Müəllim və müəllim köməkçisinin vəhdəti, hər birinin vəzifələri
səhifə 23/72 tarix 10.01.2022 ölçüsü 173,18 Kb. #107981
Müəllim və müəllim köməkçisinin vəhdəti , hər birinin vəzifələri
Xüsusi qayğıya ehtiyacı olan uşaqların tipik uşaqlarla birgə təlim-tərbiyə prosesinə qoşulması üçün sinif müəllimi və müəllim köməkçisinin işinin vəhdət təşkil etməsi vacib şərtlərdəndir. Müəllim və müəllim köməkçisinin konkret vəzifələrini aşağıdakı kimi təsvir etmək olar:
Müəllim:
Xüsusi qayğıya ehtiyacı olan şagirdləri cəmiyyətdə tam hüquqlu şəxs kimi təqdim edir ;
İnklüziv təhsilə cəlb olunmuş şagirdin psixofizioloji fərdiliyini bilir;
Professional olaraq inklüziv təhsillə bağlı nəzəri və praktik biliklərə malikdir ;
Hər bir xüsusi qayğıya ehtiyacı olan şagirdin diaqnozları haqqında lazımi məlumata malik olur;
Müəllim köməkçisi ilə birlikdə dərsi planlaşdırır və onunla birlikdə işləyir ;
İnklüziv təhsilə qoşulan xüsusi qayğıya ehtiyacı olan şagirdlərin Fərdi Tədris Planının hazırlanmasında əsas məsuliyyət daşıyır;
Fərdi Tədris Planında nəzərdə tutulmuş uyğun akkomodasiya və modifikasiyaları həyata keçirir;
Diferensial təlimi təmin edir ;
Şagird şəxsiyyətini inkişaf etdirən strategiyalardan istifadə edir;
Digər fənlərlə (xüsusi qayğıya ehtiyacı olan şagirdlərin daha çox maraq göstərdiyi fənlərlə) əlaqə yaradır;
Müəssisədə təhsil alan hər bir şagirdin uğurları ilə bağlı müşahidələr aparır;
Xüsusi qayğıya ehtiyacı olan şagirdlərin formal və qeyri-formal qiymətlən-dirilməsini təmin edir ;
Valideynlərlə effektiv iş birliyi yaradır və onları məlumatlandırır;
Hər rübün (yarım il) sonunda məktəb rəhbərliyi qarşısında hesabatla çıxış edir;
Müəssisə daxilində peşəkar inkişaf yönümlü treninqlər və mini seminarlarda iştirak edir;
Etik davranış normalarına riayət edir ;
İnklüziv təhsilə cəlb olunan şagird haqqında bütün məlumatların məxfiliyini qoruyur.
Dostları ilə paylaş: