İXTİsas: Məktəbəqədər təlim və tərbiyə kurs: I fəNN: Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası MÜƏLLİM: İbrahim Murad Oğlu Rüstəmov dosent



Yüklə 89,5 Kb.
səhifə20/35
tarix10.01.2022
ölçüsü89,5 Kb.
#106429
1   ...   16   17   18   19   20   21   22   23   ...   35
Məktəbə hazırlıq qrupunda uşaqlar əşyaların uzunluğunu, enini, hündürlüyünü ayırd etməyi və onlar arasında ölçü münasibətlərini göstərməyi bacarmalıdırlar. Bir, iki, üç ölçüsü ilə bir-birindən fərqlənən əşyaların müqayisəsinə aid çalışmalar verilir. Uşaqlar müqayisə prosesində “uzundur” (qısadır), “hündürdür” (alçaqdır), “yoğundur” (nazikdir), “genişdir” (dardır) kimi terminləri düzgün işlətməyi və onları dəqiq ayırd etməyi bacarmalıdırlar.

Əşyaları ölçülərinə görə qruplaşdırmaq üçün 6-10 əşyadan istifadə olunur. Uşaqlar bir qrupa ancaq uzunluqları eyni olan əşyaları, o biri qrupa ancaq hündürlükləri eyni olan əşyaları daxil edirlər və s. Kəmiyyətlər arasındakı “uzundur-qısadır”, “hündürdür-alçaqdır” və s. münasibətlər tədricən mücərrədləşdirilir və “böyükdür-kiçikdir” münasibətinə gətirilir. Məsələn, bir tircik o birindən uzundursa, bu o deməkdir ki, birinin uzunluğu o birinin uzunluğundan böyükdür.

Deməli, ədəd anlayışı kəmiyyət anlayışı ilə sıx bağlıdır. Kəmiyyət ölçülməsi nəticəsində ədədlə ifadə olunur və ya kəmiyyətin qiyməti – onun miqdarı xarakteristikası olan ədədlə ifadə olunur. Eyni bir kəmiyyəti (uzunluğu, eni və s.) müxtəlif şərti ölçü vahidləri ilə ölçsək müxtəlif nəticələr alınacaqdır. Hər bir nəticə bütöv kəmiyyətin onun hissələrinə olan nisbətini göstərir. Deməli, ölçmə nəticəsi, seçilən ölçü vahidinin qiymətindən asılıdır.

Kəmiyyətlərin (o cümlədən dağılan əşyaların) ölçülməsinə 10-12 məşğələ həsr olunur.Məşğələ elə qurulmalıdır ki uşaq ölçü vahidinin zəruri olmasına ehtiyac hiss etsin. Kəmiyyətin ölçülməsi bu yaşda uşaqlar üçün çox mürəkkəb və çətindir. Ona görə də bu işi ardıcıllıqla aparmaq lazımdır.

Uşaqlar əvvəlcə əşyanın uzunluğunu, enini, hündürlüyünü ölçməyi öyrənirlər. Müəllim bu məqsədlə elə çalışma seçməlidir ki, uşaqları bu işə təhrik etsin. Məsələn, “Necə bilmək olar ki, maşın qaraja yerləşər, yoxsa yox?” (Bunun üçün qarajın və maşının enini, uzunluğunu ölçməliyik). Müəllim qabaqcadan hazırladığı şərti ölçü vahidi ilə həmin ölçmələri yerinə yetirir. Sonra uzunluğu ölçmə qaydası ilə uşaqları anış edir:soldan sağa doğru başlanğıcdan başlayaraq ardıcıl surətdə ölçü vahidini yerləşdirmək lazımdır. Ölçü vahidinin neçə dəfə yerləşdiyini göstərən ədəd həmin kəmiyyətin qiyməti olacaqdır.

Analoji qaydada maye və dağılan əşyanın ölçülməsi göstərilir. Ölçmə prossesində ölçü vahidinin təkrarını say çöpləri, say daşları və s. ilə qeyd etmək olar.

İki eyni cinsli müxtəlif kəmiyyəti eyni ölçü vahidi ilə ölçdükdə müxtəlif nəticələr alınacaqdır. Böyük kəmiyyətin nəticəsi də böyük olacaqdır. Uşaqlar kəmiyyətin ölçü vahidi ilə tətbiq olunan ölçü sayı arasında düz mütənasib asılılığın olduğu haqqında təsəvvürlər qazanırlar. Əgər kəmiyyəti kiçik ölçü vahidi ilə ölçsək, onda alınan nəticə əvvəlkinə nisbətən böyük olacaqdır.

Uşaqlar düzbucaqlı zolağı müəllimin verdiyi iki ölçü vahidi ilə ölçürlər və hər dəfə ölçmə vahidini qeyd edirlər.

Kiçik ölçü vahidi tətbiq olunan ölçmə nəticəsində alınan ədəd böyük olacaqdır. Uşaqlar tədricən bu nəticəyə gəlirlər ki, kəmiyyətləri müqayisə etmək üçün onların qiymətlərini göstərən ədədləri müqayisə etmək lazımdır.

Kəmiyyətləri ölçərkən əvvəlcə elə ölçü vahidi götürmək lazımdır ki, kəmiyyətdə tam ədəd dəfə yerləşsin.

Sonrakı məşğələlərə işə ümumi xarakter olar: ola bilər ki, ölçü vahidi müəyyən sayda yerləşsin, lakin qalıq alınsın.

Müqayisə olunan iki kəmiyyəti elə seçmək lazımdır ki, ölçmə nəticəsində qonşu ədədlər alınsın. Məsələn, bir lentin uzunluğu 8 ədədi ilə, o birisininki isə 9 ədədi ilə ifadə olsun.

Kəmiyyətləri ölçmə prosesini də tədricən təkmilləşdirmək lazımdır: əgər əvvəllər uşaq ölçərkən hər dəfə bir daş və ya bir çöp ayırırdısa indi isə ölçmə vahidini ölçülən kəmiyyət üzərində yerləşdikcə onun sayını söyləyir. Məsələn, 1, 2 3 və s.

Praktik iş vasitəsilə uşaqlar dərk edirlər ki, bərabər kəmiyyətləri eyni ölçü vahidi ilə ölçdükdə, bərabər nəticələr (ədədlər) alınır, müxtəlif kəmiyyətlər eyni ölçü vahidi ilə ölçdükdə müxtəlif ədədlər alınır. Ölçüsü böyük olan kəmiyyəti ölçdükdə alınan ədəd də böyük olar.

Beləliklə, kəmiyyətin ölçüsü ilə onu ölçmək üçün tətbiq olunan ölçü vahidinin sayı arasında mövcud olan düz mütənasib asılılıq haqqında uşaqlarda təsəvvürlər yaranır.

Lakin böyük ölçü vahidi kiçik ölçü vahidinə nisbətən ölçülən kəmiyyətdə az sayda yerləşəcəkdir. Yəni kəmiyyətin ölçüsü ilə onun ölçü vahidi tərs mütənasibdir. Bu məsələ uşaqlar üçün çətinlik törətdiyindən, müəllim ölçmə işini yerinə yetirdikdən sonra, həmin işi uşaqlara təkrar etdirir. Məsələn, stolun uzunluğu əvvəlcə kiçik ölçü vahidi ilə, sonra isə böyük ölçü vahidi ilə ölçüb alınan ədədləri müqayisə etmək lazımdır.

Stolun uzunluğu və enini ölçü vahidi ilə ölçdükdən sonra alınan ədədlər müqayisə olunur. Alınan nəticəyə görə həmin kəmiyyətlər arasında miqdarı münasibət aşkar edilir. Bu işdə gözəyarı ölçmədən istifadə etmək lazımdır.

Dərs ilinin sonunda uşaqlar sadə hesab məsələləri həll edir, özləri məsələ tərtib edirlər. Məsələlər praktiki olmaqla kəmiyyətlərin ölçülməsini əhatə edir. Məsələn, qabda olan suyun miqdarını tapmağa aid məsələ həll etmək olar: “Qabda 5 stəkan su var. Azad 1 stəkan da su tökdü. Qabda neçə stəkan su oldu?”. “Lentin uzunluğu 6 ölçü vahididir. Ondan 2 ölçü vahidi qədər kəsdilər. Nə qədər lent qaldı?”. Burada tədricən şifahi məsələlərə də yer vermək lazımdır.




Yüklə 89,5 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin