Ixtisas: Məktəbəqədər təhsil və təlim Kur: III fənn: İnklüziv təhsil və təlim



Yüklə 173,18 Kb.
səhifə54/72
tarix10.01.2022
ölçüsü173,18 Kb.
#107981
1   ...   50   51   52   53   54   55   56   57   ...   72

Müasir dövrdə dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlərini düşündürən mühüm problemlər-dən biri sağlamlıq imkanları məhdud olan şəxslərin sosial tələblərinin həllidir. Burada xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün əlverişli təhsil şəraitinin yaradılması, onların inklüziv təhsilə cəlbi müstəqillik dövrü təhsil sistemi üçün proritet istiqamətləndirir.

Xüsusi təhsilin məqsədi sağlamlıq imkanları məhdud şəxslərə zəruri bilik, bacarıq və vərdişlər aşılamaqla onların cəmiyyətə uyğunlaşmasını təmin etməkdir.


İnklüziv təhsilin vacib komponentləri aşağıdakılardır.

  • İnklüziv təhsilə əməkdaşlıq;

  • Qiymətləndirmə;

  • Fərdi tədris proqramı;

  • İnklüziv təhsildə reabitasiya xidmətinin təşkili;

  • İnklüziv təhsildə pedaqoq və psixoloqların rolu;

  • İnklüziv təhsildə digər xidmətlərin təşkili;

  • İnklüziv təhsildə valideynlərlə işin təşkili;

  • Peşə təhsili.

Dünya təcrübəsinə istinad olunaraq xüsusi qayğıya ehtiyacı olan uşaqların gələcək həyatında sosial - problemlərin həllində mühüm əhəmiyyət kəsb edən peşə təhsilinin aşağıdakı kimi reallaşmasını vacib sayılır:

İnklüzivlik sağlamlıq imkanlarından, bacarıqlarından, ailə vəziyyətindən, irqindən, dinindən, dərisinin rəngindən asılı olmayaraq bütün uşaqların təhsil prosesində və bərabərhüquqlu iştirakıdır. İnklüziv təhsil dedikdə xüsusi qayğıya ehtiyacı olan uşaqların öz həmyaşıdları ilə birlikdə kütləvi təhsil müəssisələrində təhsilinin təşkili nəzərdə tutlur. Təhsilin belə bir formada təşkili xüsusi qayğıya ehtiyacı olan uşaqların cəmiyyətdən və yaşıdlarından təcrid olunmaqdan xilas edir, onlarda özünə inam yaradır, sağlam uşaqlarda isə onlara qarşı tolerantlıq, mərhəmət, qayğı hislərinin formalaşmasına səbəb olur.

Yüklə 173,18 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin