İXTİsas: Məktəbəqədər təlim və tərbiyə kurs: I fəNN: Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası MÜƏLLİM: İbrahim Murad Oğlu Rüstəmov dosent


Mövzu 14. Məktəbəqədər yaşlı uşaqlarda sadə



Yüklə 89,5 Kb.
səhifə27/35
tarix10.01.2022
ölçüsü89,5 Kb.
#106429
1   ...   23   24   25   26   27   28   29   30   ...   35
Mövzu 14. Məktəbəqədər yaşlı uşaqlarda sadə

fəza təsəvvürlərinin formalaşdırılması metodikası

İkinci kiçik yaş qrupu uşaqları ilk dəfə fəzada istiqamət elementləri ilə tanış edilirlər. Bunun üçün uşağın özündən başlamaq lazımdır. Uşaq öz bədəninə nəzərən qabaqda, arxada, sağda, solda kimi fəza istiqamətlərini fərqləndirməyi bacarmalıdır. Bununla əlaqədar onlar öz bədənlərinin hissələrini: sağ əl, sol əl, sol ayaq, üz, başın arxası kimi anlayışlarını bilməlidirlər. Təcrübə göstərir ki, bəzən uşaqlar (hətta I sinifdə) sağ, sol istiqamətlərini düzgün ayırd edə bilmirlər. Odur ki, bu istiqamətdə sistematik iş aparmaq lazımdır. Çalışmaq lazımdır ki, qarşılıqlı əks istiqamətlər eyni zamanda öyrədilsin. Məsələn, yuxarı-aşağı, qabaqda-arxada, solda-sağda.

Sol-sağ istiqamətlərini uşaqların fəliyyəti ilə əlaqələndirmək lazımdır. Məsələn, sağ ilə qaşığı, qələmi sol əl ilə tuturlar. Çalışmaq lazımdır ki, ilk məşğələlərdən uşaqlar hər əlin vəzifəsindən düzgün istifadə etsinlər. Son vaxtlar bəzi tədqiqatçılar “uşağın iradəsi əleyhinə” getməməyi məsləhət görürlər. Yəni uşaq üçün hansı əl ilə rahatdırsa, qoy onunla yazsın. Bu fikirlə razılaşmaq çətindir. Çünki vərdişdən çox şey asılıdır. Yenicə əlinə qələm alan uşağa onun qaydaları öyrədildikdə və tez-tez təkrar edildikdə, vərdiş tez yaranır. Müşahidə göstərir ki, sol əl ilə yazan, fiziki işləri sol əl ilə görən uşaqlar kollektivdə bəzən maneçilik törədirlər. Məsələn, sol əl ilə yazan uşaq müəyyən dərəcədə yanındakı yoldaşına (sağ əl ilə yazan) mane olur, onun sərbəst yazması məhdudlaşır. Bundan əlavə, gələcəkdə sol əl ilə ağır işlərin görülməsi (qumbara atma, çəkic vurma və s.) ürəyə də mənfi təsir göstərir.

Fəzada istiqaməti müəyyən etməyə aid çalışmalar (hərəkətlərin icrası) 3-5 dəqiqədən artıq olmamalıdır.

İstiqamətləri göstərmək üçün bacarıqlardan da istifadə edilir. Müəllimin göstərişi ilə uşaqlar istiqamətləri göstərirlər.

Uşaqlar kağız üzərində istiqamətləri müəyyən etmək üçün vərdiş qazanırlar. Məsələn, kağız vərəq üzərində soldan sağa və yuxarıdan aşağı əşyaları düzməyi öyrənirlər. Sonra isə düzülmüş əşyaların istiqamətləri soruşulur.

İstiqamətin müəyyən edilməsi say təlimi ilə əlaqələndirilir. Məsələn, “Hansı dairələr çoxdur?” (soldakı), “hansı dairələr azdır?” (yuxarıdakı) və s.




Yüklə 89,5 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin