Ixtisas: Məktəbəqədər təhsil və təlim Kur: III fənn: İnklüziv təhsil və təlim



Yüklə 173,18 Kb.
səhifə55/72
tarix10.01.2022
ölçüsü173,18 Kb.
#107981
1   ...   51   52   53   54   55   56   57   58   ...   72

"Sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında Azərbaycan Respublikasının qanunu", "Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu" kimi qanunlarda əlillərin sosial reabilitasiyası, sosial müdafiəsi haqqında maddələr olmaqla qanunvericiliyin mövcud ümumi bazası xüsusi qayğıya ehtiyacı olan insanların soaial müdafiəsinə xidmət edir. Beynəlxalq aləmdədə əlillərə qayğı və diqqət artıb.


Azərbaycan Respublikası Nazirlər Kabineti "2001-ci ildə əlillərin və sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsinin Dövlət Proqramı"nı təsdiqləyib. Bununla bağlı qərarda deyilir ki, "Proqram"ın əsas məqsədi ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar nəticəsində əldə olunmuş dinamik inkişafa və davamlı tərəqqiyə əsaslanaraq, əlillərin tibbi-sosial reabilitasiyasını kompleks şəkildə həll etməklə onların sosial müdafiəsinin və son nəticədə cəmiyyətə fəal inteqrasiyasının təmin olunmasıdır.

Azərbaycan Respublikası Prezidentinin 2 oktyabr 2008-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən 2006-cı ilin dekabr ayının 13-də qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiyanın fakültativ protokoluna müvafiq bəyanatla qoşulmuşdur. Bu Konvensiyanın məqsədi bütün əlillər tərəfindən insan hüquqlqrının və əsas azadlıqlarının tam və bərabər səviyyədə həyat keçirilməsini həvəsləndirməkdən, müdafiə və təmin etməkdən, eləcə də onların ləyaqətinə hörmət edilməsini həvəsləndirməkdən ibarətdir. Bu Konvensiyanın prinsipləri aşağıdakılardır:

a) şəxsi seçim etmək azadlığı və müstəqilliyi də daxil olmaqla, insan ləyaqətinə, onun şəxsi sərbəstliyinə hörmət olunması; 

b) ayrı-seçkiliyə yol verilməməsi; 

c) cəmiyyətə tam və səmərəli cəlb olunma və daxil olma

d) əlillərin xüsusiyyətlərinə hörmət olunması və onların insan müxtəlifliyinin komponenti və bəşəriyyətin bir hissəsi kimi qəbul olunması; 

e) imkanların bərabərliyi

f) müyəssərlik; 

g) kişi və qadınların bərabərliyi; 

h) əlil uşaqların inkişaf edən qabiliyyətinə hörmət və onların öz fərdiliyini saxlamaq hüquqlarına hörmət.

İnklüziv təhsilin inkişafı dünyanın bir çox ölkələrinin təhsil siyasətinin prioritetlərindəndir. BMT-nin İnsan Hüquqları Konvensiyasına görə bütün uşaqlar üçün bərabər təhsil almaq imkanlarının yaradılması və əlil uşaqların cəmiyyətə inteqrasiyası dövlətlərin üzərinə düşür. Artıq təhsilin məqsədlərindən biri də xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətə inteqrasiyasını stimullaşdırmaq və onu reallığa çevirməkdir. İnklüziv təhsilin əsas prinsipi odur ki, birgə təhsil alan uşaqlar birgə cəmiyyətdə yaşasınlar.

Azərbaycan təhsil siyasətinin məqsədi bütün vətəndaşlar üçün keyfiyyətli təhsilin təmin edilməsindən ibarətdir və təhsil sisteminin islahatlaşdırılması prosesində əsas diqqət milli azlıqları, qanunları və məcburi köçkünləri təmsil edən uşaqların, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqların keyfiyyətli təhsil alması üçün bərabər imkanların yaradılmasına yönəldilir.





Yüklə 173,18 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin