Ixtisas: Məktəbəqədər təhsil və təlim Kur: III fənn: İnklüziv təhsil və təlim



Yüklə 173,18 Kb.
səhifə65/72
tarix10.01.2022
ölçüsü173,18 Kb.
#107981
1   ...   61   62   63   64   65   66   67   68   ...   72

Xəstə uşağın dünyaya gəlməsinə ailələr üç cür reaksiya verə bilərlər: mövcud problemi kifayət qədər dərk etməyən valideynlərin passiv reaksiyası, hiperaktiv reaksiya - valideynlər israrla həmin uşağı müalicə etməsi, müxtəlif istiqamətli klinikalara, həkimlərə müraciət etməsi ilə müşayiət olunur, orta-rasional mövqedə duran valideynlər pedaqoqların, həkimlərin, psixoloqların bütün məsləhətlərini dinləyir və əməl edirlər. Ən doğru olan da məhz üçüncü mövqedə duran valideynlərin reaksiyasıdır.

Sağlam uşağa qulluq edən valideyn onun inkişafına sevinir, yeriməsini, danışmasını xüsusi təntənə ilə qeyd edir. Lakin xüsusi qayğıya ehtiyacı olan uşaq böyüdükcə valideyninə eyni sevinci yaşada bilmir, onların qayğısı azalmaqdan artır. Bu da valideynlərin diqqətinin məhz həmin uşağa yönəldilməsini tələb edir. ailədə yaşayan digər sağlam uşaqlar isə diqqət azlığından əzab çəkir, psixoloji gərgin hallar yaşayır, hətta onların təhsilində keyfiyyət göstəriciləri aşağı düşür. Lakin valideynlər bunu hiss edə bilmir. Çünki onların daha böyük qayğısı var - xəstə övladları dünyaya gəlmişdir. Belə hallar ailələrdə baş verən narazılığa və məqamlarla boşanmalara belə səbəb olur.


Yüklə 173,18 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin