Professional olaraq inklüziv təhsillə bağlı nəzəri və praktik biliklərə malikdir.
Hər bir xüsusi qayğıya ehtiyacı olan şagirdin diaqnozları haqqında lazımi məlumatlara malikdir;
Dərs prosesini sinif müəllimi ilə birlikdə planlaşdırır;
İnklüziv təhsilə qoşulan hər bir xüsusi qayğıya ehtiyacı olan şagirdlərin Fərdi Tədris Planını hazırlamaqda müəllimə kömək edir.
Fərdi Tədris Planında nəzərdə tutulmuş uyğun akkomodasiyaların təmin olunmasına yardım edir;
Hər bir xüsusi qayğıya ehtiyacı olan şagirdin təhsil məqsədlərini müəyyən etmək və qarşıya qoyulan təhsil məqsədlərini yerinə yetirilməsinə kömək edir;
Hər bir xüsusi qayğıya ehtiyacı olan şagirdin öyrənmə ehtiyaclarının müəyyən edilməsində müəllimə kömək edir və müxtəlif akkomodasiyalar və modifikasiyaları həyata keçirilir;
Xüsusi qayğıya ehtiyacı olan şagirdin fərdi və qrup fəaliyyətlərinə cəlb olunmasına kömək edir;
Müəllim ilə birlikdə xüsusi qayğıya ehtiyacı olan şagirdin formal və qeyri-formal qiymətləndirilməsini keçirir;
Müəssisədə təhsil alan hər bir şagirdin uğurları ilə bağlı həftəlik müşahidələr aparır və portfolioların hazırlanmasında yardımçı olur;
Müəssisə daxilində peşəkar inkişaf yönümlü treninqlər və mini semi-narlarda iştirak edir;
Məktəb psoxoloqu və sinif müəllimi ilə bərabər şagirdlərin bilik sə-viyyəsini təhlil edir;
Hər bir xüsusi qayğıya ehtiyacı olan şagird haqqında aylıq inkişaf hesabatlarını hazırladıqdan sonra onu valideynlərlə müzakirə edir;
Aylıq inkişaf hesabatlarını müəssisə üzrə koordinatora və ya məktəb rəhbərliyinə təhvil verir;
İnklüziv təhsilə cəlb olunmuş şagirdlərin valideynləri ilə təmasda olur və daim onları məlumatlandırır;
Etik davranış normalarına riayət edir;
İnklüziv təhsilə cəlb olunan şagird haqqında bütün məlumatların məxfiliyin qoruyur.