İXTİsas: Məktəbəqədər təlim və tərbiyə kurs: I fəNN: Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası MÜƏLLİM: İbrahim Murad Oğlu Rüstəmov dosent


Mövzu 7. Məktəbəqədər müəssisələrin müxtəlif yaş qruparında sadə riyazi təsəvvürlərin formalaşdırılması məşğələlərində tətbiq ounan metodlar



Yüklə 89,5 Kb.
səhifə13/35
tarix10.01.2022
ölçüsü89,5 Kb.
#106429
1   ...   9   10   11   12   13   14   15   16   ...   35
Mövzu 7. Məktəbəqədər müəssisələrin müxtəlif yaş qruparında sadə riyazi təsəvvürlərin formalaşdırılması məşğələlərində tətbiq ounan metodlar

Uşaqların yaş və bilik səviyyələrindən asılı olaraq, bağçada riyaziyyat təliminin müxtəlif metodları və priyomları tətbiq olunur.

Belə ki, ikinci kiçik yaş qrupunda təlim əyani-hərəki xarakter daşıyım. Uşaq yeni biliyi bilavasitə görmə, hissetmə, müəllimin hərəkətlərini müşahidə etmə və onun göstərişi ilə, didaktik materialla işləmək prosesində mənimsəyir. Bu qrupda məşğələ əsasən oyun elementləri ilə, gözlənilməz momentlərlə işləmək prosesində mənimsənir. Bu da uşaqları maraqlandırır, fəallaşdırılır və hadisəni diqqətlə izləməyə sövq edir. Bu və ya digər riyazi xassəni və ya əlaməti aşkar etmək üçün çox vaxt oxşar və ya fərqli xassələri (əlamətləri) olan əşyaların müqayisəsindən başlamaq olar. Qavrayışın dəqiq olması üçün nümayiş etdirilən əşyalarda uşağı maraqlandıran əlamətlər əl ilə bir neçə dəfə aydın göstərilməlidir.

Uşaqları öyrətmək lazımdır ki, müşahidə etdikləri əşyanın gözə tez çarpan əlamətlərini (oxşar və fərqli olanları) göstərsinlər. Burada əşyaların üst-üstə qoymaq, tutuşdurmaq və ya sadəcə olaraq ayrı-ayrı əlamətlərinə görə müqayisə aparmaq priyomundan istifadə etmək daha məqsədəuyğundur. Pedaqogika elmində bu cür yanaşma oxşar və fərqli anlayışların birgə formalaşdırılması metodu adlanır. Əlbəttə, bu yaş qrupunda bilavasitə əyaniliyin tətbiqilə həmin metodun elementlərindən istifadə etmək olar.

Təlim prosesində uşaqların didaktik materialla işinə daha çox yer verilir. Bunu “didaktik materialla iş” priyomu adlandırmaq olar.

Bütün uşaqların fəallığını təmin etmək məqsədilə, müəllim hər bir yeni üsulun nümunəsini qabaqcadan özü göstərir. Mümkün səhvlərin olmaması üçün işin bütün priyomlarını xırda hissələrinə qədər ardıcıl surətdə izah edir. Buna pedaqogika elmində “müəllimin şərhi metodu” deyilir. Müəllimin şərhi olduqca sadə, aydın və uşaqların başa düşəcəkləri şəkildə olmalıdır. Bir qədər çətin olan momentləri 2-3 dəfə nümayiş etmək lazımdır. Nümayiş müəllimin izahı ilə paralel getməlidir. Şagirdlərin hərəkətində, nitqində baş verən səhvləri vaxtında düzəltmək və onları törədən səbəbləri aşkar etmək lazımdır. Hərəkətlə bağlı səhvləri əvvəlcə təkrar hərəkətlə düzəltmək və onları törədən səbəbləri aşkar etmək lazımdır. Uşaqlar lazımi hərəkət vərdişi qazandıqdan sonra baş verən səhvləri düzəltdirmək üçün müəllim sözlə göstəriş verir. Bu yaş qrupları emosional qavranılan materialı tez mənimsəyirlər. Odur ki, məşğələlərdə oyun priyomu və didaktik oyunlar geniş tətbiq olunur. Elə etmək lazımdır ki, oyunada bütün uşaqlar iştirak etsinlər. Çox vaxt keçirilən oyunlar fəal hərəkətlə (yeriş, qaçış) bağlı olur. Lakin müəllim çalışmalıdır ki, oyun məşğələnin əsas didaktik məqsədinə - riyazi cəhətinə xidmət etsin.

Hər bir yeni riyazi anlayış, xassə, münasibət əyanilik mərhələsindən sonra müəllimin düzgün tələffüzü ilə, sözlə ifadə edilərək möhkəmləndirilir. Çox vaxt bunu uşaqlar birlikdə (xorla) təkrar edirlər. Uşaqlar mürəkkəb cümlələri (riyazi əlaqə və münasibətləri göstərən cümlələr) tələffüz etməkdə çətinlik çəkirlər. Bu çətinliyi aradan qaldırmaq üçün “və” bağlayıcısı ilə bağlı olan mürəkkəb cümləni əvvəlcə iki hissəyə ayırmaq və uşaqlarda onların ayrılıqda tələffüzünü tələb etmək lazımdır. Bundan sonra həmin cümlələri birləşmiş halda soruşmaq lazımdır. Məsələn, “Neçə qırmızı dairəcik var?”, “Neçə ağ dairəcik var?”. Uşaq bu iki cümləni birləşdirir: “Neçə qırmızı və ağ dairəcik var?”.

Ümumiyyətlə, uşaqlar sual-cavab priyomu ilə bu və ya digər münasibətə yaxınlaşır və onu dərk edirlər.

Orta yaş qrupunda tətbiq olunan təlim metodları və priyomları əvvəlkilərdən bəzi xüsusiyyətlərinə görə fərqlənirlər.

Ən çox tətbiq olunan əyani-hərəki təlim priyomudur. Bu zaman müəllim nümunələri və hərəkət üsullarını göstərir (lazım olduqda onu bir neçə dəfə təkrar edir), bundan sonra uşaqlar praktik tapşırıqları yerinə yetirirlər; məsələn, iki əşya çoxluğu elementləri arasında uyğunluq yaratmaq, əşyaları saymaqla, qruplara ayırmaq və s.

Beş yaşlı uşaqlarda tədqiqat xarakterli hərəkətlər bacarığı inkişaf edir. Ona görə də riyazi obyektlər arasında xassə və münasibətlərin aşkar edilməsi işini tədricən (yarı müstəqil) uşaqlara həvalə etmək olar. Uşağı belə işə təhrik etmək üçün müvafiq sual qoymaq lazımdır. Məsələn, “Nə üçün kürə diyirlənir, ancaq kub diyirlənmir?” Suala düzgün cavab vermək üçün uşaqlara təklif olunur ki, kubu və kürəni götürün əl ilə ona toxunun nə hiss edirsiniz? Uşaqlar həmin fiqurların xarici formalarındakı fərqləri özünəməxsus sözlərlə ifadə edəcəklər. Çalışmaq lazımdır ki, uşağa məlum olmayan terminlər işlədilməsin.

Deməli, uşaqlar təcrübi-əyani yolla yeni biliklər qazanırlar.

Uşaqlara elə düşündürücü suallar, məsələlər verilir ki, onların hərəkətlərini qarşıya qoyulmuş məqsədə yönəltsin. Metodik ədəbiyyatda buna çox vaxt düşündürücü məsələlər priyomu da deyilir.

Məşğələlərdə tətbiq olunan əyani və şərh priyomlarının yeri və xarakteri uşaqların mənimsəmə qabiliyyətlərinə əsasən müəyyən edilir.

Yeni materialın izahı prosesində çox vaxt müəllim uşaqlarla birgə işləyir: ayrı-ayrı hərəkətləri, əməliyyatları yerinə yetirirlər. Müəllim əşyaları göstərir uşaqlar onların əlamətləri haqqında xorla cavab verirlər. Bu yaş qrupunda yeni bilik tədricən ümumiləşdirməyə doğru gedir. Burada da eyni bir hərəkət və ya əməliyyatların bir neçə dəfə təkrarına nail olmaq lazımdır. Eyni bir anlayışın rəngarəng əyanilikdən istifadə edilməsi onun yaxşı möhkəmləndirməsini təmin edir. Hadisənin sözlərlə ifadəsi zamanı uşağın buraxdığı səhvləri yerindəcə düzəltmək və bu işi tam düzgün cavab alana qədər davam etdirmək lazımdır.

Sonrakı məşğələlərdə əyani vasitələrlə və didaktik materiallarla uşaqların işləməsi üçün müəllim tədricən sözlərlə göstərişlərə üstünlük verir. Uşaqların səhvini didaktik materialların köməyi ilə aradan qaldırmaq lazımdır.

Verilən tapşırıqların həcmi tədricən artırılır. Hər tapşırıq 2-3 hissədən ibarət ola bilər. Məsələn, “qırmızı dairəcikləri sayın və o qədər də kubik ayırın” və s.

Təlimin yuxarıda nəzərdən keçirdiyimiz əyanilik, şifahi şərh, praktik metod və priyomları böyük yaş qrupu məşğələlərində əsasən kompleks şəklində tətbiq olunur. Məsələni elə qoymaq lazımdır ki, uşaqlarda düşüncəli fəallıq yaransın; uşaq məsələni həll etmək üçün yeni biliyə ehtiyac hiss etsin. Bunun üçün maraqlı oyunlardan, tapmaca-oyunlardan, bilavasitə ölçmə və ya müqayisə yolu ilə aşkar edilə bilən çalışmalardan başlamaq olar.

Qazanılmış yeni biliyi möhkəmləndirmək və dəqiqləşdirmək üçün uşaqlara elə məsələ təklif etmək olar ki, onun məzmunu oxşar və ya tanış əlamətləri əks etdirsin. Əlbəttə, verilən məsələlər praktik xarakter daşımaqla, uşaqların praktik fəaliyyətilə həll edilir.

Bu yaş qrupunda müqayisə - təyin priyomu kimi riyazi anlayış və münasibətlərin öyrədilməsində mühüm rol oynayır. Belə ki, “böyükdür”, “bərabərdir”, “kiçikdir” riyazi münasibətləri, “tam”, “hissə” təsəvvürləri müqayisə əsasında formalaşır.

Müəllimin rəhbərliyi ilə uşaqlar əşyaları müqayisə etməyi oxşar əlamətlərini tapmağı bacarırlar.

Böyük yaş qrupunda uşaqların əqli fəaliyyət əməliyyatlarının (analiz, sintez, müqayisə, ümumiləşdirmə) inkişafına böyük diqqət verilir. Bütün əlamətlər əyaniliyə istinad edilməklə, yerinə yetirilir. Müqayisə prosesində əşyaların iki və bəzən üç əlamətləri aşkar edilib fərqləndirilməlidir. Məs: tirciklərin ölçülərinə görə müqayisəsi, əşyaların sayına və ölçülərinə görə müqayisəsi və s. Əşyaların miqdarına görə müqayisəsində bərabərləşdirmə (artırmaq və ya azaltmaqla) priyomundan istifadə edirlər ki, bu da uşaqları məlum hesab əməllərinin mahiyyətinə yaxınlaşdırır. Çalışmaq lazımdır ki, praktik işlərdə uşaqların müxtəlif analizatorları fəaliyyətə gətirilsin.

Böyük yaş qrupunda əyani vasitələrin növləri artırılır və onların xarakteri bir qədər dəyişdirilir. Oyuncaqlar və digər əşyalar illüstrativ material kimi istifadə olunur. Bunlarla yanaşı əşyaların rəngli şəkilləri və sxemlərdən istifadə olunur.

Dərs ilinin ortasında sadə sxemlərdən, məsələn, “ədədi fiqurlar”, “ədədlər pilləkəni”, “yolun sxemi” istifadə olunmağa başlanılır. Çox vaxt əsl əşyalar əvəzinə müxtəlif həndəsi fiqurlardan istifadə olunur. Məs: qrupda oğlanlar və qızların sayını müqayisə etmək üçün kvadratlardan və dairəciklərdən istifadə olunur. Oğlanlar kvadratla, qızlar isə dairəciklərlə əvəz edilir. Təcrübə göstərir ki, belə hallarda uşaqlar heç bir çətinliyə rast gəlmirlər. Eyni qayda ilə, həftənin günləri müxtəlif rəngli daşlarla göstərilir. Həftənin günləri ardıcıllığı və onlar arasındakı riyazi münasibətlər aşkar edilir.

Bu yaş qrupunda müəllimin şərhinə və sual – cavab priyomuna yer verilir. Paylama materialı əsasında uşaqlar gördükləri işi izah etməyi tədricən öyrənirlər. Tədricən elə oyunlar verilir ki, uşaqlar onun həllini sözlə ifadə edirlər, məs.: “Kim tez söyləyər?”, “Hansı uzundur?” və s. əyləncəli və tapmaca xarakterli oyunlardan da tez-tez istifadə edilir.


Yüklə 89,5 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin