İxtisas: Psixologiya Kurs: I fənn


Beynin inteqrativ fəaliyyətində dominant prinsiplər



Yüklə 118,5 Kb.
səhifə9/79
tarix01.01.2022
ölçüsü118,5 Kb.
#105539
1   ...   5   6   7   8   9   10   11   12   ...   79
Beynin inteqrativ fəaliyyətində dominant prinsiplər. Beynin sistemli təşkilinin aparıcı prinsipi dominantlıq prinsipidir. Bütün hallarda beyin fəaliyyəti bioloji və sosial üstünlük təşkil edir və onun əsasında formalaşan motivasiyanı yaradır ki, buda orqanizmin müəyyən şəraitə uyğunlaşmasını və ya sıxışdırılıb çıxarılmasını müəyyən edir. Bir dominant tələbat ödənildikdən sonra, növbəti tələbat üstünlük təşkil edir.

Müvəqqəti əlaqələrin neyrofizioloji əsası. İ.P.Pavlov hesab edirdi ki, orqanizmin xarici mühitlə mürəkkəb qarşılıqlı əlaqələrinin mükəmməl tənzimini təmin edən ali sinir fəaliyyəti, onun əsas tərkib hissəsi kimi şərti reflekslər beyin yarımkürələri qabığı ilə qabıqaltı şöbələrin birlikdə tam fəaliyyətinin məhsuludur. Belə ki, beyin qabığının müxtəlif şöbələrinin qarşılıqlı əlaqələri mexanizmində qabıq-qabıqaltı-qabıq yolları mühüm yer tutur. Dominant hal və oyanmaların toplanması, mərkəzi sinir sisteminin bütün şöbələrinə aiddir; qabıqaltı sahələrdə və onurğa beynində oyanmaların toplanması tez keçicidir, beyin yarımkürələri qabığında isə onlar, bir qayda olaraq, müəyyən iz buraxır və möhkəmlənir ki, bu da şərti refleksin yaranması üçün çox zəruridir.

Müəyyən olunmuşdur ki, beyin yarımkürələri qabığında, retikulyar formasiyada və talamus nüvələrində görmə, eşitmə, duyma, temperatur, kinestezik və digər hissləri konvergensiya edən bir çox hüceyrələr vardır. Məhz həmin törəmələrin hüceyrələri müvəqqəti əlaqələrin əmələ gəlməsində yardımçı rol oynayır. Şərti refleks yaradıldığı dövrdə və onun icrası zamanı neyronların əksəriyyətinin fəallığı dalğavarı xüsusiyyət daşıyır. Refleksin ilk fazasında reaksiya zəif, möhkəmləndirilmədikdən sonra isə nisbətən sabitdir.





Yüklə 118,5 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   79




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin