Ixtisas: Məktəbəqədər təhsil və təlim Kur: III fənn: İnklüziv təhsil və təlim


Müəllim: Əliyeva Ruhəngiz ALIYEVA-RUHANGİZ @MAİL.RU



Yüklə 173,18 Kb.
səhifə2/72
tarix10.01.2022
ölçüsü173,18 Kb.
#107981
1   2   3   4   5   6   7   8   9   ...   72
Müəllim: Əliyeva Ruhəngiz ALIYEVA-RUHANGİZ @MAİL.RU

İnklüziv təhsil və təlim


MÖVZU 1: İnklüziv təhsilin ümumi nəzəri məsələləri

PLAN:

  1. İnklüziv təhsil fənnninin məqsədi, mövzusu, vəzifələri və əhəmiyyəti.

  2. İnklüziv təhsilin əsas anlayış və terminologiyası.

  3. İnklüziv təhsil haqqında Azərbaycan Respublikasının Qanunu.

  4. İnklüziv təhsil təhsil müasir strukturunun təşkili və onun əsas inkişaf yolları.



Ədəbiyyat:

1. Hüseynov Q., Şərəfxanova L., Məmmədova S., Mikayılova Ü. İnklüziv təhsil. (peşəkarlar üçün metodik vəsait) İbtidai təhsil piləsi üçün. Bakı, 2010.

2. İsmayılova L. və başqaları. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili. Bakı, Kurrikulm., Azərbaycan, (iyul-sentyabr), 2009, № 3.

3. Şərəfxanova L., Məmmədova S., Mikayılova Ü. İnklüziv təhsil. Məktəbəqədər təhsil pilləsi üçün. Bakı 2010.

4. Təhsil Haqqında Azərbaycan Respublikasının qanunu. Bakı: Qanun, 2009.

5. Təhsil Qanunvericiliyinə dair normativ Hüquqi sənədlər toplusu. I-II cild, Bakı, 2012.

6. Hüseynova N.T. İnklüziv təhsil. Dərs vəsaiti. Bakı 2014.

Azərbaycanda 11 mindən artıq uşaq var ki, onlar ümumtəhsil məktəblərində yox, xüsusi məktəblərdə, internatlarda və ya evdə təhsil alma imkanına malikdirlər. Belə uşaqların sağlamlıqları ilə bağlı problemlər təhsildə ciddi maneələrə səbəb olur. Belə uşaqlara xüsusi şərait yaradılır, onların təhsili ilə bağlı ehtiyacları təmin edilir. Bu da əlil uşaqların sağlam tipik inkişaf etmiş həmyaşıdlarından tam təcrid (seqreqativ) şəraitdə təhsil almalarına və ümumiyyətlə, inkişaf etmələrinə gətirib çıxarır. Bu isə ənənəvi defektologiya elminə əsaslanan yanaşmadır.

Qeyd etmək lazımdır ki, dünyanın bir çox ölkələrində (Böyük Britaniya, ABŞ, İsveçrə və s.) əlil uşaqlar adi uşaqlarla birlikdə ümumtəhsil məktəblərində təhsil alır və uşaq bağçalarına gedirlər. Bu, başqa bir yanaşmadır və bu cür inteqrasiyaya inklüziv təhsil deyilir.

İnklüziv təhsil xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumi təhsil müəssisələrində sağlam uşaqlarla birgə təhsil almasıdır.

İnklüziv fransızca – inclusive “özünə daxil edən”, latınca – inkludə “nəticəyə gəlmək” mənasını verir.

Ümumtəhsil sistemi bütün uşaqları əhatə etməli və bütün uşaqların bərabər imkanlara malik olmasını təmin etməli və hər birinin fərdi nailiyyətlərinə dəstək verməlidir. Təhsildə inklüziv yanaşma bu məqsədlərə xidmət edir.

“İnklüziv təhsilin inkişafı dünyanın bir çox ölkələrinin təhsil siyasətinin prioritetlərindəndir” və ümumiyyətlə, hər hansı bir ölkənin “təhsil sisteminin beynəlxalq prinsip və standartlara uyğunlaşması məqsədini daşıyır”.

“İnklüziv təhsil” anlayışı ölkəmiz üçün bir qədər yeni olduğuna baxmayaraq, artıq bilirik ki, bu təhsil, əsasən, ılil uşaqların təhsilinə aid edilir.

Bu prioritet nədən irəli gəlir və hansı dəyişiklikləri nəzərdə tutur? Mütəxəssislər qeyd edir ki, “İnklüziv təhsil bu və ya digər şəkildə təlim prosesinin fərdiləşməsinə, demokratikləşməsinə diqqəti yönəldir. Bu isə müəllimin bütün şagirdlərlə ədalətli rəftarını, hər bir şagirdə fərdi yanaşmasını zəruri edir”. Bir çox inkişaf etmiş ölkələrin təhsil sistemində belə dəyişikliklər Beynəlxalq Millətlər Təşkilatının İnsan Hüquqları haqqında Ümumi Bəyannaməsi (1948) və Uşaq Hüquqları Konvensiyası (1989) sənədlərinin dövlət tərəfindən ratifikasiya olunduğundan irəli gəlir. BMT-nin bu sənədlərinin hər hansı bir dövlət tərəfindən ratifikasiya edilməsi o deməkdir ki, hər bir dövlət həmin sənədlərdə göstərilən prinsipləri öz daxili siyasətinin tənzimləyici vasitəsi kimi tanıyır və bir çox sahələrin, o cümlədən də, təhsil sisteminin, prioritetlərini məhz həmin prinsiplər üzərində qurmağa çalışır. Yuxarıda adı çəkilmiş iki mühüm sənədin aparıcı prinsipi ondan ibarətdir ki, bütün uşaqlar bərabər təhsil alma imkanına malikdirlər və bu onların insan hüququdur. Beləliklə, hər hansı bir dövlətin təhsil siyasətinin vacib məqsədlərindən biri də sağlamlıq imkanları məhdud olan (əlil) uşaqların cəmiyyətə inteqrasiyasını stimullaşdırmaq və reallığa çevirməkdir.

“İnklüziv təhsil” modeli xüsusi qayğıya ehtiyacı olan uşaqlarin təhsili ilə yanaşı, onların həyata transformasiyasını və inkişafını nəzərdə tutur. Eyni zamanda bu model daha geniş mənada kateqoriyadan olan uşaqları əhatə edir. Yəni burada yalnız sağlamlıq imkanları məhdud olan uşaqlar deyil, həm də kimsəsiz, valideyn himayəsindən məhrum, çətin tərbiyə olunan, davranışında problemlər olan, zərərli vərdişlərə meyl edən, təhsildən kənarda qalan, huquqları pozulan, zorakılığa məruz qalan uşaqlar da aid edilir.

İnklüziv təhsil bütün şagirdlərə uşaq bağçasında, ümumtəhsil məktəbdə, texniki peşə məktəblərində, texnikom və kolleclərdə, institut və universitetlərdə tam iştirak etmək üçün imkan verir. Bütün uşaqlar inklüziv təhsildən faydalana bilər. Bu imkan verir ki, hər bir uşağın şəxsi bacarıq və keyfiyyətlərinə yüksək səviyyədə cavab vermək.

İnklüziv təhsil yanaşması ilə bağlı iki mühüm istiqaməti seçmək olar:



  • Təlim prosesinin təşkili ilə bağlı məsələlər (təlim prosesinin prinsiplərini təsvir edir və onun fərdiləşməsini və demokratikləşməsini tələb edir);

  • Əlil uşaqların cəmiyyətə inteqrasiyası ilə bağlı məsələlər (təhsilin cəmiyyətə inteqrasiya mexanizminə çevrilməsini tələb edir).

İnklüziv təhsilin tədris məqsədi və vəzifəsinə də məhz bu iki istiqamətdə yanaşmaq olar. Vəzifələr aşağıdakılar kimi qeyd olunur:

  • İnkülziv komponentli müəssisələrdə fəaliyyət göstərən müəllim kadrlarını yeni yanaşmalarla və pedaqoji texnikalarla tanış etmək və onları əlilliyi olan uşaqlarla iş zamanı uğurlu tətbiqinə zəmin yaratmaqdır;

  • Gələcək müəllimləri İnklüziv təhsil siyayəti ilə təmin edən prinsiplər və əsaslarla tanış etmək və Azərbaycanda gedən təhsil islahatlarına hazırlamaqdır.

İnklüziv təhsil anlayışı insan hüquqları prinsipinə əsaslanır. İnsan Hüquqları Konvensiyasına görə, dövlətlər elə bir təhsil sistemi qurmalıdır ki, təhsilalma hüququ hər bir uşağın hüququ olaraq qorunsun və təmin edilsin. Azərbaycan Respublikası İnsan Hüquqları Konvensiyasını 1992-ci ildə imzalayıb və respublikamızda yaşayan hər bir uşağın təhsil alma hüququnu qorumağı öz üzərinə götürmüşdür. 2001-ci ilin iyulunda cənab Heydər Əliyev tərəfindən imzalanmış Sağlamlıq imkanları məhdud şəxslərin təhsili haqqında haqqında” Azərbaycan Respublikasının qanunu qəbul edilmişdir.

Respublikamızda 2005-ci ildən inklüziv təhsil layihəsinə başlanmışdır. Nazirlər kabinetinin 3 fevral 2005-ci il 20 nömrəli qərarına əsasən Azərbaycan Respublikasının xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud olan uşaqların təhsilinin təhsili üzrə inkişaf proqramı təstiq edilmişdir. Bu proqram 2005-2009-cu illərdə Nazirlər Kabinetini tərəfindən həyata keçirilmişdir.

― UNİSEF-in dəstəyi ilə 2012-2019-cu illər üçün “İnklüziv Təhsilin İnkişafı üzrə Dövlət proqramı” hazırlanıb və Nazirlər Kabinetinə təqdim olunub.

Həmin Proqramın icrasına daha çox dəstək vermiş Heydər Əliyev Fondunun fəaliyyətini xüsusi qeyd etmək lazımdır və bu sahədə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun xoşməramlı səfiri, millət vəkili, Mehriban xanım Əliyevanın gördüyü işlər əvəzolunmazdır. Belə ki, Heydər Əliyev fondu tərəfindən sağlamlıq imkanları məhdud, kimsəsiz, valideyn himayəsindən məhrum, müəyyən mənada cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görülmüş, sağlamlıq imkanları məhdud uşaqlar üçün internat məktəbləri və xüsusi məktəblər əsaslı təmir edilmiş və ya yenidən qurulmuşdur. Bununla yanaşı həmin müəssisələr müasir tələblərə cavab verən inventar və avadanlıqla təchiz edilmişdir.

Dövlət Proqramının əsas vəzifələri bunlardır.


  • Bütün təhsil pillələri üzrə inklüziv təhsilin təşkili üçün qanunvericilikdə müvafiq dəyişiliklər edilməsi;

  • Təhsil müəssisələrinin və tədris proqramlarının sağlamlıq imkanları məhdud olan uşaqların ehtiyaclarına uyğunlaşdırılması üçün müvafiq tədbirlər görülməsi;

  • İnklüziv təhsilin təşkili ilə bağlı pedaqoji kadrların hazırlanması və təkmilləşdirilməsi;

  • Sağlamlıq imkanları məhdud şəxslər üzrə məlumat bazasının yaradılması;

  • Sağlamlıq imkanları məhdud şəxslərin təhsilə cəlb olunması və sosial inteqrasiyanın vacibliyi barədə maarifləndirmə işinin aparılması;

  • Sağlamlıq imkanları məhdud şəxslərin təhsil prosesinə uyğunlaşması və cəmiyyətə inteqrasiyası ilə bağlı müvafiq xidmətlərin yaradılması;

  • Şəhər, rayon infranstrukturunun və nəqliyyatın sağlamlıq imkanları məhdud şəxslərin maneəsiz hərəkət etməsi üçün onların ehtiyaclarına uyğunlaşdırılması.

İnklüziv təhsilin inkişafı üçün görüləcək əsas tədbirlər aşağıdakılardır:

  • Təhsil siyasəti çərçivəsində inklüziv təhsil üçünqnunverici bazanın yaradılması.

  • Xüsusi qayğıya ehtiyacı olan bütün uşaqların məktəbəqədər, əsas və texniki-peşə təhsili pillələrində inklüziv təhsilə cəlb edilməsi.

  • Müəllimlərin ilkin və iş prosesində hazırlığı üzrə fəaliyyət göstərən müəssisələr üçün inklüziv təhsil proqramının işlənib hazırlanması.

  • Beynəlxalq müəssisələrlə təcrübə mübadiləsi və əməkdaşlıq.

Dövlət tərəfindən bütün uşaqların təhsil alma hüququnun qorunması nə deməkdir? Təhsil yalnız sağlam, mövcud olan imkanlardan asanlıqla bəhrələnən və təlimdə ciddi problemlər ilə üzləşməyən uşaqlar üçün yaradılmalı deyil. Ümumtəhsil sistemi bütün uşaqları əhatə etməli və bütün uşaqların bərabər imkanlara malik olmasını təmin etməli və hər birinin fərdi nailiyyətlərinə dəstək verməlidir. Təhsilə inklüziv yanaşma bu məqsədlərə xidmət edir və sistem şəklində təmin olunan şərait və təlim vəsaitlərinin müxtəlif qabiliyyətləri olan uşaqlar üçün əlverişli olmasını nəzərdə tutur. Ümumtəhsil sistemində inklüzivlik anlayışı hansısa qrup uşaqları ümumtəhsil məktəblərinə daxil etmək yox, məhz sistemin özünün geniş spektrli qabiliyyətlərə malik olan və təlimdə xüsusi ehtiyacları olan uşaqları əhatə etmək imkanlarının yaradılmasına üstünlük vermək deməkdir. Bu da qanunvericiliyi, maliyyə təminatını, məktəblərdə xüsusi xidmətlərin və zəruri infrastrukturun olmasını, müəllimlərin müvafiq hazırlıqlarını, dərslərin hər bir uşağın fərdi ehtiyaclarına görə planlaşdırılmasını və aparılmasını, müxtəlif çeşidli təlim metodları və strategiyalarını nəzərdə tutur. Bu gün dünyanın bir çox ölkələrinin təhsil sistemlərinin inkişafı məhz inklüziv yanaşma ilə xarakterizə olunur. Son zamanlar bu yanaşmaya üstünlük verilir və ona ciddi diqqət yetirilməyə başlanılır.

İnklüziv təhsilin mahiyyəti nədən ibarətdir? Pedaqogikada inklüziv yanaşmaların tətbiqi əsas demokratik prinsip və dəyərlərə tam cavab verməklə, xüsusi qayğıya ehtiyacı olan uşaqların tipik yaşıdlarının təlim aldıqları şəraitə maksimum yaxın olan şəraitdə təhsilinə tam və fəal şəkildə cəlb olunması kimi təyin olunur. İnklüziv sinif mühitində təlim hər bir uşağın başqaları ilə birlikdə tədris prosesində iştirak etmə hüququnu nəzərdə tutur. İrqi, cinsi fərqlər, eləcə də, xüsusi fərqlər və müxtəlif qabiliyyətlər bu hüquqa təsir göstərmir. Öz qabiliyyət və ehtiyaclarından asılı olmayaraq, uşaqların hamısı sinfin tam hüquqlu üzvü sayılır. İnklüziv təhsilin bu konsepsiyası bütün uşaqlar dəyərli və cəmiyyətin fəal üzvləridir kimi demokratik ideyalardan birini əks etdirir. Belə ki, uşaqlar sağlam və xüsusi qayğıya ehtiyacı olanlara bölünmürlər, öz fərdi xüsusiyyətləri, ehtiyacları və istedadları olan ayrı-ayrı şəxsiyyətlər kimi nəzərdən keçirirlər və daim təlim prosesində dəstək alırlar.

Sağlamlıq imkanları məhdud olan uşaqlar da digər uşaqlar qədər bacarıqlı, qabiliyyətli ola bilir. Artıq bunu şahidi dəfələrlə olmuşuq. Odur ki, onları cəmiyyətdən ayırmaq olmaz. Onlar da digər yaşıdları kimi məktəbə getməli, təhsil almalı, yaşıdlarıyla bir yerdə vaxt keçirməli, müxtəlif fəal tədbirlərə, oyunlara cəlb olunmalı və cəmiyyətə qazandırılmalıdır. Əks halda, onları bir fərd kimi itirmiş oluruq. Xüsusi qayğıya ehtiyacı olan uşaqların ümumtəhsil məktəblərinə uğurlu inteqrasiyası məktəb mühitində və bütövlükdə təhsil sistemində mühüm dəyişikliklər tələb edir. Həmin dəyişikliklər məktəblərdə xüsusi şəraitin yaradılmasını, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təlim proqramları və materiallarının işlənib hazırlanmasını, təlim metodları və strategiyalarının diferensiallaşdırılmasını və hətta qiymətləndirmə prosesində müxtəlif yanaşmalardan istifadə edilməsini tələb edir.




Yüklə 173,18 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin