İXTİsas: sosial iŞ qrup: 863 kurs: I fəNN: azərbaycan diLİNDƏ İŞGÜzar və akademik kommunikasiya səRBƏst iŞ: Dİl və ÜNSİYYƏT



Yüklə 103,23 Kb.
səhifə3/7
tarix26.11.2023
ölçüsü103,23 Kb.
#135970
1   2   3   4   5   6   7
DİL VƏ ÜNSİYYƏT ; SƏRBƏST İŞ 1

Ünsiyyətin funksiyaları
Ünsiyyətin funksiyaları çoxsaylıdır. Onların ikisini xüsusilə qeyd etmək lazımdır: a)insanların birgə fəaliyyətinin təşkili ( başqa sözlə, "ümumi nəticə əldə etmək məqsədilə səyləri əlaqələndirmək") b) şəxsiyyətlərarası münasibətlərin formalaşması və inkişafı (yəni, "münasibətləri aydınlaşdırmaq məqsədilə qarşılıqlı təsir")


Ünsiyyətin vaistələri
Ünsiyyət müxtəlif vaistələrlə həyata keçirilir. Onların arasında "nitq" (mülahizə, sual, replika və s.) xüsusi ilə yer tutur. Ünsiyyətinn ekspressiv-mimik vasitələri də mühüm yer tutur: təbəssüm, tərs baxış, mimika, əl və bədənin ifadəli hərəkətləri, vokal mimikası-bunlardan hər birinin ünsiyyət prosesində öz yeri vardır. Ünsiyyətin əşyavi-hərəki vasitələrinin də rolunu qeyd etmək lazımdır. Onları aşağıdakı kimi qruplaşdırmaq olar: a) ünsiyyət məqsədilə istifadə olunan lokomotor və əşyavi hərəkətlər, eləcə də poza; b) başqa adam yaxınlaşma, ondan uzaqlaşma, nəyisə vermək və ya uzatmaq, onu özünə doğru çəkmək və ya özündən itələmək və s.


Ünsiyyətin tərəfləri
Müasir pisixologiyada ünsiyyətin üç tərəfini – kommunukativ, interaktiv və perseptivtərəflərini fərqləndirirlər.
Ünsiyyətin kommunikativ funksiyası - informasiyaların alınması, çatdırılması və mübadiləsindən ibarətdir. Bu yolla insanlar təsəvvürləri, fikirləri, ideyaları, hissləri ilə bölüşür, başqa adamları dinləməyə, başa düşməyə və inandırmağa çalışırlar.
Ünsiyyətin interaktiv funksiyası-insanların qarşılıqlı təsiri olub, tərəf-müqabilinə adekvat təsir göstərməkdən ibarətdir. O, ünsiyyətin nüvəsini təşkil edir.
Ünsiyyətin perseptiv funksiyası-insanların bir-birini qavraması, anlaması və öz şəxsiyyətlərini ifadə etməsi ilə bağlıdır. Bu zaman insan başqalarının özünü düzgün anlamasına, eyni zamanda onların hissi aləmini duymağa, dərdinə şərik olmağa və mövqeyini başa düşməyə səy göstərir.
Ünsiyyətin qeyd edilən funksiyaları bir-birilə sıx bağlıdır və vəhdətdə həyata keçirilməlidir. Bəzən məktəbdə ünsiyyətin ancaq bir funksiyasına-informasiya vermək funksiyasına daha çox önəm verilir, digər iki funskiya diqqətdən yayınır. Bu halda müəyyən informasiya verilsə də, müəllim-şagird münasibətləri, bir-birini anlaması təmin edilmir. Nəticədə, münasibətlərdə çətinliklər yaranır.



Yüklə 103,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin