Ixtisas: Məktəbəqədər təhsil və təlim Kur: III fənn: İnklüziv təhsil və təlim


MÖVZU 4: İnklüziv təhsildə aparılantəlim-tərbiyə işinin texnologiyası



Yüklə 173,18 Kb.
səhifə9/72
tarix10.01.2022
ölçüsü173,18 Kb.
#107981
1   ...   5   6   7   8   9   10   11   12   ...   72
MÖVZU 4: İnklüziv təhsildə aparılantəlim-tərbiyə işinin texnologiyası

PLAN:

  1. İnklüziv təhsilə elmi -metoloji dəstək. anlayışı. İnklüziv təhsilin mahiyyəti.

  2. Sağlamlıq imkanları məhdud olan uşaqların təhsil texnologiyası.

  3. İnklüziv təhsilin sosial mədəni əsasları.

  4. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla effektiv ünsiyyət mədəniyyətinin formalaşdırılması.

  5. Diferensiallaşdırılmış təlim inklüziyanın ən aktual məsələlərindən biridir.

Ədəbiyyat:

1. Dostuzadə D.Ə. Sağlamlıq imkanları məhdud uşaqlarla işə dair. İbtidai məktəb və məktəbəqədər tərbiyə jurnalı, № 2, 2004.

2. Əliyev R. Psixologiya. Bakı 2003.

3. Əlizadə H., Mahmudova R. Sosial pedaqogika. Dərslik. Bakı, 2013.

4. Hüseynov Q., Şərəfxanova L., Məmmədova S., Mikayılova Ü. İnklüziv təhsil. (peşəkarlar üçün metodik vəsait) İbtidai təhsil piləsi üçün. Bakı, 2010.

5. İsmayılova L. və başqaları. Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsili. Bakı, Kurrikulm., Azərbaycan, (iyul-sentyabr), 2009, № 3.

6. Korreksion pedaqogikanın müasir problemləri. Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu. Bakı, 2012.

2007-2008-ci illərdə UNİSEF və Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi (MTTYM) tərəfindən keçirilmiş tədqiqatın nəticəsində məlum olmuşdu ki, ölkəmizdə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilalma tələbatını ödəmək üçün dövlət tərəfindən bir neçə təhsil növü təyin edilmişdir. Buna əsaslanaraq XQEOU üçün respublikamıəzda 4 əsas təhsil növü həyata keçirilir:



  • evdə təhsil;

  • yardımçı məktəblər və uşaq bağçaları;

  • inteqrativ (yardımçı siniflər);

  • yeni növ təhsil – inklüziv siniflər və qruplar.

Respublikamızda "inklüziv təhsil layihəsi"nin icrasına 2005-ci ildən start verilmişdir. Nazirlər kabinetinin 3 fevral, 2005-ci il, 20 № li qərarına əsasən "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud olan) uşaqların təhsili"nin təhsili üzrə inkişaf proqramı təsdiq edilmişdir. Hal-hazırda Azərbaycanda 60 minə yaxın sağlamlıq imkanları məhdud olan uşaq var. Onlardan 1105-i xüsusi məktəblərdə, 2664-ü xüsusi internat məktəblərində, 7750-si evdə, 268-i isə inklüziv təhsil alır. 2008-ci tədris ilində 48,5% xüsusi qayğıya ehtiyacı olan uşaqlar evdə təhsildə; 3,5% yardımçı məktəblərdə; 7,7% xüsusi tipli internat məktəblərdə; 24,1% ümumtəhsil məktəblərinin yardımçı siniflərində və 15,8% ümumtəhsil məktəblərində pilot inklüziv siniflərində təhsil alırdılar. Evdə təhsil iki qrup mütəxəssislər tərfindən həyata keçirilir. I qrup: xüsusi ev təhsilini məktəblər təşkil edir və həmin məktəblər yalnız evlərdə təhsil xidmətləri göstərir və daha çox şəhərlərdə fəaliyyət göstərirlər. Təhsil Nazirliyinin verdiyi məlumata (2004) görə, ölkədə iki bu cür məktəb var, onlardan biri Bakıda, digəri isə Gəncədə yerləşir. II qrup mütəxəssisləri isə adi ümumtəhsil məktəblərinin müəllimləri təşkil edir və evdə təhsil kimi əlavə xidmət göstərməklə məşğul olur. Bu qrup mütəxəssislər daha çox rayon və kəndlərdə fəaliyyət göstərirlər. Bu növ təhsil xidməti rayon təhsil şöbələrinin xəbəri olduqda və məktəb direktorlarının göndərişi əsasında göstərilir. 2004-cü il üçün Təhsil Nazirliyinin statistikasına görə, xüsusi qayğıya ehtiyacı olan təxminən 8000 uşaq evdə təhsil alır.

Xüsusi (yardımçı) məktəblər Sovet təhsil sistemindən miras qalmışdır. Buna baxmayaraq, xüsusi təhsil yeni qanun və tədqiqatların nəticələrinə əsasən, qismən dəyişmişdir; hazırda həmin məktəblər əlilliyi olan uşaqlara əsas bilik və bacarıqların öyrədilməsisahəsində müəyyən rol oynayır. Bakının xüsusi məktəblərinin müəllimləri ilə keçirilərn müzakirələr göstərir ki, həmin müəllimlər xüsusi qayğıya ehtiyacı olan uşaqların tələbatını ödəmək iqtidarındadırlar. Lakin xüsusi (yardımçı) məktəblərin bir çox çətinlikləri vardır. Məsələn, ağır formal əlil uşaqların qəbulu üçün bu müəssisələrdə şəraitin olmaması onları qəbul etməyə imkan vermir və s. Xüsusi və internat məktəblərdə aparılan müşahidələr göstərir ki, həmin məktəblər xüsusi təhsil tələbatı olan uşaqların ehtiyaclarını ödəmək üçün lazımi imkanlara malik deyildirlər. Müşahidələr əsasında xüsusi və internat məktəblərində işləyən müəllimlərin şəxsiyyətyönümlü metodologiya əsasında işlədiklərini müəyyən etmək mümkün olmadı. İnteqrativ təhsil anlayışı, əlil uşaqların ümumtəhsil məktəblərə daxil olmaqlarının icazə verilməsini, lakin özlərinin tipik həmyaşıdları ilə eyni sinifdə dərs keçməmələrini nəzərdə tutur. Bu növ təhsil zamanı xüsusi qayğıya ehtiyacı olan uşaqlar ayrı sinif otaqları və müəllimlər ilə təmin olunurlar. Hər hansı bir növ əlilliyi olan uşaqlar ümumi məktəb kurikulumu əsasında təhsil alırlar. Lakin onların xüsusi təlim ehtiyaclarını ödəmək üçün onlar digər uşaqlardan təcrid olunmuş şəkildə bilik, bacarıq və vərdişlər əldə edirlər. Rəsmi qaydada inteqrativ dərslər, əsasən şəhərlərdə və yalnız bir neçə məktəbdə keçirilir (məsələn, eşitmə məhdudiyyəti olan uşaqları qəbul edən məktəb, görmə məhdudiyyəti olan uşaqları qəbul edən məktəblər Bakı şəhərində yerləşir).

Bir çox rayon və kənd məktəblərinin ümumtəhsil məktəblərində əlil uşaqlar təhsil alırlar, lakin həmin məktəblər xüsusi qayğıya ehtiyacı olan uşaqlara təhsil vermək iqtidarında deyillər. Bəzi hallarda məhdudiyyətləri olan uşaqlar dərslərə müntəzəm qaydada getmir, lakin orta məktəbin bitirilməsi haqqında şəhadətnamə alırlar. Əlil uşaqların inklüziv təhsilə cəlb olunması üçün valideynlər arasında maarifləndirmə işi aparmaq lazımdır. Çünki valideynlərin bəzisi öz əlil uşaqlarını təhsilə cəlb etmirlər. Lakin sağlamlıq imkanları məhdud olan uşaqların inklüziv təhsilə cəlb olunmasının bir sıra üstünlükləri vardır. İnklüziv təhsil istər sağlam, istərsədə əlillərin bərabər təhsil alma hüquqlarını təmin edir və bu, cəmiyyətəd sosial bərabərliyin qorunmasına, əlil uşaqların təhsil və başqa xüsusi ehtiyaclarının ödənilməsinə şərait yaratmış olur. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar kollektivə uyğunlaşır, cəmiyyərtə inteqrasiya edir. Onlarda özünə inam hissi formalaşır. Onlar cəmiyyətin digər üzvləri kimi bərabərhüquqlu şəxsiyyət kimi fomalaqşır. Gələcəkdə onların məşğulluq kimi problemi də aradan qaldırılmış olur.

Təhsil Nazirliyinin verdiyi məlumata görə inklüziv təhsilin inkişafına dair Dövlət Proqramı başlandıqdan (2005 il) sonra 182 xüsusi qayğıya ehtiyacı olan uşaq inklüziv təhsil proqramlarına (78 xüsusi qayğıya ehtiyacı olan uşaqlar məktəbəqədər təhsil müəssisələrinə, 104 nəfər isə ibtidai məktəblərə) cəlb edilmişdir.

Xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinə dair müxtəlif pedaqoji pradiqmalar var.

Təcrid olunmuş təhslin pradiqmasını aşağıdakı kimi təsvir etmək olar:



Şagird →bacarıqlar →adi sinif

Bu pradiqmaya görə xüsusi qayğıya ehtiyacı olan uşaqlar əsas davranış bacarıqlarına yiyələnməli (sinifdə sakit olmaq, heç kimə mane omamaq, tualetdən müstəqil istifadə etmək və s.) və elə vərdişləri nümayiş etdirilməlidir ki, onların tipik uşaqlarla təhsil almalarına icazə verilsin.

İnklüziv təhsil aşağıda göstərilən fərqli bir pradiqmaya əsaslanır:

Şagird →adi sinif→bacarıqlar (dəstək olmaq şərti ilə).

Bu pradiqma Vıqotskinin nəzəriyyəsinə əsaslanır. Vıqotskiyə görə hər bir uşaq kollektivin bir hissəsi olmaq istəyir, digər həmyaşıdları ilə ünsiyyət qurmaq istəyir, didərləri kimi olmaq istəyir və bu istək ona motivasiya verir ki, o da onlar kimi öyrənsin.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla effektiv ünsiyyət mədəniyyətinin formalaşdırılması üçün tərbiyəçi müəllim aşağıdakı problem xarakterli məsələləri həll etməyə çalışmalıdır:


  • onun şəxsi fikir və tövsiyələrinin dərk edilməsi üçün uşaqlara geniş imkanlar yaratmalıdır;

  • tədris-təlim prosesində məlumatların tam və aydın tərzdə qavranılması üçün uşaqlarda bacarıqlar inkişaf etdirilməlidir;

  • uşağın böyüklərin nitqini tam başa düşülməsi təmin olunmalıdır.;

  • verbal və qeyri-verbal nitq arasındakı uyğunluq gözlənilməli və inkişaf etdirilməlidir.

Uşaqların davranışını idarə etmək tərbiyəçi müəllim üçün vacib məsələdir. Uşağın davranışına təsir edəcək üsullardan biri də modelləşdirmədir. Modelləşdir-mə prosesi uşağa gördüklərini öyrətməkdir. Odur ki, tərbiyəçi modelləşdirmə üsulundan səmərəli istifadə etməlidir. Modellər xüsusilə faydalıdır, çünki modeli müşahidə edərkən davranışı təkrarlamağı öyrənən uşaq bu prosesdən vərdişlər haqqında çox informasiya qazanır.

Yaşından, cinsindən və coğrafi məkanından asılı olmayaraq əlilliyi olan bütün insanların problemləri ümumi xarakter daşıyır. İnklüziya təkcə xüsusi qayğıya ehtiyacı olan uşaqların deyil, həmçinin yoxsul, öz ana dillərində təhsil almayan, fərqli mədəniyyət mühitindən gəlmiş uşaqların da qabiliyyətlərinin təhsil proqramları vasitəsilə açılmasını nəzərdə tutur. İnklüziv təhsilin təməl prinsipləri də bunu nəzərdə tutur:

1. İnsanın dəyərliliyi onun qabiliyyətləri və nailiyyətlərindən asılı deyildir.

