AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ BAKI BİZNES UNİVERSİTETİ Fakültə: İqtisadiyyat və idarəetmə
İxtisas: T22B
Kurs: 1
Fənn: Azərbaycan tarixi
Mövzu:Atropatena tarixi
Müəllim: Axundova Nigar
Tələbə: Rəvanə Həsənova
Referat
Atropatena, Adurbadaqan, Atropat Midiyası (fars. آتورپاتکان, yun. Ατροπατήνη, süry. Aδorbāyγān, ərəb. آذربایجان) — Tarixi Azərbaycan torpaqlarının bir hissəsində mövcüd olmuş qədim dövlət. Atropatenanın ərazisi indiki Cənubi Azərbaycan vilayətlərini, Azərbaycan Respublikasının bəzi ərazilərini və İranın bir hissəsini əhatə edirdi.
Keçmiş Əhəməni satrapı, əslən, çox güman ki, midyalı olan Atropat e.ə. 321-ci ildə (Sərkərdə Peridikkinin ölümündən sonra)
Atropatena.dövlətinin və Atropatilər sülaləsinin əsasını qoyur, yeni dövlətin müstəqil hökmdarı olur; bu dövlət rəsmən Mada, sonralar isə özünün ilk hökmdarının adı ilə tez-tez antik qaynaqlarda Atropatena adlandırılır. Beləliklə, Makedoniya dövlətinin parçalanmasından sonra Azərbaycan ərazisində yenidən müstəqil dövlət meydana gəlir.
Makedoniyalı İsgəndarin Şərqə yürüşü nəticəsində e. Ə. 330-cu ildə Əhəməni dövləti çökdü. Əhəmənilərin taleyini həll edən Qavqamela döyüşündə (e. Ə. 331) antik müəlliflərin Midiya (Mada) adlandırdığı satraplığın başçısı Atropatın rəhbərliyi altında kadusilərin, albanların və sakasinlərin İsgəndərə qarşı vuruşmaları tarixi mənbələrdə təsdiq olunmuşdur. Strabon yazırdı ki, Midiyadan (Əhəməni) fərqli olaraq Atropat öz ölkəsinin makedoniyalılara tabe olmasına yol vermədi. İsgəndərə tabe olmadığına görə əvvəl satrap vəzifəsindən uzaqlaşdırılan görkəmli dövlət xadimi və uzaqgörən siyasətçi Atropat makedoniyalılarla savaş əvəzinə danışıqlar yolu tutdu. E. Ə. 328-ci ildə o. Makedoniyalı İsgəndər tərəfindən Kiçik Madanın satrapı vəzifəsinə təyin edildi.