Ətraf mühitin çirklənməsində dünyanın nəqliyyat sisteminin rolu böyükdür. XX əsrin 50-ci illərindən sonra müxtəlif nəqliyyat növlərinin sürətli inkişafı, onların ətraf mühitə mənfi təsrini artırmışdır. Onlar mineral yanacaqların yanmasından əmələ gələn tullantılar səs çirkləndirməsi, yol inşası zamanı torpaqların korlanması şəklində ifadə olunur. Hər nəqliyyat növü özünün neqativ təsirinə görə fərqlənir. Biri litosferə, digəri hidrosferə, üçüncüsü atmosferə böyük təsir göstərir.
Avtomobil nəqliyyatı atmosferi böyük dərəcədə çirkləndirir. Hələ keçən əsrin 70-ci illərində bu nəqliyyat növünün çirkləndirmədə payı 10-15 % təşkil edirdi. Lakin 1990-cı ilin ortalarında 50-60 %, hazırda kütləvi avtomobilləşdirmə dövründə 65-75%-dən çoxdur. Hesablamalar göstərir ki, bir orta avtomobil altı illik istismar müddətində atmosfero 9 ton CO₂, 900 kq CO, 250 kq NO və 80 kq karbohidrogen atır. Başqa bir misal: bir minik avtomobili hər il 60 m³-ə qədər, yük avtomobili isə 120 m² zəhərləyici qaz buraxır. Təbii ki, bu ən çox şəhərlərdə, xüsusilə iri şəhərlərdə kəskin problemlər yaradır. Burada əhalinin və avtomobillərin sıxlığı çox böyükdür. Havada bəzi karbohidrogenlərin miqdarı normadan 10-12 dəfə artıq ola bilər.
Bunu avtomobillər vasitəsilə yaranan və gündüz vaxtı üçün 40 destibil (db) normanı keçən səs çirkləndirmələrini də əlavə etmək olar. Statistika göstərir ki, avtomobillər vasitəsilə çirklənmədən Yaponiyanın, Belçikanın, İtaliyanın, Böyük Britaniyanın İsveçrənin, Avstriyanın sakinləri daha çox əziyyət çəkirlər.
Atmosferə təsir göstərən nəqliyyat sahələrindən biri də hava nəqliyyatıdır. Təyyarələrin mühərriklərinin dəm qazı, həmçinin neft yanacağı ilə işləməsi, onların ümumilikdə avtomobillərin mühərriklərinin tullantıları ilə oxşar olmasını göstərir. Yalnız onların zəhərliliyi üzrə fərqlər vardır. Bir müasir səsdən sürətli təyyarə 7000-8000 avtomobilin zəhərli tullantılarına ekvivalentdir. Hava nəqliyyatının səs çirkləndirməsi daha yüksəkdir. Reaktiv təyyarənin uçuşu zamanı səs 140 db-ə çatır. Reaktiv mühərrikli təyyarələrin enişi və uçuşu zamanı yaranan səs çirkləndirməsi çoxlu adamların məişətinə və əmək fəaliyyətinə pis təsir göstərir.
Su nəqliyyatı hidrosferin çirkləndirilməsi üzrə «Boru kəməri nəqliyyatı da daha çox litosferi çirkləndirir. Kəmərin inşası və istismarı bir başa mənfi təsiri torpağa göstərir. Neft və qaz kəmərlərinin deşilməsi torpaq və bitkilər üçün xüsusi təhlükə yaradır. Heç də təəccüblü deyildir ki, son vaxtlar nəqliyyatın ətraf mühitə göstərdiyi mənfi təsiri aradan götürməyə çox diqqət yetirilir. Burada söhbət, hər şeydən əvvəl avtomobil nəqliyyatının etilsiz benzinə keçməsindən, avtomobillərdə işlənmiş qazlarla zərərli maddələrin tullantılarının normasının azaldılmasından, avtomobil yollarında etibarlı səsboğanların yaradılmasından gedir. Dəmir yolu nəqliyyatında bütün nəqliyyat vasitələrinin köklü surətdə rekonstruksiya etmək və yeni qoşqu növlərindən istifadə etmək lazımdır. Hava nəqliyyatında ətraf mühitə göstərilən mənfi təsirə qarşı mübarizədə birinci növbədə ictimaiyyətin etiraz aksiyalarının rolu böyükdür. Qərb ölkələrində, hava limanlarının ətrafında yerləşən yaşayış məntəqələrinin əhalisinin kütləvi çıxışları, buna misal ola bilər. Başqa bir misalı, Tokio şəhərinin hüdudları daxilində yerləşən beynəlxalq hava limanının istifadəsinə qarşı etirazların nəticəsində, şəhərdən xeyli aralı Narita hava limanının tikilib istifadəyə verilməsi timsalında göstərmək olar.
Ədəbiyyat: 1. Məmmədov M.X. Dünya təsərrüfatının coğrafiyası. Bakı, Elm, 2011
2. Kərimov C., Orucova A., İsrafilov H. Dünya iqtisadiyyatı. Dərslik. Bakı, 2009
3.Ломакин В.К. Мировая экономика. Практикум. М., 2009
4.Экономика инноваций. Учебник. Под редакцией В.Я.Горфипкеля, М., 2009
5.Вогомолов О.Г. Мировая экономика в век глобализации. Учебник для вызов. М., 2007