2. Hər bir insanın ünsüyyət və dinlənilmək hüququ bardır.

3. Bütün insanların bir-birlərinə ehtiyacı vardır.

4. Bütün insanların yaşıdlarının dəstəyinə və dostluğuna ehtiyacı vardır.

İnklüziv təhsilin 4 əsas xüsusiyyətini fərqləndirmək olar:

1. Əqli və fiziki imkanları əhatə edən müxtəlif tələblərin təmin edilməsi və müxtəlifliklərin hesaba alınma imkanlarının optimal üsullarının axtarışı;

2. Şagirdin yaradıcı potensialının və məsələləri həll etmə bacarığının müxtəlif yollarla stimullaşdırılması;

3. Uşaqların məktəbə getmək, öz fikrini ifadə etmək, kefiyyətli tədris prosesində iştirak edərək şəxsi, sosial və etnik xüsusiyyətlərindən asılı olmayaraq, müəyyən nəticələr əldə etmək hüquqlarının təmin edilməsi;

4. Sosial uzaqlaşdırmaya məruz qala bilən, həmçinin davamiyyəti pis olan şagirdlərə mənəvi dəstəyin göstərilməsi.

Diferensial təlim əhəmiyyətli hesab olunan, məznunu müxtəlif öyrənmə və düşüncə tərzinə malik olan şagirdlərə öyrətmək və mənimsəməni təmin etmək üçün tətbiq olunan təlim üsullarıdır. Diferensial təlim anlayışı Amerika Birləşmiş Ştatlarının təhsil sistemində və təhsillə bağlı qanun vericiliyində əksini tapmış bir anlayışdır. 1975-ci ildən etbarən ABŞ təhsil qanunları bütün məktəbləri uşaqların fiziki, əqli, irqi, dini, və s. fərqliliklərinə baxmayaraq fəal halda ümumtəhsil kurikulumu ilə əhatə olunmasını tələb etmişdir. 1990-cı və 1997-ci illərdə isə həmin qanunları daha da möhkəmləndirmək və icra olunması üçün Əlilliyi olan Fərdlərin Təhsili adlı qanun qəbul edilmişdir və bu qanun məhz fiziki və əqli əlilliyi olan uşaqların ümumtəhsil kurikulumu ilə əhatə olunması üçün səmərəli şəraitin yaradılmasını tələb etmişdir. Bu Qanunlar xüsusi təhsil ehtiyacları olan uşaqların ümumtəhsil kurikulumu ilə əhatə olunmasını və onu mənimsəməsi üçün səmərəli şəraitin yaradılmasını tələb edərək bütün uşaqların eyni bilik və bacarıqlara yiyələnməsini və keyfiyyətli təhsil imkanlarından bəhrələnməsini vurğulayıb. Ümumtəhsil kurikulum ilə əhatə olunma nə deməkdir? “Ümumtəhsil kurikulum”un nə olduğunu başa düşmək üçün onu 3 mühüm komponentə bölmək məqsədəuyğundur:

Birinci komponent məzmundur. Yəni ümumtəhsil məktəblərində keçirilən bütün fənlər mövzular üzrə bilik və bacarıqların əldə olunması və onların tətbiq edilməsinə yönəlməlidir.

İkinci komponent təlim üçün yaradılan şəraitdir. Buraya daxildir: müəllimlər tərəfindən tətbiq olunan təlim üsulları, istifadə olunan təlim vəsaitləri, o cümlədən kitablar, dərsliklər, tapşırıqlar, çalışmalar, əyani vəsaitlər və nəhayət tətbiq olunan qiymətləndirmə və monitorinq üsulları.

Üçüncü komponent isə şagirdlərin sosial inkişafı və şəxsiyyət kimi formalaşmasını əhatə edir. Bu məktəblərdə şagirdlərin ünsiyyət qurma bacarıqlarının formalaşmasını, birlikdə iş görmə və öyrənmə vərdişlərinin inkişafını, bir-birinə və müəllimlərinə hörmətlə yanaşmasını, sinifdə fəal iştirak etməsini və məsuliyyət hissinin formalaşmasını əhatə edir.

Sadalanan 3 komponent ümumtəhsil kurikulumun nə olduğunu göstərir. Deməli, yuxarida qeyd etdiyimiz qanunlar xüsusi təhsil ehtiyacları olan şagirdlərin digər şagirdlərlə yanaşı bu 3 komponent ilə əhatə olunmasını və maksimum dərəcədə bəhrələnməsini tələb edir. Bu tələbi yerinə yetirmək üçün müəllimlər və təhsil üzrə digər mütəxəssislər diferensial təlim starategiyaları işləyib hazırlayırlar. Qeyd etmək lazımdır ki, diferensial təlim strtategiyaları nəinki xüsusi təhsil ehtiyacları olan şagirdlər ilə iş zamanı, hətta tipik şagirdlərin nailiyyətlərinin yüksəldilməsi üçün müasir dövrün ən proqressiv və səmərəli təlim yanaşmalarından hesab olunur. Diferensial təlim əhəmiyyətli hesab olunan, məzmunu müxtəlif öyrənmə və düşüncə tərzinə malik olan şagirdlərə öyrətmək və mənimsəməni təmin etmək üçün tətbiq olunan təlim üsüllarıdır. Diferensial təlimi proses kimi başa düşmək lazımdır. Yəni müəllimlər şagirdlər üçün maksimum səmərəli şərait yaratmaq istədikdə daima bu təlimin diferensiallaşması məqsədi üzərində işləməlidir. Təlimin diferensiallaşması prosesini başlamazdan əvvəl təlim prosesinin özünün nədən ibarət olmasına nəzər salmaq məqsədəuyğundur. Təlim prosesi 4 əsas bir-biri ilə sıx əlaqədə olan aspektlərdən ibarətdir:



  1. Fənnlərin məzmunu və gözlənilən nəticələr (standartlar)

  2. Şagirdlərin ilkin bilik və bacarıqları, inkişaf və hazırlıq səviyyəsi və xüsusi ehtiyacları.

  3. Təlim üsulları, dərsliklər, tapşırıqlar, əlavə materiallar, əyani vəsaitlər və öyrənməni möhkəmləndirmək üçün ev tapşırıqları və çalışmalar.

  4. Tətbiq olunan qiymətləndirmənin üsulları və növləri.

Sosial tərbiyə metodikası, ilk növbədə, differensial yanaşmaya əsaslanır. Qrupla işin təşkili onun ana xəttini təşkil edir. Differensial yanaşma ilə fərdi yanaşmanı bilavasitə əlaqələndirmək lazımdır. Hər bir şagird formalaşan şəxsiyyətdir. Fərqli qabiliyyət və maraqlara, eləcə də öyrənmə xüsusiyyətlərinə malik şagirdlərə eyni anlayış və bacarıqları necə öyrədirsiniz? Ən əsası isə real sinif otağında, dərs üçün ayrılmış məhdud vaxt çərçivəsində bunun öhdəsindən necə gəlmək olar? Diferensial təlim bu sualların hərtərəfli araşdırılmış cavablarından biridir.

- Diferensiasiya bütün şagirdlərin ehtiyaclarını qarşılamaq üçün – şagirdlərin nə öyrəndiyinə (məzmun), informasiyanı necə mənimsədiklərinə (informasiyanın emalı), bilik və bacarıqlarını necə nümayiş etdirmələrinə (nəticə) və tədrisin harda və kiminlə baş tutmasına (təlim mühiti) dəyişiklik etməklə hazırlanmış öyrətmə metodudur.

- “Diferensiasiya təlim reseptlərindən ibarət toplu deyil. Əslində bu, şagirdlərin sinifdə lazımi təlim təcrübəsi qazanması üçün “öyrətmə və öyrənmə haqqında düşünmək tərzidir”.

Bunu nəzərdə tutaraq, fərqli qabiliyyətlərə malik şagirdlərin ehtiyaclarını ödəmək üçün istifadə edə biləcəyiniz xüsusi texnikalar aşağıdakılardır:




Yüklə 173,18 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin