəcəklərini qeyd edir. 7) Şagirdlərin ehtiyaclarından asılı olaraq onlara monipulyativ alətlər verir. 8) Öyrəndiklərini və bacarıqlarını nümayiş etdirmək üçün müxtəlif yollar təqdim edir, məsələn süjetli-rollu oyunlar hazırlamağa imkan yaradır, şifahi cavabın əvəzinə məktub yazmağı təklif edir, şagirdlər üçün qrup və ya fərdi qaydada iş-ləmək üçün şərait yaradır. 9) Şagirdlərin müxtəlif öyrənmə üslublarını nəzərə ala-raq, onlar üçün fərdi şəraitin yaradılmasına çalışır: tək oturmağı sevən tək oturur, qrupda işləməyi xoşlayan qrupda işləyir və daima bu qrupun üzvü olur və s.




Yüklə 173,18 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin