İXTİsas: Məktəbəqədər təlim və tərbiyə kurs: I fəNN: Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası MÜƏLLİM: İbrahim Murad Oğlu Rüstəmov dosent



Yüklə 89,5 Kb.
səhifə33/35
tarix10.01.2022
ölçüsü89,5 Kb.
#106429
1   ...   27   28   29   30   31   32   33   34   35
Orta yaş qrupunda vaxt haqqında təsəvvürlərin formalaşdırılması əsasən uşaqların gündəlik fəaliyyəti ilə əlaqələndirilir. Əvvəlki qrupda keçirilən anlayışların öyrənilməsi burada davam etdirilir. Hər vaxta aid uşağın məşğuliyyəti soruşulur. Məsələn, “səhər nə edirsən?”, “Nə vaxt yatmaq lazımdır?” və s.

Müəllim əyani illüstrasiyadan istifadə edə bilər: səhər sözü yazılmış kağızın altında əl-üzünü yuyan uşaq şəkli, “günorta” – sözünün altında “uşaqlar yeməkxanada şəkli”, “axşam” – sözünün altında axşam tablosunun, “gecə” sözünün altında isə gecədir hamı yatıb şəklini asmaq olar. Beləliklə uşaqlar sutkanın hissələri haqqında əyani təsəvvürlər qazanırlar.

Vaxt – kəmiyyət olmaq etibarilə, başqa kəmiyyətlərdən mücərrədliyi, onu geriyə qaytarmaq mümkün olmamazlığı ilə fərqlənir. Odur ki, onun uşaqlar tərəfindən mənimsənilməsi bir sıra çətinliklərlə əlaqədardır. Məsələn, “dünən, bu gün, sabah” kimi anlayışları çox vaxt uşaqlar düzgün işlədə bilmirlər. Çalışmaq lazımdır ki, həmin anlayışlar haqqında təsəvvürlər uşaqların fəaliyyəti ilə əlaqələndirilsin. Məsələn, “Dünən hara getmişdin?”, “Bu gün nə edirik?”, “Sabah teatra gedəcəyik” və s.

Orta yaş qrupunda “tez-gec” sözlərinin mənası bilavasitə uşaqların fəaliyyəti, hərəkətləri ilə əlaqələndirilir və müqayisə əsasında aşkar edilir. Məsələn, piyada və velosipedçi, qatar və avtomobil, dovşan və it, tülkü və dovşan və s.

Uşaqların cəld və ləng hərəkətləri də müqayisə edilir və bununla da “tez-gec, cəld-ləng” anlayışları haqqında təsəvvürlər yaradılır.


Yüklə 89,5 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin