Ixtisas: Məktəbəqədər təhsil və təlim Kur: III fənn: İnklüziv təhsil və təlim


MÖVZU 14: Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə işin təşkili



Yüklə 173,18 Kb.
səhifə56/72
tarix10.01.2022
ölçüsü173,18 Kb.
#107981
1   ...   52   53   54   55   56   57   58   59   ...   72
MÖVZU 14: Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə işin təşkili

PLAN:
  1. Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin dəstəklənməsi üçün strategiyalar və effektiv ünsiyyyətin qurulması.

  2. İnklüziv təhsili inkişaf etdirən və xüsusi qayğıya ehtiyacı olan uşaqların ailələri ilə işləyən müəllimlərə və həmçinin digər peşəkarlara tövsiyələr.

  3. Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə iş prosesi.

  4. Müəllim məsləhətçi kimi.

  5. Ailələrlə səmərəi əməkdaşlığın yaradılması.



Ədəbiyyat:

1. Dostuzadə D.Ə. Sağlamlıq imkanları məhdud uşaqlarla işə dair. İbtidai məktəb və məktəbəqədər tərbiyə jurnalı, № 2, 2004.

2. Əlizadə H., Mahmudova R. Sosial pedaqogika. Dərslik. Bakı, 2013.

3. Korreksion pedaqogikanın müasir problemləri. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu. Bakı, 2012.

4. İsmayılova L. və başqaları. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili. Bakı, Kurrikulm., Azərbaycan, (iyul-sentyabr), 2009, № 3

5. Şərəfxanova L., Məmmədova S., Mikayılova Ü. İnklüziv təhsil. Məktəbəqədər təhsil pilləsi üçün. Bakı 2010.

6. Təhsil Haqqında Azərbaycan Respublikasının qanunu. Bakı: Qanun, 2009.

7. Təhsil Qanunvericiliyinə dair normativ Hüquqi sənədlər toplusu. I-II cild, Bakı, 2012.

Uşaq ailədə həm fiziki, həm də sosial tərəfdən inkişaf edir. Ailə, uşağın təliminə və inkişafına cəlb olunan ilk müdafiə mühitidir. Bu zaman ailə uşaq üçün, onun əhatə olunduğu cəmiyyətə nisbətən daha çox davamlı mühitdir.

Müəllimlərin hər il başqaları ilə əvəz oluna biləcəklərinə baxmayaraq, ailə üzvləri xüsusi qayğıya ehtiyacı olan uşağın həyatında dəyişməz simadır. Şübhə yoxdur ki, valideynlər uşaqların həyatında əsas rol oynayırlar. Onlar öz uşaqlarını hər kəsdən daha yaxşı tanıyırlar. Demək olar ki, onlar uşaqlarla bağlı məsələlərdə peşəkar rolunu yerinə yetirirlər. Müəllimlər isə uşaqların inkişafı və təhsili ilə bağlı məsələlərdə peşəkardırlar. Müəllim və valideynlərin əməkdaşlıq fəaliyyəti zamanı onların ehtiyatında olan biliklər uşaqlara müsbət və əhəmiyyətli dərəcədə təsir göstərir.

Ailələrə yardım edilməsi üçün birinci şərt: müəllimlər tərəfindən xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin başa düşülməsinin zəruriliyidir.

Uşaqların xüsusi ehtiyaclarla doğulması ailədə ciddi dəyişikliklər yaradır və bütün ailənin həmin uşağın maraqları çərçivəsində adaptasiyasiyanı zəruri edir. Uşağın böyüməsi ilə ailənin keçirdiyi problemlər heç də yüngülləşmir, onlar sadəcə olaraq, daha adət olunmuş və tanış xarakter alır. Xüsusi qayğıya ehtiyacı olan uşağın anadan olmasına valideynlərin ilk reaksiyası təəssüf hissi olur. Valideynlərə elə gəlir ki, onların arzuları və səyləri boşa çıxmışdır, onlar öz uşaqlarının heç zaman onların tipik həmyaşıdı kimi olmayacağına inanmırlar. Sonra tənhalıq hissi gəlir. Valideynlər, öz xüsusi qayğıya ehtiyacı olan uşaqlarına qarşı digər valideynlər və uşaqlar arasında adi münasibət hesab olunan istiqanlılıq, mehribanlıq və diqqət müşahidə etməyərək, bəzən bunu özlərinin heysiyyətlərinə toxunulmuş kimi hiss edirlər. Valideynlər ətrafdakıların fikirlərinə və hərəkətlərinə qarşı daha çox incik düşürlər. Məktəb direktorları və müəllimlər xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin hislərini başa düşməli və onların öz uşaqlarına olan inamlarını bölüşməlidirlər.

Müəllimlər, ailə və uşaq haqqında özlərində formalaşmış fikirlərdən asılı olmayaraq valideynələrə hörmət etməli və onların hissləri və problemləri ilə hesablaşmalıdırlar. Valideynlər situasiyaya qarşı öz münasibətlərinin dəyişməsinə cavabdeh olduqlarına baxmayaraq müəllimlər onlara kömək edə bilər və bunu etməlidirlər. Uşağın anadan olması və sonrakı inkişafı və onun yaşlılıq həyatına hazırlanması, uşaqda düzgün psixoloji, emosional və koqnitiv vərdişlərin inkişaf etdirilməsi valideynlərdən çoxlu vaxt, səbr və səy tələb edir. Məktəb valideynlərin fəaliyyətini dəstəkləməli və xüsusi qayğıya ehtiyacı olan uşaqların təlimində onlara məsləhətlər verilməsi və peşəkar yanaşmalarla kömək etməlidirlər. Müəllimlər, direktorlar, metodistlər, psixoloqlar – məktəbdə çalışan bütün peşəkarlar uşağın inkişafına zəruri və uzun müddətli təsir göstərirlər. Valideynlər, inklüziv təhsildə öz uşaqlarının təliminin planlaşdırılmasına daha aktiv şəkildə cəlb edilirlər. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyən hər bir müəllim valideynlərlə necə işləmək lazım olduğunu və əməkdaşlığın necə qurulmasını bacarmalıdır.

Ailədə xüsusi qayğıya ehtiyacı olan uşaqlar olduğu təqdirdə valideynlər, nəinki öz uşaqlarının problemlərini bilməyə, eləcə də onlara çətinliklərin öhdəsindən gəlməkdə necə kömək etmək lazım olduğunu bilməyə cəhd göstərirlər. Bu məsələdə müəllimlər və peşəkarlar onlara kömək etməlidirlər.

İldən ilə daha çox xüsusi qayğıya ehtiyacı olan şagirdlər adi siniflərə qəbul olunur. Valideynlərlə mövcud qarşılıqlı münasibətləri möhkəmləndirmək və səmərəli əməkdaşlıq yaratmaq üçün müəllimlər nə edə bilərlər?



  • Elə bir mühit yaratmağa çalışmalıdırlar ki, orada uşaq özünü rahat və inamlı hiss etsin. Bu, ailələrlə etibarlı münasibətlərin yaradılmasında ilk addım ola bilər.

  • Uşağın dəyərini aydın və ardıcıl surətdə vurğulamalıdırlar. Tədris ilinin əvvəlində məktəb heyətinin rəsmi və ya qeyri-rəsmi ünsiyyəti zamanı uşaqlar haqda necə danışmalı ailələrlə münasibətlərin inkişafına əhəmiyyətli dərəcədə təsir göstərir. Müəllimlər xüsusi qayğıya ehtiyacı olan şagirdin sinifdə olmasından məmnun olduqlarını, onun uğur əldə edəcəyinə inandıqlarını aydın şəkildə qeyd etməlidirlər.

  • Özünü valideynlərin yerinə qoymalıdırlar.

  • Müxtəliflik haqqında anlayışını dərinləşdirməlidirlər. Ailələrin mənəvi dəyərləri, arzuları və prioritetləri əhəmiyyətli dərəcədə fərqlənir və buna görə də onlarla iş üzrə vahid universal model ola bilməz. Həm xüsusi qayğıya ehtiyacı olan və həm də tipik uşaqların keyfiyyətli təlim – tərbiyəsini təmin etmək üçün ailələrin maraq və qayğılarını nəzərə almaqla işləmək lazımdır.

  • Fərdiyyəti görməyi bacarmalı, stereotiplərə qarşı mübarizə aparmalı.

  • Valideynləri uşaqları üçün qoyduqları məqsədlərə maraq göstərməli. Dialoq üçün birinci addım – valideynlərlə şəxsi əlaqələrin yaradılmasıdır. Bəzi müəllimlər uyğun dil və ünsiyyət tərzindən istifadə etməklə, valideynlərin özlərini rahat hiss edə biləcəkləri atmosferi yarada bilirlər. Onlar valideynlərin ideyalarına səmimi maraq göstərirlər. Ancaq elə hallarla da üzləşmək olur ki, valideyn sanki müəllimin üzündən “Nə danışdığınızı özünüz də dərk etmirsiniz” cümləsini oxuyur. Pedaqoji iş üzrə praktiki təcrübəsi olan müəllimlər valideynlərinin fikrini dəyərlənməlidirlər.

  • Valideynlərin, informasiyanı sizinlə necə bölüşmək istəməsi ilə bağlı razılığa gəlməli. Uğurlu əməkdaşlıq üçün ailə və məktəb arasında arasıkəsilməz və səmərəli qarşılıqlı əlaqə tələb olunur. Müəllimlər valideynlərin necə (müxtəlif görüşlərdə iştirak etməklə, telefonla, məktub yazmaqla və s.) və hansı tezliklə əlaqə yaratmaq istəkləri ilə maraqlanmalıdırlar.

  • Gündəlik həyatda danışdığınız dildən istifadə etməli. Peşəkarlar tanış olmayan terminlərdən istifadə etdikləri zaman valideynlər özlərini planlaşdırma prosesindən kənarlaşdırılmış hiss edirlər.

  • Planlaşdırma və problemin həllinin səmərəli yollarını axtarmalı.

  • Bütün şagirdlərin iştirakını nəzərdə tutan ümumməktəb işinin uzun müddətli planını işləyib hazırlamalıdırlar.

Valideynlərin müəllimlərə və təhsil müəssisəsinə göstərə biləcəyi dörd yardım kateqoriyası vardır. Bunlar aşağıdakılardır:

1. sosial və emosional yardım; 2. informasiya mübadiləsi; 3. valideynlərin öz uşaqlarının təlimində iştirak etməyə və cəlb olunmasına həvəsləndirilməsi; 4. uşaq və valideynlər arasında qarşılıqlı münasibətlərin yaxşılaşdırılması.

Uşağın inkişafı və təlimi prosesində ailələrlə əməkdaşlığın qurulması üçün müəllimlərin xüsusi strategiyaları öyrənməsi çox vacibdir.

1. Sosial və emosional yardım çərçivəsində müəllim və psixoloq valideynlə-rə müqəssirlik hissi və başqa valideynlərə bənzəməmək hissindən və eləcə də tənhalıq hissindən xilas olmaqda kömək edə bilər. Bu hisslər xüsusi qayğıya ehtiyacı olan uşağı olan bütün ailələrdə son dərəcə adi bir haldır. Valideynlər, adətən xüsusi qayğıya ehtiyacı olan uşaqların inkişafı üçün lazım olan problem və səylərin həcminin böyük olması səbəbindən ruhdan düşürlər. Ailədə müsbət emosional fonun və valideynlərin özlərinə münasibətdə müsbət baxımdan qiymətləndirmə hallarının yüksəldilməsinə kömək edən dəstəkləmə elə məhz müəllimə göstərilən sosial və emosional yardımdır.

2. İnformasiya mübadiləsi çərçivəsində məktəb valideynlərə aşağıdakı məsə-lələr üzrə kömək edə bilər: a) öz uşaqlarının cəlb olunduğu inklüziv təlimləndirici proqramı başa düşmək; b) uşağın uzun müddətli inkişaf perspektivində onun davranışını görmək və başa düşmək; c) valideynlər tərəfindən müəllimlərə və başqa peşəkarlara (məsələn, psixoloqa) təlim prosesinin təkmillədirilməsində onlara lazım ola bilən məlumatların öz vaxtında təqdim olunmasına kömək etmək.

3. Valideynlərin öz uşaqlarının təlimində iştirak etməyə və cəlb olunmasına həvəsləndirilməsi çərçivəsində məktəb və müəllimlər, 1-ci və 2-ci bəndlərdə verilmiş tövsiyələrdən də həmçinin istifadə edərək, valideynləri ibtidai inklüziv təlim proqramına və uşaqla məktəbdə həyata keçirilən işin davamı olaraq evdə iş prosesinə cəlb edə bilərlər. Valideynlər evdə xüsusi qayğıya ehtiyacı olan uşaq-larla müəllim tərəfindən tövsiyə edilmiş işi həyata keçirərək, öz valideyn vərdişlərini və eləcə də uşağın ünsiyyət və davranış vərdişlərini inkişaf etdirə bilərlər.

Valideynlərin dəstəklənməsində prioritet istiqamətlər bunlardır: a) uşaqların tərbiyəsində valideyn vərdişlərinin inkişafı; b) uşağın sosial və emosional inkişafına kömək edilməsi; c) dilin və nitq vərdişlərinin mənimsənilməsində uşa-ğa yardım göstərilməsi; d) valideynin evdə uşaqla məşğələlər aparması üçün kömək qismində mənbələrin, materialların üzə çıxarılması; e) xüsusi qayğıya eh-tiyacı olan uşaqların inkişafı üçün valideyn vərdişlərinin inkişaf etdirilməsi.

Müəllimlər valideynlərlə işləyərkən, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla hər bir fəaliyyət dairəsində müstəqil iş aparılmasının zəruri olduğunu onlara dəqiq izah etməlidir.



  • Lazım olan təlim və kömək olduğunu şəraitdə sizin xüsusi qayğıya ehtiyacı olan uşağınız, onun Fərdi Təlim Planında planlaşdırıldığı kimi inkişaf edəcəkdir.

  • Sizin uşağınızın gələcəyi onun indiki dövründən daha əhəmiyyətlidir və inklüziv təhsil onun gələcəkdə daha da inkişaf etməsinə real imkanlar verir.

  • Valideynlər xüsusi qayğıya ehtiyacı olan uşaqlardan fərqli olaraq öz problemlərini həll etməyi bacarırlar və bunu bacarmalıdırlar.

  • Öz xüsusi qayğıya ehtiyacı olan uşaqlarının təhsilinə görə ilkin məsuliyyət valideynlərin üzərinə düşür.



Yüklə 173,18 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin