İXTİsas: Məktəbəqədər təlim və tərbiyə kurs: I fəNN: Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası MÜƏLLİM: İbrahim Murad Oğlu Rüstəmov dosent



Yüklə 89,5 Kb.
səhifə30/35
tarix10.01.2022
ölçüsü89,5 Kb.
#106429
1   ...   27   28   29   30   31   32   33   34   35
Məktəbə hazırlıq qrupu uşaqları fəza istiqamətlərini, əşyaların qarşılıqlı vəziyyətini sərbəst surətdə təyin etməyi bacarırlar. Müstəvi üzərində istiqamətin təyin edilməsinə də xüsusi fikir verilir. Uşaqlar qarşılıqlı tərs istiqamətləri: “sağa – sola”, “irəliyə - geriyə” bilməlidirlər. Onlar göstərilən istiqamətlərdə əşyaları hərəkət etdirməyi bacarmalıdırlar. Əşyalar arasındakı fəza əlaqələri və münasibətləri uşaqların nitqində və hərəkətlərində öz əksini tapmalıdır: üzərində, üstündə, altında, qabaqda, arxada, yuxarıda, aşağıda, alçaq, yanında, bir-birinin ardınca, arasında, qarşısında və s.

Əsas fəza istiqamətlərini zəif və ya pis bilən uşaqlarla əlavə məşğul olmaq lazımdır. Burada vərdişlərin yaradılmasına xüsusi diqqət yetirilməlidir. Musiqili bədən tərbiyəsi məşğələlərində istiqamətlərin düzgün təyin edilməsi daim məşq etdirilməlidir.

Göstərilən istiqamətdə hərəkət etmək və hərəkət zamanı istiqamətin dəyişdirilməsinə aid məşğələlərdə uşaqlar daha çox maraq göstərirlər. Bu məqsədlə mövcud olan didaktik və hərəki oyunlar sistemindən istifadə etmək lazımdır.

Uşaq bağçasına yaxın olan obyektlərin yerləşmə vəziyyətini soruşmaq və sonra aşağıdakı çalışmalar vermək olar: “evə necə getməli?”, “poçta necə getməli?”, “bağçadan məktəbə necə getməli?” və s. İki obyekt arasındakı dönmələri uşaqlar sadalamalıdırlar.

Bir obyektdən digər obyektə gedərkən yolda nəzərə çarpan əşyaları qeyd etməyi və onlardan istiqaməti müəyyən etmək üçün istifadə etməyi öyrətmək lazımdır.

Uşaqlar sağ və sol əlini, sağ və sol ayaqlarını göstərməyi bacardıqları halda, kuklanın sağ və sol əlini göstərməkdə çətinlik çəkirlər. Odur ki, bu məqsədlə müvafiq çalışmalar yerinə yetirirlər.

Əşyaların fəza vəziyyətlərini müəyyən edərkən uşaqlar onların bir-birinə və müəyyən bir əşyaya nəzərən vəziyyətlərini izah etməyi bacarmalıdırlar.

Düzülmüş əşyları, şəkilləri nəzərdən keçirərkən, uşaqlardan tələb edilməlidir ki, əşyalar arasındakı fəza münasibətlərini öz sözləri ilə söyləsinlər. Əyləncəli və tapmaca xarakterli məsələlərdən də istifadə olunmalıdır. Məsələn, “3 uşaq məktəbə gedirdi. 2 uşaq onlara qarşı gəlirdi. Məktəbə neçə uşaq gedirdi”. Məktəbə hazırlıq qrupunda uşaqlar müstəvi üzərində istiqamətlərin təyin edilməsinə aid çalışmalar icra edirlər. Onlar vərəqin mərkəzini, ortasını, yuxarı hissəsini, aşağı hissəsini, yuxarı sağ küncünü, yuxarı sol küncünü göstərməyi bacarmalıdırlar. Burada yeni çalışma növü tətbiq olunur: uşaqlar kağız vərəq üzərində həndəsi fiqurların nümunə əsasında düzülməsini yerinə yetirirlər. Tapşırığın məzmunu tədricən mürəkkəbləşdirilir: fiqurların sayı artırılır, onların düzülüş vəziyyəti dəyişdirilir. Burada “kim yadda saxlayar?”, “kim necə düzmüşdür?” və s. oyunlar keçirilir.




Yüklə 89,5 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin