İxtisas: T22b kurs: 1 Fənn



Yüklə 274,15 Kb.
səhifə3/6
tarix07.11.2022
ölçüsü274,15 Kb.
#119071
növüReferat
1   2   3   4   5   6
az t slayd

Atropatenanın paytaxtı.

Mənbələr Atropatenanın iki — yay və yaz paytaxtlarının olmasından xəbər verir. Ölkənin yay paytaxtı Vera — indiki Marağa şəhəri, yaz paytaxtı isə farsdilli mənbələrin Qazaka, ərəbdilli mənbələrin isə Şiz adlandırdıqları Gəncək şəhəri olmuşdur. Gəncək şəhəri öz adını sak tayfalarından biri olan gəncəklərin adından almışdır. 1958-ci ildə İran və Almaniya arxeoloqlarının Təxti-Süleyman ərazisində arxeoloji qazıntlar aparması nəticəsində Qazaka şəhərinin xarabalıqları və möhtəşəm Azərgüşnasp məbədinin qalıqları aşkarlanmışdır. Əsas olaraq,buradan Şiz məbədinın qalıqları tapılıb.Şəhərlər karvan yolları üzərində və böyük məbədlərin ətrafında yaranmışdır.Bəzi şəhərlər ayrı-ayrı hökmdarlar tərəfindən salınmışdır.Şəhərdə əhali sənətkarlıq və ticarətlə,şəhərətrafı ərazilərdə isə əkinçilik və maldarlıqla məşğul olmuşdur.

Atropatenanın siyasi tarixinin başlıca məsələləri.

Atropatdan başlayaraq Atropatena hökmdarları dövlətimizin siyasi, hərbi və iqtisadi qüdrətini möhkəmləndirməyə çalışırdılar. Atropat ölkəmizi Şərqdə ən böyük dövlətlərdən biri olan Seleyklilərin hücumundan qoruya bilirdi. Atropatenanın malik olduğu çox güclü 50 minlik ordunun 40 min nəfərini piyadalar, 10 min nəfərini isə atlı (süvari) döyüşçülər təşkil edirdi. E. ə. III əsrin 20-ci illərində Atropatena hökmdarı Artabazan Araz çayından nəinki cənubda, hətta şimala doğru çox geniş ərazilərə malik olmuşdur. Dövlətimizin sərhədlərinin Xəzər dənizindən Rioni çayının yuxarı axarlarınadək çatması onu göstərir ki, Ermənistan (Arminiya — indiki Türkiyə ərazisində yerləşirdi — Red.) və Iberiya da onun tərkibinə daxil idi.

Selevki hökmdarı III Antioxun (e. ə. 223 — 187) Şərq yürüşü zamanı selevkilərlə savaşda məğlubiyyətə uğrayan Atropatena hökmdarı Artabazan sülh bağlayaraq onlardan asılılığı qəbul etməli oldu. E. ə. 190-cı ildə Maqneziya döyüşündə romalılara məğlub olan selevkilərin Asiyadakı mövqeləri də xeyli zəiflədi. Bundan istifadə edən Atropatena asılılıqdan çıxıb, tam müstəqil oldu.


Yüklə 274,15 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin