İXTİsas: Məktəbəqədər təlim və tərbiyə kurs: I fəNN: Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası MÜƏLLİM: İbrahim Murad Oğlu Rüstəmov dosent



Yüklə 89,5 Kb.
səhifə34/35
tarix10.01.2022
ölçüsü89,5 Kb.
#106429
1   ...   27   28   29   30   31   32   33   34   35
Böyük yaş qruplarında ilin əvvəlində uşaqların aşağı qruplarda öyrəndikləri “səhər, gündüz, axşam, gecə” anlayışları təkrar edilir və dərinləşdirilir. Belə ki, hər vaxt müddəti təbiətlə əlaqələndirilir. Məsələn, səhər günəş çıxır, hər tərəf onun şüaları ilə işıqlanır. Günorta-başımızın üstündə olur, bu zaman iş yerlərində nahar fasiləsinə çıxırlar. Axşam “Sehirli güzgü” verlişinə baxdıqdan sonra yatmağa hazırlaşırıq. Gecə - hamımız yatırıq.

Burada da illüstrativ materiallardan istifadə olunmalıdır. “Bizim bir günümüz” foto – kompozisiyadan istifadə etmək əlverişlidir. Burada uşaqların səhər yuxudan oyanmaq mərhələsindən başlayaraq, axşam evə gedənədək fəaliyyəti əks olunur.

“Dünən, bu gün, sabah” – anlayışları uşaqlar tərəfindən çox vaxt yerində işlənmir. Çox vaxt sabah ilə dünən sözləri səhv salınır.

Aparılan didaktik oyunlar həmin anlayışları öyrənməyə kömək edir. Məsələn, “əksinə” oyununda müəllimin dediyi sözün əksini uşaqlar deyir: səhər-axşam, gecə-gündüz, tez-gec, cəld-yavaş.

Böyük yaş qrupunda uşaqlar tədricən həftənin günləri və onların adları ilə tanış edilirlər: “Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə, şənbə, bazar.” Əlbəttə bu adları uşaqlar yadda saxlaya bilmirlər. Onlar həftənin 7 gündən ibarət olması, şənbə və bazar günlərinin həftənin istirahət günlərinin olmasını tez öyrənirlər. Çünki adətən həmin günlərdə uşaqların əksəriyyəti bağçaya gəlmirlər, evdə otururlar. Həftənin günlərini adi ardıcıllıqla da öyrətmək olar: həftənin I günü II günü və s. Həmin günləri cədvəldə olan məşğələlərlə əlaqələndirmək olar.


Yüklə 89,5 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin