İnklüziv təhsildə müəllim pedaqoji prosesi elə təşkil etməlidir ki, uşaqlar özlərinin qüsurluluğunu hiss etməsinlər, onlarda aqressivlik, küskünlük, təcrido-lunma, ünsiyyətdənqaçma halları yaranmasın. Müəllim belə uşaqların ailələri ilə qarşılıqlı əlaqə qurmalı, valideynləri övladlarının təliominə həvəsləndirməli, emo-sional-mənəvi dəstək olmalı, informasiya mübadiləsi yaratmalıdırlar. Təlimdə uşağın uyğun proqram materialını mənimsəmə səviyyəsi, davranışında müşahidə olunan irəliləyişləri, uşağın ünsiyyət vərdişlərinin inkişafı valideyndən çox müəllimin diqqətində olur.