İXTİsas: Məktəbəqədər təlim və tərbiyə kurs: I fəNN: Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası MÜƏLLİM: İbrahim Murad Oğlu Rüstəmov dosent


Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikasının



Yüklə 89,5 Kb.
səhifə2/35
tarix10.01.2022
ölçüsü89,5 Kb.
#106429
1   2   3   4   5   6   7   8   9   ...   35
Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikasının

başqa elmlərlə əlaqəsi

Bağça uşaqlarında sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası ilk növbədə məktəbəqədər pedaqogika ilə, uşaqların tərbiyəsinin elmi əsasları ilə əlaqədardır. Bu fənn məktəbəqədər pedaqogikasının və didaktikasının işləyib hazırladığı, böyüməkdə olan nəslin təlim və əqli tərbiyə vəzifələrinə istinad edir. Buraya təlimin prinsipləri və şəraiti, təlim yolları, məzmunu, vasitələri, təşkili metodları, formaları və s. daxildir.

Uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması probleminin tədqiqi və praktik fəaliyyət üçün metodik məsləhətlərin hazırlanması pedaqogika nəzəriyyəsini zənginləşdirir və onu faktik material ilə təmin edir.

Uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası digər xüsusi metodikalarla: nitqin inkişafı metodikası ilə, fiziki tərbiyənin nəzəriyyəsi metodikası və s. ilə əlaqədardır.

Uşaqlarda sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası ilk növbədə bu fənnin nəzəri əsasları ilə əlaqədardır.

Çünki riyaziyyatın ibtidai kursunun nəzəri əsasları:

Bağçada və ibtidai siniflərdə uşaqlara verilən biliklərin həcmi və məzmunu;

Varislik prinsipinə və uşaqların yaş xüsusiyyətlərinə müvafiq olan təlim metodları və vasitələrini müəyyən etməyə imkan verir.

Bağça uşaqlarında sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası ibtidai siniflərdə riyaziyyat təlimi metodikası ilə əlaqədardır və onlar arasında varisliyin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Həqiqətən, bağça uşaqlarında riyazi təsəvvürlərin lazımi səviyyədə formalaşdırılmaması ibtidai siniflərdə şagirdlərin riyazi materialı çətin mənimsəmələrinə səbəb olur.

Bağçada riyaziyyat elementlərinin təlimi prossesində uşaqların yaş xüsusiyyətləri və idrak fəaliyyəti inkişafının qanunauyğunluqları nəzərə alınmalıdır. Deməli, sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası psixologiya elmi ilə əlaqədardır.

Bağçada təlimin səmərəli qurulması və onun effektliyinin artırılması uşaqların anatomik-fizioloji xüsusiyyətlərinin elmi əsaslar üzərində nəzərə alınması xüsusi əhəmiyyət kəsb edir. Deməli, sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası insanın anatomiyası və fiziologiyası elmi ilə bağlıdır.

Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası nisbətən cavan elmi-pedaqoji fənn olmasına baxmayaraq, xalqımızın əsrlərdən bəri riyaziyyatın ibtidai təlim sahəsində əldə etdiyi nailiyyətlərdən istifadə edir.

Beləliklə, sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası fənninin bağlı olduğu müxtəlif elmlər onun nəzəri bazasını təşkil edir və burada riyaziyyat aparıcı rol oynayır.


Yüklə 89,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin