Ixtisas: Məktəbəqədər təhsil və təlim Kur: III fənn: İnklüziv təhsil və təlim


MÖVZU 9: İnklüziv təhsilin idarəçiliyində hüquqi və etik münasibətlər



Yüklə 173,18 Kb.
səhifə19/72
tarix10.01.2022
ölçüsü173,18 Kb.
#107981
1   ...   15   16   17   18   19   20   21   22   ...   72
MÖVZU 9: İnklüziv təhsilin idarəçiliyində hüquqi və etik münasibətlər

PLAN:

  1. Sağlamlıq imkanları məhdud olan şəxslərin inklüziv təhsil sahəsində hüquqları.

  2. Sağlamlıq imkanları məhdud olan şəxslərin valideynlərinin və ya digər qanuni nümayəndələrinin birgə təhsil sahəsində hüquq və vəzifələri.

  3. Əlilliyi olan şəxslərə aid beynəlxalq hüquqi sənədlər.

  4. İnklüziv təhsil ilə bağlı Azərbaycan Respublikasının Qanunvericilik siyasəti.

Ədəbiyyat:

1. Əlizadə H., Mahmudova R. Sosial pedaqogika. Dərslik. Bakı, 2013.

2. Korreksion pedaqogikanın müasir problemləri. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu. Bakı, 2012.

3. İsmayılova L. və başqaları. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili. Bakı, Kurrikulm., Azərbaycan, (iyul-sentyabr), 2009, № 3

4. Şərəfxanova L., Məmmədova S., Mikayılova Ü. İnklüziv təhsil. Məktəbəqədər təhsil pilləsi üçün. Bakı 2010.

5. Təhsil Haqqında Azərbaycan Respublikasının qanunu. Bakı: Qanun, 2009.

6. Təhsil Qanunvericiliyinə dair normativ Hüquqi sənədlər toplusu. I-II cild, Bakı, 2012.
Cəmiyyətimizdə elə uşaqlar var ki, onlar xüsusi tipli məktəblərdə, internatlarda və ya evlərdə təhsil alırlar. Bunlar xüsusi qayğıya ehtiyacı olan uşaqlardır. Onların sağlamlıqları ilə bağlı müxtəlif problemləri olur ki, bu da ümumtəhsil məktəblərində təhsil almaları üçün ciddi maneələr yaradır. Bir çox ölkələrdə xüsusi qayğıya ehtiyacı olan uşaqlar tipik uşaqlar ilə birlikdə ümumtəhsil məktəblərində təhsil alır. Bu cür inteqrasiyaya inklüziv təhsil deyilir. İnklüziv təhsilin inkişafı dünyanın bir çox ölkələrinin təhsil siyasətinin prioritetlərindəndir. Aparılan islahatlar təhsilin beynəlxalq prinsip və standartlara uyğunlaşdırılması məqsədini daşıyır. Bu prinsiplərdən biri də təhsilin humanistləşdirilməsi və insan hüquqları standartları ilə uyğunlaşdırılmasıdır. BMT-nin İnsan Hüquqları Konvensiyasına görə bütün uşaqlar üçün bərabər təhsil almaq imkanlarının yaradılması və əlil uşaqların cəmiyyətə inteqrasiyası dövlətlərin üzərinə düşür. Artıq təhsilin məqsədlərindən biri də xüsusi qayğıya ehtiyacı olan insanların cəmiyyətə inteqrasiyasını stimullaşdırmaq və onu reallığa çevirməkdir. İnklüziv təhsilin əsas prinsipi odur ki, birgə təhsil alan uşaqlar birgə cəmiyyətdə yaşasınlar. Xüsusi qayğıya ehtiyacı olan uşaqların umumtəhsil məktəblərinə uğurlu inteqrasiyası məktəb mühitində və bütövlükdə təhsil sistemində mühüm dəyişikliklər tələb edir. Həmin dəyişikliklər məktəblərdə xüsusi şəraitin yaradılmasını, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təlim proqramları və materiallarının işlənib hazırlanmasını, təlim metodları və strategiyalarının diferensiallaşdırılmasını və hətta qiymətləndirmə prosesində müxtəlif yanaşmalardan istifadə edilməsini tələb edir. Azərbaycanda inklüziv təhsilin inkişaf tarixi 2004-cü ildən başlayır və ilk təcrübə məhz xüsusi qayğıya ehtiyacı olan uşaqları Bakı və Sumqayıt şəhərlərinin bir sıra seçilmiş ümumtəhsil məktəb və məktəbəqədər müəssisələrinə cəlb etməkdən ibarət olmuşdur. Cəlb olunmuş uşaqlar xüsusi qayğıya ehtiyacı olan uşaqlar adlandırılmışdır.

Azərbaycan Respublikasının Təhsil haqqında Qanuna görə, pedaqoji işçilərlə yanaşı valideynlər (və ya qanuni nümayəndələr) də həmçinin təhsil prosesinin iştirakçılarıdır. Xüsusi qayğıya ehtiyacı olan uşaqların inklüziv təhsil sisteminə cəlb olunmuş valideynləri (və ya qanuni nümayəndələri) müəyyən hüquqlara malikdirlər.

1. Öz övladının təhsil müəssisəsi, müəllimi və uşağın təlim işinə cəlb olunmuş digər peşəkarları haqqında məlumata malik olmaq hüququ var. Milli qanunda bu, belə ifadə olunur: təhsil prosesinin təşkili, tədrisin keyfiyyəti, övladıarının dərsə davamiyyəti, təhsilə marağı və davranışı haqqında məlumat almaq. Valideynlər (və ya qanuni nümayəndələr) tədris müəssisəsinin, müəllimin və məktəb psixoloqunun öz övladlarına münasibətdə hansı dərəcədə səy göstəremələri haqqında ətraflı şəkildə məlumatlandırılmalıdırlar. Bu zaman müəllimlər, valideynlərin (və ya qanuni nümayəndələr) təqdim olunan informasiyanı başa düşmələri və təlim prosesi və korreksiya haqqında müntəzəm şəkildə məlumat almaları üçün qüvvə sərf etməlidirlər.

2. Valideynlər (və ya qanuni nümayəndələr) Fərdi Tədris Planının inkişafına cəlb olunmalıdırlar (milli qanunda bu, belə ifadə olunur: təhsil müəssisələri ilə əməkdaşlıq etmək, təhsil prosesinin təkmilləşdirilməsi üçün təkliflər irəli sürmək və könüllü yardım etmək. Əgər müəyyən səbəblərdən müəllimlər bunu etmək etmirlərsə, bu zaman onlar məktəbin dərs planının və Fərdi Tədris Planının məzmunu haqqında məlumatlandırılmalıdırlar. Bundan başqa valideynlər (və ya qanuni nümayəndələr) öz uşaqlarının necə qiymətləndirəcəyi barədə informasiya əldə etmək hüququna malikdirlər. Bəzi hallarda valideynlərin (və ya qanuni nümayəndələr) əksəriyyətində öz uşaqlarına və onun təlimindəki uğurlarına dair (məsələn, onun müvəffəqiyyətlərini vaxtından xeyli tez gözləyirlər)

qeyri-real (məsələn, onlara elə gəlir ki, uşaq dərhal yaxşı nəticə göstərməlidir) gözləntilər ola bilər. Bəzi hallarda müəllimdə də xüsusi qayğıya ehtiyacı olan uşağın təliminin müəyyən mərhələsini başa çatdırmaq üçübn zəruri olan vaxt çərçivəsi barədə dəqiq anlayış olmaya bilər. Müəllim şagirdin inkişafında irəliləyişə təsir edən amilləri və müsbət nəticələr alması üçün zəruri olan müştərək səylıəri valideynlərlə müzakirə etməlidir.

3. Valideynlərin (və ya qanuni nümayəndələrin) yetkinlik halına çatmayan övladlar üçün təlim-tərbiyə müəssisəsini seçmək hüququ var. Valideynə (və ya qanuni nümayəndələrə) məktəbdə qəbul olunan qaydalar və inklüziv təhsil metodikası haqqında məlumat verilməlidir. Valideyn (və ya qanuni nümayəndə), ətraflı şəkildə məktəb tərəfindən övladının problemləri və onun təliminin planlaşdırılması haqqında məlumatlanmalıdır. Yalnız bu məlumat nəzərə alınmaqla valideynlər (və ya qanuni nümayəndələr) öz uşaqları üçün təhsil müəssisəsi seçimi haqqında qərar qəbul etməlidirlər. Ola bilsin ki, onlar uşağı inklüziv komponentli məktəbə yerləşdirmək istəməsinlər.

4. Valideynlərin (və ya qanuni nümayəndələrin) öz övladlarının hüquqlarını müdafiə etmək, məktəbin idarə edilməsində iştirak etmək hüququ vardır. Valideynlər (və ya qanuni nümayəndələr), eləcə də təhsil müəssisəsinin onların uşaqları ilə bağlı inzibati qərərlarına təsir göstərmək hüququna da malik olmalıdırlar. Odur ki, valideynlər lap əvvəldən öz övladlarının təhsil aldığı tədris müəssisəsindəki hüquq və vəzifələri bilməlidirlər.

Bundan başqa valideynlərə (və ya qanuni nümayəndələrə), məktəbin müdriyyəti və heyəti ilə öz övladlarının təhsili barədə fikirləri, problemləri, həyacanları bölüşmək imkanı verilməlidir. Bu problemlər söylənildikdən və diqqətlə dinlənildikdən sonra valideynlər (və ya qanuni nümayəndələr) müəllimlə əməkdaşlıq edə bilər və təlim prosesinin daha uğurlu planlaşdırılmasında onlara kömək edə bilərlər. Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynlərinin (və ya qanuni nümayəndələrin) vəzifələri də vardır. Onlar aşağıdakılardır:

1. Övladlarının erkən yaşlarından fiziki, əxlaqi və intellektual inkişafına şərait yaratmaq.

2. Onların icbari ümumi orta təhsil almalarının təmin olunmasına və mənəvi yetkinliyinə məsuliyyət və cavabdehlik daşımaq.

Valideynlərin (və ya qanuni nümayəndələrin) öz hüquq və vəzifələrini bilmələri tədris müəssisəsi ilə əməkdaşlığın inkişafına kömək edir.

2006-cı ilin dekabrın 13-də Birləşmiş Millətlər təşkilatının Baş Məclisi tərəfindən qəbul edilmiş "Əlillərin hüquqları haqqında" Konvensiya əlilliyi olan insanların digər hüquqları kimi təhsil hüquqlarının da bir çox tərəflərini əhatə edir. Konvensiyanın təhsil hüququnu təsbit edən 24-cü maddəsinə görə əlilliyi olan şəxslər bərabər şəraitdə təhsil almalıdır və dövlətlər onların bütün səviyyələrdə birgə təhsil sistemini və həyatı boyu təhsil sisteminə çıxış imkanlarını dəstəkləməlidirlər. Təhsil alma hüququnu həyata keçirərkən iştirakçı dövlətlər əlillərin əlilliyə görə ümumi təhsil sistemindən kənarda qalmamasını və əlillərin digər insanlarla eyni əsaslarla öz yaşayış yerlərində inklüziv, keyfiyyətli və ödənişsiz təhsil almaq imkanına malik olmasını təmin etməlidirlər. Konvensiyada təsdiq olunan təhsilə yanaşma, əngəllərin aradan qaldırılması, stereotiplərin ləğv edilməsi təsbit edilir və əqli cəhətdən əlilliyi olan şəxslərdə dazxil olmaqla, inklüziv təhsilin hər kəs üçün ən yaxşı təhsil mühiti olduğu təşviq edilir. Məhz belə yanaşma əlillikdən qorxmayan, onu asanlıqla qəbul edən inklüziv cəmiyyətin yaradılmasına köməklik edir. Sağlamlıq imkanları məhdud olan uşaqlar digər həmyaşıdları ilə birlikdə böyüdükdə və dərs prosesində birgə iştirak etdikdə, onlar bir-birinə qarşı daha böyük anlaşma və hörmət hissini özlərində inkişaf etdirirlər. Dövlətin siyasi iradəsinin bariz nümunələrindən biri əlilliyi olan şəxslərin müdafiəsi sahəsində "Əlillərin hüquqları haqqında" Konvensiyasının ratifikasiya olunmasıdır.

"Əlil insanların hüquqlarının və cəmiyyətdə tam iştirakının dəstəklənməsi: 2006-2015-ci illər ərzində əlil şəxslərin həyat səviyyəsinin yaxşılaşdırılması üzrə Avropa Şurasının Tədbirlər Planı"nda qeyd edili ki, əlil uşaqların öz ailəklərində böyüməsi, həmçinin icma həyatına inteqrasiya etməsi üçün onların və ailələrinin ehtiyacları əlaqədar qurumlar tərəfindən ətraflı şəkildə qiymətləndirilməlidir. Həmin Planın 4-cü fəaliyyət istiqamətini əlilliyi olan şəxslərin təhsil almaq imkanları təşkil edir. Həm beynəlxalq insan və uşaq hüquqlarına dair sənədlər (İnsan hüquqları bəyannaməsi, Uşaq hüquqları bəyannaməsi, Əlilliyi olan şəxslərin hüquqları bəyannaməsi, həm də xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinə dair sənədlər (Salamanka və Dakar bəyannamələri, YUNESCO-nun "Hamı üçün təhsil" prinsipi) BMT-yə üzv olan uşaqların təhsilinə mövcud yanaşma köklü dəyişməlidir. Buna cavab olaraq, Azərbaycan Respublikasının Təhsil Nazirliyi İnklüziv Təhsil üzrə Dövlət Proqramını hazırlamış və pilotlayihələrinin tətbiqinə icazə vermişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral, 2005-ci ildə verilmiş 20 № li qərarına əsasən "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanları məhdud olan uşaqların təhsilinin" təşkili üzrə İnkişaf Proqramının (2005-2009) təsdiq edilməsi ölkədə inklüziv təhsil modelinin sınaqdan keçirilməsinə böyük imkanlar yaratdı. Respublikamızda Milli Fəaliyyət Planının I hissəsinin sınaqdan keçirilməsi üçün 2005-2009-cu illər ərzində erkən uşaqlıq dövrünü əsas götürərək respublikanın şəhər və rayonlarının orta ümümtəhsil məktəb və uşaq bağçalarında İnklüziv Təhsil Pilot Layihələrinin icrasına başlanıldı.

Ümumtəhsil sistemi bütün uşaqları əhatə etməli və bütün uşaqların bərabər imkanlara malik olmasını təmin etməli və hər birinin fərdi nailiyyətlərinə dəstək verməlidir. Təhsildə inklüziv yanaşma bu məqsədlərə xidmət edir. Sistem şəklində təmin olunan şərait və təlim vəsaitləri müxtəlif qabiliyyətləri olan uşaqlar üçün əlverişli təlim mühitinin olmasını vurğulayır. Ümumtəhsil sistemində inklüzivlik anlayışı hansısa qrup uşaqları ümumtəhsil məktəblərinə daxil etmək yox, məhz sistemin özünün geniş spektrli qabiliyyətlərə malik olan və təlimdə xüsusi ehtiyacları olan uşaqları əhatə etmək imkanlarının yaradılmasına üstünlük vermək deməkdir.

Azərbaycan Respublikasının Təhsil Qanununa əsasən, bütün vətəndaşlar irqindən, milli və dini mənsubiyyətindən, dilindən, cinsindən, yaşından sağlamlıq vəziyyətindən, fəaliyyət göstərdiyi sahədən, sosial mənşəyindən, yaşadığı yerdən və siyasi baxışlarından asılı olmayaraq təhsil almaq hüququna malikdirlər.

Azərbaycan təhsil siyasətinin məqsədi bütün vətəndaşlar üçün keyfiyyətli təhsilin təmin edilməsindən ibarətdir və təhsil sisteminin islahatlaşdırılması prosesində əsas diqqət milli azlıqları, qanunları və məcburi köçkünləri təmsil edən uşaqların, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqların keyfiyyətli təhsil alması üçün bərabər imkanların yaradılmasına yönəldilir.

Respublikamızda müvafiq qanunvericilik bazasının yaradılması nəticəsində "Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili"nin təşkilinə əlverişli zəmin yaradılmışdır. Belə ki, 2001-ci ilin iyulunda ulu öndər Heydər Əliyev tərəfindən imzalanmış "Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir.

Qanunda xüsusi təhsil sahəsində dövlətin vəzifələri müəyyənləşdirilmiş, sağlamlıq imkanları məhdud insanların, onların valideynlərinin və ya valideynlərini əvəz edən şəxslərin xüsusi təhsil sahəsində hüquq və vəzifələri öz əksini tapmış, xüsusi təhsilin təşkili və idarə olunması təsbit olunmuşdur.




Yüklə 173,18 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin