Rusiya İmperiyası (I Aleksandr), Prussiya (Qoblenberq), Avstriya (II Frans və kansler Metteniç) və Böyük Britaniya (Xarici İşlər naziri Lord Kastelarq). Bundan əlavə, Fransa Xarici İşlər Naziri Taleyran-PeriqorVyana Konqresində eyni dərəcədə fəal iştirak edirdi.
Çaumont Müqaviləsini imzalayan 4 qalib dövlət Fransaya öz iradəsini yeritməyə çalışdı, ancaq Polşa və Saksoniyanın taleyi ilə əlaqədar aralarında yaranan fikir ayrılığı buna imkan vermədi. Bu fikir ayrılığı Taleyrana təkcə “aparıcı 4”-ü yaratmağa yox, həm də onu “5”-ə və “8”-ə (İspaniya, Portuqaliya və İsveçrənin daxil edilməsi ilə) çevirməyə və burada təsirli olmağa imkan yaratdı.
Konqresdə Avropanın müharibədən sonrakı quruluşu ilə bağlı müxtəlif yanaşmalar ortaya çıxdı. İlkin mərhələdə legitimlik prinsipinin müzakirələri üstünlük təşkil etdi, beləliklə, qitədə baş verəcək hər hansı bir siyasi dəyişiklik rədd edildi və legitimlik qaydasının bərpası üçün bir tələb irəli sürüldü. Bu prinsipin ən fəal tərəfdarı Taleyran idi. Rus çarı Aleksandr restovrasiya fikrini rədd etməsə də, Avropadakı dəyişikliklərin qaçılmazlığını nəzərə almağı zəruri saydı.
Konqresin sonlarına yaxın Avstriyanın öz hegemonluğunu göstərmək səyləri başladı. Belə ki, Avstriya nümayəndəsi Metteniç bölünmüş Almaniyada Avstriya hegemonluğunun təsdiqi, Avstriyanın Balkan yarımadası və İtaliyadakı mövqelərinin gücləndirilməsi və Polşanın Rusiyaya verilməsinin qarşısının alınması maddələrinin təmin edilməsini tələb edirdi.I Aleksandr qitədə Rusiya təsirinin güclənməsinə kömək edəcək siyasi tarazlığın qurulmasını müdafiə edirdi. O, Avstriya ilə Prussiya arasında rəqabətin davam etməsində və Fransa qarşısında onlara qarşı balans yaratmaqda maraqlı idi.
Məğlub olmuş Fransaya qarşı ən sərt tədbirlərin görülməsini tələb edən Prussiya Saksoniya və Reyn knyazlıqlarının bir hissəsini ilhaq etmək istəyirdi.
Avropada güc tarazlığını qorumaq və dənizlərdəki dominant mövqeyini və koloniyalarını möhkəmləndirməkdə maraqlı olan Böyük Britaniya Prussiya ilə birlikdə Fransa, Avstriya və Rusiyaya qarşı hərəkət etdi. Vyana Konqresində özü üçün ən məqbul qərarların qəbul edilməsini təmin edən Fransa Reyn və Saksoniyaya qarşı iddiaları səbəbindən ən böyük təhlükəni Prussiya kimi görürdü. Hətta bu səbəblə Fransa Avstriya və Böyük Britaniya ilə gizli saziş imzalayaraq sonrakı mərhələdə Rusiyanı Saksoniya və Polşa məsələsində güzəştə getməyə məcbur etdi.
Konqresin Yekun Aktı 1815-ci il iyunun 9-da Rusiya, Prussiya, Fransa, Böyük Britaniya, Avstriya və İsveçrə tərəfindən imzalandı. Bu sənəd Avropanın ərazi və siyasi sistemində əhəmiyyətli dəyişikliklər etdi və Avropanın və koloniyaların “Napoleon üzərində qalib gəlmişlər” arasında yenidən bölgüsünün nəticələrini göstərdi.
Mənbə:
1. Дебидур А. Дипломатическая история Европы. Священный Союз от Венского до Берлинского конгресса. 1814-1878. Перев. с франц. т. I. Ростов-на-Дону, 1995.