səllallahu aleyhi və səlləm demişdir: «Evlərinizi qəbiristanlığa çevirməyin. Şübhəsiz ki, şeytan “əl-Bəqərə” surəsi oxunan evdən qaçar!» Muslim rəvayət etmişdir, 1/539. = = Həmçinin səhər və axşam zikrləri, yuxudan oyanarkən və yatağa girərkən oxunan zikrlər, evə girərkən və evdən çıxarkən edilən zikrlər, məscidə girərkən və məsciddən çıxarkən edilən zikrlər və başqa bu kimi şəriətə uyğun zikrlər, habelə yatmazdan əvvəl Kursi ayəsini və əl-Bəqərə surəsinin axır iki ayəsini oxumaq, yüz dəfə “Lə ilahə illəllah vəhdahu lə şərikə ləhu, ləhul-mulku və ləhul-həmdu və huvə alə kulli şeyin qadir!” demək, – onun üçün gün ərzində şeytandan qoruyucu olar – azan vermək şeytanı uzaqlaşdırar.